Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / MSK aşağı seçki komissiyalarının üzvləri üçün kurslara başlayır

MSK aşağı seçki komissiyalarının üzvləri üçün kurslara başlayır

21.08.2010 [09:57]

Mərkəzi Seçki Komissiyası (MSK) Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi  haqqında” Sərəncamının icrası ilə əlaqədar avqustun 23-də dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayır. MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, kursların keçirilməsindən məqsəd sözügedən Sərəncama uyğun olaraq Mərkəzi Seçki Komissiyasının qarşısına qoyulmuş vəzifələrin icrası ilə bağlı seçki sahəsində maarifləndirmə işini gücləndirilmək, dairə seçki komissiyaları sədrlərinin  peşəkar hazırlığını artırmaqdır. Kursların açılış mərasimində MSK sədri Məzahir Pənahov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel  və digər rəsmi şəxslər iştirak edəcəklər.
Avqustun 23-dən 29-dək davam edəcək kurslarda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov,  daxili işlər nazirinin müavini Oruc Zalov, baş prokurorun birinci müavini Rüstəm Usubov, Ədliyyə Nazirliyi və Apellyasiya Məhkəməsinin məsul şəxsləri, MSK-nın üzvləri və  şöbə müdirləri mühazirələr oxuyacaqlar. Kursların sonunda DSK sədrlərinə sertifikatlar təqdim ediləcək.
Layihənin növbəti mərhələsi olaraq sentyabrın 1-dən 3-dək dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçiriləcək.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası 2007-ci və 2009-cu illərdə də Azərbaycan Respublikası Prezidentinin sözügedən Sərəncamının icrası ilə əlaqədar aşağı seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirib.

Paylaş:
Baxılıb: 947 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30