Səfər xatirinə səfər...Baş tutmayacaq
21.01.2022 [23:29]
Həmsədrlər regiona niyə gəlmək istəyirlər?
Nardar BAYRAMLI
Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbədən sonra ATƏT-in Minsk qrupunun vasitəçilik missiyası öz aktuallığını itirib. Çünki 28 il ərzində Minsk qrupunun həmsədrləri münaqişənin sülh yolu ilə həlli üçün heç bir addım atmadılar. Əksinə, həmsədrlərin müxtəlif bəyanatlarında işğalçı Ermənistanın maraqlarına uyğun fikirlər yer alıb ki, bu da Azərbaycan cəmiyyətinin etirazına səbəb olurdu. Məhz həmsədrlərin uğursuz vasitəçiliyi səbəbindən münaqişənin danışıqlar yolu ilə həlli baş tutmadı və Azərbaycan problemi öz gücünə həll etdi.
Amma Dağlıq Qarabağ münaqişəsi başa çatsa da, Ermənistan və müəyyən beynəlxalq dairələr ATƏT-in Minsk qrupunu gündəmdə saxlamağa çalışır, guya bundan sonrakı proseslərdə bu təşkilatın rol oynamasının vacibliyini iddia edirlər. Eyni zamanda, həmsədrlər regiona səfər etməyə cəhd göstərirlər. 44 günlük müharibə başa çatdıqdan sonra onlar regionda bir dəfə səfərdə olublar. Bu səfər zamanı Azərbaycan tərəfi həmsədrlərə öz mövqeyini ifadə edib. Bununla belə, son vaxtlar həmsədrlərin regiona növbəti səfərə hazırlaşması barədə məlumatlar yayılır. Yanvarın 20-də isə fransalı həmsədr Bris Rokfeyl Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri xanım İzabel Dümonun və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətinin tərkibində ölkəmizdə səfərdə olub.
Digər tərəfdan, Ermənistan hakimiyyəti Minsk qrupunun həmsədrlərinin regiona səfərinin reallaşması üçün canfəşanlıq edir. Bəs bu canfəşanlığın səbəbi nədir? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, Azərbaycan dövləti və xalqı Minsk qrupunun həmsədrlərinin fəaliyyətindən heç vaxt razı qalmayıb. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu 1992-ci ildən fəaliyyət göstərir və 3 həmsədr ölkə dünyanın ən böyük dövlətləri sırasında yer alır: “Lakin 30 ilə yaxın müddətdə həmsədr dövlətlər Ermənistanın Azərbaycan torpaqlarını işğalına son qoyulması üçün heç bir addım atmadılar. Buna görə də Azərbaycan özü 44 günlük müharibə ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etdi. Bu gün biz görürük ki, Ermənistan və ona havadarlıq edənlər Minsk qrupunun hansısa “səylərindən” danışırlar. Məsələn, bugünlərdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, Ermənistan ATƏT-in Minsk ?rupu həmsədrlərinin regiona səfərini səbirsizliklə gözləyir, çünki onlar bu qurumu özləri üçün “mühüm” platforma hesab edirlər. Əlbəttə ki, həmsədrlərin fəaliyyəti erməniləri qane edir. Ona görə ki, Qarabağ münaqişəsinin həllində həmsədrlər nəticəyə nail olmadılar. Erməni tərəfinə də elə bu, yəni nəticəsizlik lazımdır. Rəsmi İrəvan “Qarabağ münaqişəsi həll olunmayıb” deməklə və həmsədrləri buraya cəlb etməklə yenə də sonu görünməyən prosesin davam etməsini istəyir. Amma rəsmi Bakı ermənilərin bu niyyətinin reallaşmasına imkan verməyəcək. Dünya məhz qalib Azərbaycanın yaratdığı reallıqları qəbul edir. Doğrudur, bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov həmsədrlərin müəyyən mərhələdə prosesdə iştirak edə biləcəyini deyib. Amma bu iştirak Azərbaycanın irəli sürdüyü şərtlər əsasında gerçəkləşə bilər. Əslində, biz görürük ki, Avropa İttifaqı regionumuzda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması üçün daha fəallıq göstərir. Bu səbəbdən də, ATƏT-in Minsk qrupundan daha çox Avropa İttifaqı ilə əməkdaşlığa önəm veririk”.
Politoloqun sözlərinə görə, Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsi zamanı ATƏT-in Minsk qrupu ilə bağlı mövqeyini ifadə edib:”Dövlətimizin başçısı deyib ki, onlar Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdırlar, çünki bu münaqişə həll olunub. Onlar bu yeni reallığı qəbul etməlidirlər. Bilməlidirlər ki, onlar bundan sonra Qarabağ məsələsi ilə məşğul olmayacaqlar. Çünki biz buna imkan verməyəcəyik. Həmsədrlər bundan sonra nə ilə məşğul olmalarını fikirləşməli, özləri üçün bir gündəlik formalaşdırmalıdırlar. Əslində, bir müddət öncə Prezident İlham Əliyev həmsədrlərə yeni təkliflərlə çıxış etməyi tövsiyə etmişdi. Yeni təkliflər isə tərəflər arasında etimadın yaradılması, kommunikasiyaların açılması, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanmasına çalışmaqdan ibarət olmalıdır. Amma onlar hələ də heç bir təşəbbüslə çıxış etməyiblər. Azərbaycan dövləti heç vaxt razı olmayacaq ki, həmsədrlər əvvəlki formada öz fəaliyyətlərini qursunlar. Yəni münaqişə həll olunduğu üçün həmsədrlər bununla bağlı spekulyasiya edə bilməzlər. Ona görə də, Azərbaycan həmsədrlərin regiona səfər xatirinə səfər etmələrini heç vaxt qəbul etməyəcək”.
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42

