Azərbaycan gəncliyi hakimiyyətin yürütdüyü siyasətdən razılıq ifadə edir
31.08.2010 [09:25]
Bu gün inkişaf edən Azərbaycanın gəncliyi hakimiyyətin yürütdüyü siyasətdən razılıq ifadə edir. Gənclər onlar üçün yaradılmış müstəqil təhsilin alınması, müəyyən sahə ilə bağlı biliklərin əldə edilməsindən sonra işlə təmin olunması, eyni zamanda, ölkənin ictimai-siyasi həyatı ilə bağlı proseslərdə aktiv iştirak etməsi kimi şəraitə görə, dövlətə minnətdarlıqlarını bildirir və qarşıdan gələn seçkilərdə də fəal iştirak edəcəklərini söyləyirlər. Bunu YAP Gənclər Birliyinin sədrlərinin toplantısında iştirak edən gənclərin bizimlə bölüşdükləri fikirlərində də müşahidə etdik.
YAP Gəncə şəhər təşkilatının Gənclər Birliyinin sədri Ramil İbrahimov qəzetimizə deyib ki, gənclər hər zaman olduğu kimi, bu dəfəki seçki kampaniyasında da aktiv iştirak etməklə, cəmiyyətin aparıcı üzvləri olduğunu sübut edəcək: “2010-cu il parlament seçkiləri ərəfəsindəyik. Artıq Yeni Azərbaycan Partiyası Qərargahının Gəncə şəhər şöbəsi yaradılmışdır. Gənclərimiz, idmançılarımız, çalışqan, qabaqcıl tələbələrin nümayəndələri seçki qərargahında təmsil olunurlar. Bunu biz gənclərə göstərilən etimad kimi qəbul edirik. Gənclərimiz qərargahın strukturlarında fəal iştirak edirlər. Belə ki, seçkiönü situasiyanın öyrənilməsi və təhlili, təbliğat və təşviqat, kütləvi aksiyaların və mədəni-kütləvi tədbirlərin təşkili, təşviqat materiallarının yapışdırılması və yayılması, fəallarla işin təşkili və koordinasiyası, seçicilərlə fərdi işin təşkili proseslərində, seçici siyahılarının dəqiqləşdirilməsində yaxından iştirak edirlər. Seçki ərəfəsində ilk dəfə səs vermək hüququ qazanmış gənclərlə görüşlər keçirilir, gənclərə konstitusiya ilə təsbit edilmiş səsvermə hüququndan səmərəli istifadəsi, vətənpərvərlik və fəal vətəndaş mövqeyində durması aşılanır. Partiyanın irəli sürəcəyi vahid namizədlərin müdafiəsi üçün imza toplama kampaniyasında iştirak edəcək fəal gənclərimiz artıq müəyyənləşdirilib və imza toplama qaydaları haqqında treyninqlər keçirilib. Gənclərimizə cəmiyyətimizin, insanlarımızın mövqeyini seçkilərin nəticələrində görmək mümkündür”.
Onun sözlərinə görə, hal-hazırda YAP Gəncə şəhər Təşkilatının 23705 nəfər üzvü 252 ərazi ilk partiya təşkilatında birləşir, onlardan 12395 nəfəri, yəni 52 faizi gənclərdir: “Günü-gündən gənclərimizin partiyaya axını geniş vüsət alır. Hər il təşkilatımızda 1000 nəfər gənc YAP sıralarına üzv qəbul edilir. Məhz gənclərimizin partiyamıza könüllülük əsasında gəlməsi YAP-ın ölkəmizdə avanqard rola malik alternativsiz siyasi qüvvə olduğunu sübut edir”.
YAP Oğuz rayon təşkilatının sədri Anar İbrahimov isə söyləyib ki, müasir Azərbaycanın gəncləri ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən dövlət siyasətini dəstəkləyir: “Bütün dövrlərdə Ulu öndərimiz Heydər Əliyev ideyalarını rəhbər tutan, gənclərin əvəzsiz lideri Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyən Oğuz gəncləri də qarşıdan gələn seçkilərdə Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikasının Milli Məclisinin üzvlüyünə irəli sürdüyü namizədlərin qalib gəlməsi üçün əllərindən gələni əsirgəməyəcək”.
YAP Göyçay rayon təşkilatının Gənclər Birliyinin sədri Rəşad Şükürov da vurğulayıb ki, gənclər bələdiyyə seçkilərində nümayiş etdirdikləri aktivliyi bu dəfə də daha effektli şəkildə təkrarlayacaq: “2009-cu ildə keçirilmiş bələdiyyə seçkilərində partiyanın rayon təşkilatı mövcud olan 244 bələdiyyə üzvü yerinin hər birinə namizəd irəli sürüb ki, bunların da 33 faizini gənclər təşkil edib. Aparılmış düzgün və məqsədyönlü işlər nəticəsində partiyamızın 73 gənc üzvü bələdiyyə üzvü seçilib. Bildiyiniz kimi, qarşıda bizi möhtəşəm siyasi kampaniya-Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər gözləyir. Seçkilərə hazırlıq məqsədilə YAP Göyçay rayon təşkilatında da 15 nəfərdən ibarət seçki qərargahı yaradılıb. Rayon təşkilatının gənclər birliyi də qərargahın işində fəal iştirak edir və konkret fəaliyyət proqramına uyğun olaraq qarşıya qoyulmuş vəzifələrin, partiyanın mərkəzi aparatından verilmiş tapşırıq və tövsiyələrin həyata keçirilməsi istiqamətində maksimum səy göstərir”.
YAP Ağdaş rayon təşkilatının Gənclər Birliyinin sədri Vüqar Həmidov isə deyib ki, yaradıcısı və qurucusu ümummilli liderimiz Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası bu gün ölkəmizin siyasi həyatında mühüm rol oynayır: “Partiyanın ideyaları, gördüyü əməli işlər, apardığı məqsədyönlü tədbirlər xalqın istəyi ilə səsləşir. Partiyamız daim dövlətçilik ənənələrinə sadiq olub, dövlət quruculuğuna öz töhfələrini verib. Partiyanın hər bir üzvü Ulu öndərin yaratdığı siyasi məktəbin yetirməsi, Onun ideyalarının təbliğatçısıdır. ümummilli liderimizin müəyyənləşdirdiyi istiqamət, doğru yol Onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən layiqincə və uğurla davam etdirilməkdədir. Cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmiz iqtisadi cəhətdən inkişaf etmiş, möhkəmlənib. Bu siyasət Azərbaycanımızı xoşbəxt, işıqlı gələcəyə aparır”.
“Yeni Azərbaycan Partiyasının sıraları gündən-günə genişlənir. Partiyamız Ulu öndərin söylədiyi kimi dünənin, bu günün və gələcəyin partiyasıdır. Sıralarının məhz gənclərin hesabına genişlənməsi bunu bir daha təsdiq edir. Gənclərimizin Partiya sıralarında təmsil olunması, partiyaya daha çox gənclərin cəlb edilməsi Ulu öndər Heydər Əliyevin tövsiyələrindən biri idi. ümummilli liderimiz həmişə gənclərə xüsusi diqqət və qayğı ilə yanaşıb. Məhz bu qayğının nəticəsidir ki, Azərbaycan gəncliyi irəliyə doğru addımlayır, sabaha inamla baxır”, - deyən YAP Lerik rayon təşkilatının Gənclər Birliyinin sədri Rövşən Rüstəmov söyləyib ki, bu gün etibarlı gələcəyimizin təmin edilməsi gənclərimizin sosial-siyasi fəallığının yüksəldilməsindən çox asılıdır: “ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş istiqamət və uğurla həyata keçirilən gənclər siyasəti də məhz bu məqsədə xidmət edir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev yeniləşən xətlə inkişaf etdirir. Bir məsələni də diqqətinizə çatdırmağı özümə borc bilirəm. Qarşıdan böyük bir kampaniya-Milli Məclisə seçkilər gəlir. Bu seçki prosesi biz gənclərin də qarşısında məsuliyyətli vəzifələr qoyur”.
YAP Ağdam rayon təşkilatının Gənclər Birliyinin sədri Amil Cavadov fikirlərini ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə çatdırdı: “Bizim gələcəyimiz gənclərə məxsusdur”. O deyib ki, ümummilli liderimiz, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyev həmişə gəncləri həyatda fəallıq göstərməyə, çətin məsələləri səbr və təmkinlə, inamla həll etməyə çağırıb, bu yolda onlara doğru, düzgün istiqamət verib: “Qürur hissi ilə qeyd etmək istəyirəm ki, bütün sahələrdə olduğu kimi gənclərə münasibətdə də Ulu öndərin siyasi kursu uğurla davam etdirilir. Bu gün də Ulu öndərin bu uzaqgörən siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən möhkəmlənir, yeni formalarla zənginləşir. Belə ki, daima hakimiyyətinin apardığı Dövlət Gənclər Siyasəti cəmiyyətimizdə gənclərin hərtərəfli şəkildə inkişafı üçün lazımi şərait yaradıb. Biz ağdamlı gənclər də bu yolda uğurla addımlayırıq və Yeni Azərbaycan Partiyasının daima yaradıcı, qurucu xarakterli olduğunu görür və hiss edirik. Bunun nəticəsidir ki, bu gün biz gənclər mütəşəkkil və milli birlik partiyası olan Yeni Azərbaycan Partiyası ətrafında daha sıx birləşmişik və partiyanın qaydalarını yenilməz gənclik qüvvəsi ilə möhkəmləndiririk. Bu gün Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının üzvlərinin böyük əksəriyyəti gənclərdən ibarətdir. Bu gənclər rayonun ictimai-siyasi həyatında mühüm rol oynayır. Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı Gənclər Birliyi partiyamızın noyabr ayında keçiriləcək parlament seçkilərində irəli sürdüyü namizədlərin dəstəklənməsi və qələbə qazanması üçün əlindən gələni edəcək”, - deyə Amil Cavadov əlavə edib.
Xəbər lenti
Hamısına baxSiyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24

