Gənclər YAP-ın qüdrətinin və gücünün əhəmiyyətli dayaqlarından biridir
31.08.2010 [09:26]
Avqustun 28-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının qərargahında YAP-ın Gənclər Birliyinin rayon (şəhər) təşkilatları sədrlərinin toplantısı keçirildi. Tədbiri giriş sözü ilə açan YAP Sədrinin müavini - İcra katibi, millət vəkili Əli Əhmədov bildirdi ki, ölkəmizdə keçiriləcək mühüm siyasi kampaniya ərəfəsində partiyanın Gənclər Birliyinin rayon təşkilatlarının sədrlərinin görüşünün keçirilməsi əhəmiyyətlidir. YAP-ın qüdrətli siyasi təşkilat olaraq, əsas hərəkətverici qüvvə kimi ölkəmizdə baş verən bütün ictimai-siyasi proseslərin önündə getdiyini söyləyən İcra katibi Əli Əhmədov əlavə etdi ki, hakim partiya ölkədə keçirilən seçkilərdə qalib gəlmək vərdişinə sahib olub: “Sözsüz ki, bu da yaxşı vərdişdir. YAP olaraq bizim də məqsədimiz bütün seçki proseslərində fəal olmaq, uğurlara imza atmaqdır”.
Bu ilin noyabr ayının 7-də ölkəmizdə növbəti parlament seçkilərinin keçiriləcəyini xatırladan Əli Əhmədov bildirdi ki, YAP bu seçkilərdə də iştirak etmək və qalib olmaq niyyətindədir: “Bu niyyətimizi həyata keçirmək üçün YAP bütün resursları, imkanları səfərbər edir. Partiya son illərdə ölkədə həyata keçirilən uğurlu siyasət nəticəsində əldə olunan uğurlarda bilavasitə iştirak edib. Son illər ölkənin ictimai, siyasi, iqtisadi həyatında yüksəlişlər müşahidə olunur. Azərbaycanın iqtisadi artımın sürətinə görə, dünyada ən yüksək göstəriciləri nümayiş etdirməsi Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin böyük uğurlarından xəbər verir. Son illərdə dünyanı bürüyən maliyyə və iqtisadi böhranın ölkəmizdə hiss olunmaması da aparılan düzgün siyasətin nəticəsidir. İqtisadiyyatın inkişafı həyatımızın digər sahələrində də yüksəlişə geniş imkanlar yaradıb. İqtisadi inkişaf insanların həyat şəraitinin yaxşılaşmasına stimul verir. Təbii ki, 2010-cu ildəki Azərbaycanın iqtisadiyyatını 5-10 il bundan öncənin iqtisadiyyatı ilə müqayisə etmək mümkün deyil. Eyni zamanda, fərq insanların sosial həyatında özünü qabarıq şəkildə büruzə verir. Qüdrətli iqtisadiyyat güclü sosial siyasətin həyata keçirilməsinə geniş imkanlar açır və bu gün Azərbaycan vətəndaşları uğurlu iqtisadi siyasətin nəticəsini özlərinin gündəlik həyatında hiss edir. ölkə vətəndaşlarında belə fikir yaranıb ki, qarşıdakı il yola salınan ildən daha uğurlu və yadda qalan olur. Beləliklə, ölkə əhalisində gələcəyə inam böyükdür”.
YAP Sədrinin müavini Əli Əhmədov ölkəmizdə həyata keçirilən islahatların və Prezident İlham Əliyevin siyasətinin çox uğurlu cəhətlərindən birinin də Azərbaycanın bütün regionlarının sosial-iqtisadi inkişafının təmin edilməsi olduğunu diqqətə çatdırdı. “Dövlət başçısı İlham Əliyev Azərbaycanın hərtərəfli inkişafı üçün bölgələrin tərəqqisini qarşıya ən ümdə məqsəd kimi qoyub” - deyə, İcra katibi əlavə etdi.
YAP Sədrinin müavini qeyd etdi ki, hər bir siyasi kampaniyanın əsas arqumenti ölkə vətəndaşlarının hökumətin fəaliyyətindən razılığı ilə müəyyənləşdirilir: “Bu gün Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti, xüsusilə, gənclər ölkəmizdə həyata keçirilən siyasətdən razılıqlarını ifadə edirlər. Bu razılığın ifadə olunması üçün kifayət qədər əsaslar var”.
“Biz seçkilərə gedərkən və uğur qazanmağı qarşıya mühüm vəzifə qoyarkən sözsüz ki, mövcud reallıqlara və bu gerçəkliklərin yaratdığı ictimai əhval-ruhiyyəyə, seçki ab-havasına istinad edirik”, - deyən Əli Əhmədov vurğuladı ki, iqtidar partiyası olaraq qarşıdan gələn parlament seçkilərinə bu əhval-ruhiyyə ilə gedirik: “Digər seçkilərdə olduğu kimi, parlament seçkilərində də YAP-ın qələbə qazanacağı heç kimdə şübhə yaratmır. Bu, seçki strategiyamızın əsasında dayanan ən güclü arqument və reallıqdır. Digər tərəfdən YAP olaraq, bütün seçkilərə ciddi hazırlaşırıq. Partiyanın malik olduğu böyük nüfuz, həmçinin YAP-ın gücü, qüdrəti, siyasi təşkilatlanma parametrləri, birlik, monolitlik, vahid güc halında birləşmək imkanlarına malik olması öz növbəsində partiyamızın qarşıdan gələn parlament seçkilərində iştirakının və qələbəsinin əsasında dayanır”.
Partiyanın sıralarında 520 minə qədər insanın birləşdiyini deyən Əli Əhmədov qeyd etdi ki, bu, böyük qüvvədir: “Bu günə qədər Azərbaycan tarixində heç bir siyasi təşkilat YAP-ın bu gün cəmiyyətə təqdim etdiyi insani resurs qədər gücə malik olmayıb. Bu günə qədər heç bir siyasi partiyanın sıralarında yarım milyon insan birləşməyib. YAP-ın sıraları davamlı olaraq artır. Hər il partiyanın sıralarına 25-30 min üzv daxil olur. Bu ondan xəbər verir ki, Azərbaycan vətəndaşları Heydər Əliyev ideyalarına sədaqət nümayiş etdirir, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inanır. İkinci bir tərəfdən, siyasi taleyini YAP ilə bağlayanlar atdıqları bu addımın doğru olduğu qənaətindədirlər və ətrafdakı insanlar da partiyanın ölkənin tərəqqisi, insanların rifah halının yaxşılaşması istiqamətində fəaliyyət göstərdiyini yüksək dəyərləndirərək, bu təşkilata üzv qəbul olunmaq haqqında qərara gəlirlər. YAP mövcud oduğu bütün dövrlərdə ölkənin ictimai-siyasi həyatında fəal iştirak edib. Müstəqilliyimizin ilk illərində ölkədə mövcud olan ictimai-siyasi gərginliyin aradan qaldırılmasında, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi islahatların həyata keçirilməsində, sonrakı illərdə ölkənin tərəqqisinin təmin edilməsində, bugünkü ictimai-siyasi proseslərdə partiyanın üzvləri yaxından iştirak edirlər. Bir sözlə, ölkəmizdə əldə olunan bütün nailyyətlərdə YAP-ın rolu böyükdür”.
Bu gün hakim partiyanın sıralarında birləşən yarım milyondan artıq üzvün 40 faizini gənclərin təşkil etdiyini söyləyən Əli Əhmədov onu da vurğulayıb ki, bunun özü Azərbaycan gəncləri arasında YAP-ın nüfuzunun sübutudur: “Beləliklə, gənclərin böyük əksəriyyətini özündə birləşdirən Gənclər Birliyi YAP-ın qüdrətinin və gücünün çox əhəmiyyətli dayaqlarından biridir. Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda ölkənin hərtərəfli inkişafı naminə həyata keçirilən siyasətin dəstəklənməsində Azərbaycan gəncləri birmənalı şəkildə öz mövqelərini ortaya qoyurlar. çünki bu illər ərzində YAP birmənalı şəkildə Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xəttə uyğun olaraq partiya sıralarında və ölkəmizin ictimai həyatında da gənclərin geniş şəkildə iştirak etməsi üçün bütün imkanları yaratmağa çalışır. Hər il partiya sıralarına daxil olanlar arasında gənclərin xüsusi çəkisi artmaqdadır. Bu onu göstərir ki, gənclər YAP-ın timsalında özünün gücünün, biliklərinin istifadə olunması üçün böyük meydan görür. öz enerjilərindən dövlət, xalq, partiya üçün istifadə edirlər. Beləliklə, cəmiyyətimizin çox böyük insani resurslarından olan gənclər YAP-ın tərkibində çox səmərəli fəaliyyət göstərir və eyni zamanda, partiya gənclərin ölkənin ictimai-siyasi həyatında fəallıqlarını artırması üçün ciddi səylər göstərir”.
ötən ilin dekabrında ölkədə bələdiyyə seçkilərinin keçirildiyini xatırladan Əli Əhmədov qeyd etdi ki, YAP gənclərin seçkilərdə yaxından iştirak etməsi təşəbbüsünü irəli sürdü və bunun da çox müsbət nəticəsi oldu: “2004-cü il bələdiyyə seçkilərində gənclər bələdiyyələrin tərkibində 2-2,5 faiz təmsil olunurdusa, 2009-cu il seçkilərdə isə onların təmsilçilik faizləri 28 faizə çatdırıldı. Gənclərin bələdiyyələrdə iştirak səviyyəsi bələdiyyə təcrübəsi əsasında 10 dəfə artıb. Bu, gənclərimizin ictimai fəallığının artmasından irəli gəlir”.
İcra katibi Əli Əhmədov onu da bildirdi ki, Azərbaycan gəncləri bütün sahələrdə fəal iştirak edir. Qazanılan uğurlarda onların əhəmiyyətli rolu ölkə rəhbərliyi və YAP tərəfindən yüksək qiymətləndirilir. Partiya olaraq gənclərimizin ölkənin ictimai-siyasi həyatında artan rolundan razılığımızı ifadə edir, onları daha da fəal olmağa çağırırıq. Bu fəallığı artırmağı arzulamaqla yanaşı, onun gerçəkləşdirilməsi üçün lazım olan şəraiti yaradırıq. YAP Sədrinin müavini bildirdi ki, gənclər fəallıqlarını artırmaqla böyük uğurlara imza atan Azərbaycanın daha inamla irəliləməsinə, bütün sahələrdə daha yüksək nailiyyətlər əldə etməsinə öz töhfəsini verə bilər: “Düşünürük ki, gəncliyin böyük enerjisi ilə yüksək fəallığı birləşib çox əhəmiyyətli bir güc yaradır. Bu güc YAP-ın qüdrətinin və əzəmətinin əsasında dayanır. Həm Azərbaycanın, həm də YAP-ın gələcəyi indiki gəncliklə bağlıdır. Biz gəncliyə böyük önəm verməklə, əslində, partiyanın gələcək gücünün, qüdrətinin əsaslarını, bünövrəsini daha da möhkəmləndirmiş olarıq”.
Ə.Əhmədov söylədi ki, Yeni Azərbaycan Partiyasının yaradıcısı olan Ulu öndər Heydər Əliyev Azərbaycan gənclərinin partiyanın sıralarında daha çoxluq təşkil etməsinin, ölkənin siyasi həyatında fəallıqlarının artırmalarının vacibliyini daim önə çəkirdi. Bu diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. YAP olaraq bütün seçki kampaniyasında olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də yaxından iştirak etməklə uğur qazanmağa, layiqli namizədlərimizin Azərbaycanın ali qanunverici orqanında təmsil olunmasına səy göstərəcəyik.
Əli Əhmədov vurğuladı ki, partiya sıralarına axının sürətlənməsi hər bir seçkidə YAP-ın qarşıya daha ciddi və böyük vəzifələr qoyması üçün etibarlı əsas yaradır: “Partiyamız parlament seçkilərinə də mühüm vəzifələrlə qatılır. Düşünürük ki, partiyanın şəhər və rayon təşkilatları Gənclər Birliyi YAP-ın seçki proqramının uğurla həyata keçirilməsinə özlərinin böyük töhfələrini verə bilərlər. Bu, sözsüz ki, YAP-ın sıralarında birləşən gənclərin fəallığının yüksək olması ilə bağlıdır. Bütün bu parametrləri nəzərə alaraq, gəncləri partiyanın seçki kampaniyasının uğurla həyata keçirməsində vacib, çox əhəmiyyətli resurs hesab edirik. Gənclər Birlikləri bu məsuliyyəti dərk edərək, malik olduqları resursdan partiyanın qələbəsi üçün səmərəli istifadə edəcəklər”.
Tədbirdə o da bildirildi ki, YAP-ın parlament seçkilərində əsaslandığı digər əhəmiyyətli resurs partiyanın əldə etdiyi seçki təcrübəsidir. Bu istiqamətdə YAP-ın hər bir rayon-şəhər təşkilatının topladığı seçki təcrübəsi parlament seçkilərində müəyyənləşdirdiyimiz vəzifələrin uğurla yerinə yetirilməsinə ciddi əsaslar yaradır: “Partiyamız seçkilərdə qalib gəlmək üçün bütün zəruri işləri görür. Bu hazırlığın parlament seçkilərində böyük uğurlar əldə etməyimizlə, YAP-ı parlamentdə təmsil edən deputatların sayının artması ilə müşayiət olunacağına inanırıq. ötən seçkilərin təcrübəsi göstərir ki, hər seçkidə YAP-ın qalib gələn namizədlərinin sayı daha da artır. Xalq reallığa əsaslanaraq, düzgün seçim etməklə ölkəmizin daha da qüdrətlənməsinə, çiçəklənməsinə, müasirləşməsinə dəstək olur”.
YAP Sədrinin müavini onu da bildirdi ki, partiya sıralarında birləşən gənclər YAP-ın seçki qərargahlarının işində fəal iştirak etməklə, partiya tərəfindən irəli sürülən namizədlərin fəal təbliğatçısı olmaqla, seçki proqramının uğurla həyata keçirilməsinə öz töhfələrini verə bilərlər.
Tədbirdə YAP Gənclər Birliyinin Gəncə şəhər təşkilatının sədri Ramil İbrahimov, Ağdam rayon təşkilatının sədri Amil Cavadov, Göyçay rayon təşkilatının sədri Rəşad Şükürov, Lerik rayon təşkilatının sədri Rövşən Rüstəmov çıxış ediblər
Tədbirdə YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, YAP İcra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov və Mübariz Qurbanlı iştirak ediblər.
Xəbər lenti
Hamısına baxSosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36

