Ərdoğdu kimilər niyə narahatdır?
05.02.2022 [09:49]
Yaxud qaranlıq planlara alət olanlar “qaranlıq məqam” axtarışında...
Nurlan
Bu gün Avrasiyada tarixi anlar yaşanır. Öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etmiş Azərbaycanın strateji təşəbbüsləri ilə Asiyadan Avropaya doğru geniş bir coğrafiyada yeni əməkdaşlıq imkanları formalaşır. Eyni zamanda, dost, qardaş, strateji tərəfdaş olan Azərbaycan və Türkiyənin ortaq siyasi iradəsi - birgə təşəbbüsləri əsasında bölgədə işbirliyi və təhlükəsizlik mühiti yenidən dizayn olunur. Bu, milli və regional baxımdan sülh, rifah və tərəqqi deməkdir.
Revanşistlər qədər miskin və narahat
Bəhs olunan gerçəkliklərə rəğmən, prosesə zərbə vurmaq, yerli və beynəlxalq ictimaiyyəti yanıltmaq cəhdləri də müşahidə olunur. Xeyr, bu cəhdlərə təkcə Ermənistanda və məğlub ölkədən kənarda revanşistlərin timsalında rast gəlinmir. Azərbaycanın tarixi Qələbəsinin prosesə çevrilməsindən, hərbi Zəfərin siyasi-diplomatik müstəvidə möhkəmlənməsindən, bir millətin iki dövləti olan Azərbaycan ilə Türkiyənin müttəfiqlik münasibətlərinin güclənməsindən ən azı revanşistlər qədər narahat olanlar var. Onlar daha çox informasiya təxribatları törətməklə, yaxud buna çalışmaqla özlərini və bağlı olduqları şəbəkəni ifşa edirlər. Məsələn, Türkiyə Böyük Millət Məclisinin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Aykut Ərdoğdunun Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əlaqələrlə bağlı tamamilə əsassız ittihamlar səsləndirməsi - absurd iddialar irəli sürməsi təsadüfi deyil.
Ona da, bağlı olduğu dairələrə də yaxşı məlumdur ki...
Onun və bağlı olduğu dairənin özünə də yaxşı məlumdur ki, Azərbaycan ilə Türkiyə arasında bütün münasibətlər, o cümlədən enerji təhlükəsizliyi ilə əlaqədar təmaslar dostluq və qardaşlıq zəmini üzərində təşəkkül tapıb. Yəni bizim strateji tərəfdaşlığımız qardaşlıq təməlində inşa olunur, uğurla inkişaf edir. Digər tərəfdən, iki ölkənin birgə təşəbbüslər əsasında reallaşdırdıqları enerji layihələri tərəflərə iqtisadi və siyasi mənfəət gətirir, bu isə xalqlarımızın rifahının daha da yaxşılaşması, ölkəmizin dünyada mövqeyinin möhkəmlənməsi deməkdir. A.Ərdoğdu, hər halda, Bakı və Ankaranın milli məsələlərdə bir-birini beynəlxalq müstəvidə qətiyyətlə müdafiə etməsindən, Vətən müharibəsində Türkiyənin Azərbaycana prinsipial mənəvi-siyasi dəstəyindən və yeni mərhələdə birgə fəaliyyətdən də xəbərdardır. Belə ola halda, iki ölkənin münasibətlərində “qaranlıq məqam” axtarmaq elə mənəvi-siyasi qaranlığa qərq, yaxud qaranlıq planlara alət olmaq deməkdir.
İnformasiya təxribatı və ya niyə məhz indi?
Digər tərəfdən, Şuşa Bəyannaməsinin hər iki ölkənin parlamenti tərəfindən ratifikasiya edildiyi zaman və şəraitdə belə iddiaların ortaya atılması əsla təsadüfi sayıla bilməz. Bəyannamənin imzalanması və təsdiqlənməsi sıradan bir hadisə, yaxud sadə məsələ deyil. Çünki Bəyannamədən irəli gələn müvafiq addımların atılması - strateji vəzifələrin yerinə yetirilməsi postmünaqişə dövründə hərbi-siyasi təhlükəsizliyə və müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsinə müstəsna töhfə olacaq. Ən mühüm məqamlardan biri Şuşa Bəyannaməsinin imzalanması ilə hər iki ölkənin yeni hərbi-siyasi təhlükəsizlik çətiri formalaşdırması - yeni milli və regional təhlükəsizlik mexanizmi yaratmasıdır. Bu, həm də hansı geosiyasi qütbdən və ya cəhətdən gəlməsindən asılı olmayaraq, təhdidlərə qarşı birgə mübarizə platformasının əsasının qoyulmasıdır.
Bütün bu reallıqlardan narahat olanlar CHP-li millət vəkili kimi fiqurları ortaya atmaqla süni gündəm formalaşdırmağa, yaxud ən yüksək zirvədə olan münasibətləri ictimai rəydə etibarsızlaşdırmağa cəhd göstərirlər. Amma bütün hallarda reallıqlar dəyişmir! Gerçəklik Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmazlığını, möhtəşəmliyini, Ərdoğdu kimilərin isə miskinliyi və acizliyini əks etdirir.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

