Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Türkiyənin Bilkənd Universitetinin rektoru Əli Doğramacı ilə görüşüb

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Türkiyənin Bilkənd Universitetinin rektoru Əli Doğramacı ilə görüşüb

08.09.2010 [09:43]

Dünən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Türkiyənin Bilkənd Universitetinin rektoru, professor Əli Doğramacı ilə görüşüb.
Qonağı salamlayan Mehriban xanım Əliyeva Əli Doğramacını Fondda görməkdən şad olduğunu bildirib. Mehriban xanım Əliyeva Əli Doğramacının bu səfərinin görkəmli musiqiçi Sərvər Qəniyevin vəfatı ilə əlaqədar baş tutmasından təəssüfləndiyini bildirərək, ustad sənətkarın dünyasını dəyişməsini həm Azərbaycan, həm də Türkiyə üçün böyük itki olduğunu deyib. Mehriban xanım Əliyeva bildirib ki, Sərvər Qəniyevin həyatının böyük bir hissəsi Türkiyənin Bilkənd Universiteti ilə bağlı olub. Onun davamçısı, nəvəsi, gənc skripkaçı Elvin Qəniyevin Parisdə YUNESKO-nun qərargahında Heydər Əliyev Fondunun təşkil etdiyi “Azərbaycanın xoşməramlı mələkləri” adlı konsertindəki çıxışını xatırlayan Mehriban Əliyeva Fondun bu istedadlı gəncə dəstək verdiyini qeyd edib.
Azərbaycana gəldiyi üçün Əli Doğramacıya təşəkkürünü bildirən Mehriban xanım Əliyeva qonağın Fonda göstərdiyi dəstəyi yüksək qiymətləndirib. Qeyd edib ki, atası İhsan Doğramacının xatirəsi Azərbaycan xalqı üçün əzizdir.
Əli Doğramacı Azərbaycana hər gəlişində ölkəmizin daha da gözəlləşdiyini və inkişaf etdiyini diqqətə çatdırıb. Azərbaycan və Türkiyənin həm xoş, həm də çətin günlərdə bir yerdə olduğunu deyən qonaq bildirib ki, Sərvər Qəniyev Azərbaycanı dünyaya tanıdan görkəmli şəxsiyyətlərdən biridir.
Hörmətli qonaq qeyd edib ki, S.Qəniyev Türkiyədə zəngin Azərbaycan mədəniyyətinin fəal təbliğatçısı kimi tanınıb. O, eyni zamanda, yeni musiqiçilər nəslinin yetişməsinə böyük töhfələr verib.

Paylaş:
Baxılıb: 1183 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31