Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Uşaqların problemləri daim diqqət mərkəzindədir

Uşaqların problemləri daim diqqət mərkəzindədir

09.09.2010 [10:11]

Sentyabrın 10-dan 14-dək Heydər Əliyev Fondu, Gənclər və İdman Nazirliyi və YUNİSEF Nabranda uşaq hüquqları, sağlam həyat tərzi və yaşam bacarıqları, əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiyası mövzularında uşaqların biliklərinin və həmyaşıddan-həmyaşıda bacarıqlarının artırılmasına töhfə verəcək yay düşərgəsi keçirəcəklər. Heydər Əliyev Fondundan AzərTAc-a bildiriblər ki, Nabrandakı “Atlant” istirahət mərkəzində keçiriləcək beşgünlük düşərgənin əsas məqsədi təlim bacarıqları öyrətməklə əlil uşaqların cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq və həmyaşıdları arasında ünsiyyət vasitələrinə yiyələnmək vərdişlərini artırmaqdır.
Yay düşərgəsi Xaçmaz rayonu və Bakı şəhərinin rayonlarından olan 13-17 yaşlarında 45 yeniyetmə və gənci əhatə edəcək. Bu uşaqların 50 faizini qızlar, 60 faizini isə əlilliyi olan uşaqlar təşkil edəcək. Düşərgəyə 14 valideyn, 14 texniki işçi və mütəxəssislər cəlb olunacaq.
Uşaqlar üç qrupa bölünəcək və hər bir qrupda diqqət uşaq hüquqları, sağlam həyat tərzi və yaşam bacarıqları, əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiyası kimi üç əsas mövzuya yönəldiləcək.
Yay düşərgəsi müxtəlif tədbirlər və idman oyunları ilə müşayiət ediləcək, təlimlərdən sonra isə film nümayişləri və müzakirələr olacaq.

Paylaş:
Baxılıb: 996 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30