Akdamar erməni kilsəsidirmi?
21.09.2010 [09:16]
Tarixi faktlar bu abidənin xristianlığı qəbul etmiş qıpçaq türklərinə məxsus olduğunu deməyə əsas verir
Bu günlərdə bütövlükdə regionun mədəni-tarixi həyatında bir sıra zəncirvari hadisələr baş verməkdədir. Əlbəttə ki, bir mənada bu baş verənləri sırf humanitar xarakterli mədəni hadisələr adlandırmaq olar. Başqa bir rakursdan baxdıqda isə hər bir baş verən bu humanitar-mədəni addımların arxasında hansısa siyasi məqsədin gizləndiyini də açıq şəkildə görmək mümkündür. çox uzağa getmədən qardaş Türkiyədə bu yaxınlarda baş verən iki hadisəyə toxunmaq istəyirik. Bunlardan biri Trabzonda yerləşən keçmiş rum imperatorluğuna aid Sumela kilsəsində dini ayinlərin yenidən bərpası ilə bağlı Türkiyə Cümhuriyyəti hökumətinin qəbul etdiyi qərarla bağlıdır. Lakin məqsədimiz heç də Trabzonda baş verənlərə geniş şəkildə toxunmaq deyil, Azərbaycanı yaxından maraqlandıran Akdamar kilsəsi və onun ətrafında baş verən hadisələrə münasibət bildirməkdir.
Ermənilər iddia edirlər ki, Van gölündəki Akdamar adasında yerləşən kilsə ermənilərə aiddir. Əslində, bununla ermənilər bir daha bütün dünyaya sübut etmək istəyirlər ki, guya doğrudan da qədimdə Türkiyənin Şərqində erməni əyalətləri olub, ermənilər həmin ərazilərin aborogenləridir. Hətta onlar Osmanlı imperiyasından əvvəl, İslamdan çox-çox əvvəl orada xristian məbədi inşa ediblər və guya bu məbəd onların qədim tarixi, mədəni, dini abidələridir.
Lakin əsla belə deyil və bunun belə olması da qeyri-mümkündür. çünki ermənilərin həmin əraziyə gəlməsi kilsənin inşasından çox-çox sonrakı dövrlərə təsadüf edir. Tarixi faktlara söykənsək, bu kilsənin birbaşa azərbaycanlıların mədəni-tarixi, dini-ideoloji irsi ilə bağlı olduğunu və kilsənin tikilməsinin, orada ayinlərin icra olunmasının məhz Cənubi Qafqazda və Şərqi Anadoluda yayılmış qıpçaq türklərinin keçmişi ilə bağlı olduğunu söyləyə bilərik. Daha doğrusu, böyük ehtimalla bu kilsə Qafqaz Albaniyasının keçmişi ilə bağlıdır.
Azərbaycanın məşhur ədibi Yusif Vəzir çəmənzəminli deyib ki, söz tarixin yuvasıdır, söz tarixin açarıdır. Sözdə böyük hikmət var. Biz də hesab edirik ki, həqiqətən də söz tarixin açarıdır. Məhz bu fəlsəfədən çıxış edərək ilk olaraq Akdamar sözünün etimologiyasını izah edək. Maraqlıdır ki, bu sözün erməni dilində hər hansı mənası yoxdur. Ərəb dilində mənası isə hansısa bitmiş fikri ifadə etmir. İddialara görə, “akdamar” sözü ərəbcə “qabartı” deməkdir ki, bu da kilsənin adının mənasını açmır. Əslində isə “ak” sözü türklərdə ziya, nur, işıq mənasındadır. Qədim dövrlərdə, arxaik türkcədə “ak” sözü bugünkü ziyalı sözünü ifadə etmək üçün onun əvəzinə işlənən termin olub. çünki ziya, nur sözü ərəblərdən gəlmədir və o sözün qədim türkcəsi, arxaik türkcəsi məhz akdır.
“Damar” isə bizim bildiyimiz yoldur, müəyyən bir məqsədi ifadə edən cığır mənasındadır. Bu gün damar dediyimiz damar sözü da bu mənaları ifadə edir. Yəni, insan bədənini dolaşıb, orada müxtəlif funksiyanı yerinə yetirən cığır, yol deməkdir.
Əgər Akdamar sözünü dərhal tərcümə etmək istəsək, bugünkü Samanyolu, yəni, “süd yolu” mənasını ifadə edir. Bu isə qədim türklərin tanrıçılıq inancı ilə bağlı idi.
Məlum olduğu kimi, 315-ci ildə qədim Albaniyada çar Vaçehanın dövründə Vaçehan rəsmən xristianlığı qəbul edib. Onun yaxını (ya qardaşı, ya da oğlu hesab olunur) olan, özünü İsa peyğəmbərin həvarisi hesab edən, həmçinin, din fədaisi olan Qriqoris də məhz həmin albanlardan idi. çünki həmin dövrdə İslam yaranmamışdı, xristianlıq yayılmağa başlamışdı və xristianlıq təkallahlı din olduğu üçün türklərin tanrıçılıq dini ilə üst-üstə düşürdü. Ona görə də türklər xristian dinini qəbul etdilər. Həmin Qriqoris Albaniyanın digər ərazilərində dini yayarkən, indiki Beyləqan rayonunda öldürülüb. Bu gün Beyləqanda olan və peyğəmbər qəbri kimi tanınan Cərçis peyğəmbərin qəbrinin də həmin Qriqorisə məxsus olduğu ehtimal edilir.
Yeri gəlmişkən, hələ lap qədimlərdən, eramızdan əvvəl III-IV əsrlərdə Kars, Van Sarıqamışda və o ətraflarda karsaklar deyə türklər yaşayıb. Bugünkü Kars şəhərinin də karsaklar tərəfindən salındığı ehtimal olunur. Eyni zamanda, qədim Ani şəhərində karsaklara aid xüsusi məhəllə olub. Ona görə də, həmin dövrdə o ərazidə sıx məskunlaşmış albanlar, xristianlığı qəbul etmiş qıpçaq türkləri orada özləri üçün ibadətgah tikiblər və həmin ibadətgahın ermənilərə heç bir dəxli yoxdur. Sonrakı dövrlərdə münasibətlərin izinə, yəni, xristian qıpçaqlarla oğuz boylarının toqquşmasına biz “Kitabi-Dədə Qorqud” dastanında rast gəlirik. Dastanda xristian türklərinin ümumiləşdirilmiş obrazı Qıpçaq Məlikdir. Qıpçaq Məlik xanlar xanı Qazan xanın evini yağmalayır. Bu həmin dövrdür ki, artıq türklər arasında dini kimlik etnik kimlikdən önə çıxmağa başlayır. Ona görə də, xristian qıpçaqlar özlərini ayrıca bir zümrə kimi qəbul edirdilər. İslam qəbul olunduqdan sonra isə xristian türklər sıxışdırılmağa başladılar.
Daha doğrusu, IX əsrdə (838-ci ildə) Babəkin başçılıq etdiyi xürrəmilər hərəkatı məğlubiyyətə uğradıqdan sonra Azərbaycan İslamı qəbul edir. Buradakı xristian qıpçaqlar Şərqi Anadoluya köçürlər və orada öz dini mərkəzlərini qorumaqla, kompakt şəkildə onun ətrafında məskunlaşmağa başlayırlar. Daha doğrusu, tarixi məlumatlara görə, bu kilsə 915-921-ci illər arasında tikilib. Kilsə mərkəzi qübbəli, dörd yarpaqlı yonca formalı xaç planında olub, qırmızı daşlarla inşa edilib. Tikintinin çöl hissəsindəki daş qabartmalarda İncil və Tövratdan götürülən dini mövzularla yanaşı, dünyəvi mövzular, saray həyatı, ov səhnələri, insan və heyvan fiqurları təsvir olunub. Maraqlıdır ki, bu qabartmalarda Orta Asiya türk sənətinin yoğun təsirlərini daşıyan IX və X əsr Abbasi sənətinin təsirlərini də görmək mümkündür.
Xristian qıpçaq türklərinin sonrakı izlərinə biz “Əsli və Kərəm” dastanında rast gəlirik. Dastanda qara keşiş kimi təqdim edilən o şəxs heç də Gəncədən olan erməni katolik din xadimi deyil, Zəngəzurda yaşayan və bəylərbəyi qarşısında orada məskunlaşmuş qədim xristian-qıpçaq camaatının fəaliyyətinə görə cavabdehlik daşıyan, həmçinin, onlardan vergi yığan Gəncə bəylərbəylinin bir nümayəndəsidir. Bu qara keşiş də məhz xristian qıpçaq türklərindəndir və Əslini götürüb Ərzuruma, Vana yollananda da, ora ermənilərin yanına getmirdi. Məhz oradakı qıpçaq qardaşlarının, dindaşlarının yanına gedirdi. Bu faktın özü də onu deməyə əsas verir ki, Akdamar kilsəsi oradakı qıpçaq türklərinin ibadət etdiyi məşhur bir mərkəz olub...
...çar Rusiyası Azərbaycan torpaqlarını işğal etdikdən sonra imperiyanın İrandakı səfiri Qriboyedovun rəhbərliyi ilə xristian ermənilər Azərbaycana köçürülməyə başladılar. Bu mərhələdə onların bir qismi Azərbaycanda, bir hissəsi isə Şərqi Anadoluda yerləşməyə başladılar. Lakin Şərqi Anadolu Kilikiya demək deyil. Ermənilərin Bizans dövründə Kilikiyada məskunlaşması ilə bağlı mənbələrdə informasiyalar var. Lakin onlar bugünkü ermənilər deyil. Onlar Balkanlardan Roma imperatoruna qoşulub gələn bir qisim ermənilərin əcdadı hesab olunan protohaylardır. Neron Şərqi Bizansda məğlub olub Romaya qayıtdıqdan sonra həmin ermənilər də bu əraziləri tərk edib çıxıb gedirlər. Ermənilərə rəhbərlik edən Tiqran bir müddət Şərqi bizanslılarla yaxşı əlaqə qurub, orada məskunlaşmağa çalışdı. Lakin sonradan ermənilər oradan getdi. Yəni, ermənilərin Kilikiyada məskunlaşmasının tarixi bundan ibarətdir və onlar cəmi 30-40 il orada yaşayıblar. Ondan sonra onlar heç Kilikiyada da olmayıblar. Sonrakı dövrdə artıq Balkanlara qayıtmayan hay tayfaları artıq Osmanlıda, həmçinin, ərəb dünyasının içərisində məskunlaşıblar. Sonradan onlarda bir vaxtlar Tiqranın dövründə yaşadıqları mifik erməni dövlətçilik eyforiyası baş qaldırıb və ona görə Anadoluya axın ediblər.
Məsələ bundan ibarətdir. Ona görə də, bu gün Akdamar kilsəsinin məhz Azərbaycan mədəniyyətinə aid, qıpçaq türklərinə aid bir abidə olması ehtimalı ortaya çıxır. Təəssüf ki, bu gün Türkiyədə bu cür ayinlərin icra olunmasına icazə verilir. Bu kilsənin ayinə açılması və ermənilərin oranı ziyarət etməsi heç bir halda Türkiyənin xeyrinə deyil. Bütün bunlar ermənilərin Türkiyəyə qarşı olan ərazi iddiasının möhkəmlənməsinə xidmət edir. Diqqət etsək zəncirvari reaksiyanın şahidi olacağıq. Trabzonda Sumela kilsəsi rumlara ibadət üçün açıldıqdan sonra Akdamar kilsəsi açıldı. Bu gün isə Akdamarın ardınca yunan əsilli amerikalılar gəlib Ayasofiyada ibadət etmək istəyirlər. Bu isə Türkiyə Cümhuriyyətini dinlərin, dini sektaların fəaliyyət poliqonuna çevirə bilər.
Yaxşı olardı ki, Azərbaycan və Türkiyə tarixçiləri yuxarıda bəhs etdiyimiz istiqamətdə birgə fəaliyyət göstərərək, Akdamarın ermənilərə aid olmadığını sübut edən tarixi faktları üzə çıxarsınlar. Gerçək tarixi ortaya qoymaqla bu mədəniyyətin ümumiyyətlə qıpçaq türklərinə aid olmasını sübut edən sənədlər əldə etsinlər. Onu da qeyd edək ki, bu sənədləri axtarmaq üçün çox uzağa getmək lazım deyil. Bu gün Eçmiədzində erməni hərfləri ilə və qıpçaq ləhcəsi ilə yazılmış çoxlu dini-tarixi sənədlər var. Bu sənədlərin surətinin Azərbaycanda olduğu deyilir. Deməli, məhz bu sənədlərə söykənərək tarixi araşdırmalara başlamaq və ümumiyyətlə, Şərqi Anadoluda olan xristian abidələrinin heç birinin ermənilərə aid olmadığını sübut etmək lazımdır. Necə ki, bu gün Azərbaycanda-Daşkəsəndə, Gədəbəydə, Qaxda, Şəkidə olan abidələrin, kilsələrin ermənilərə heç bir dəxli yoxdur, eyni ilə də Şərqi Anadoluda olan abidələrin ermənilərə heç bir aiddiyyəti yoxdur.
Hikmət Babaoğlu
Xəbər lenti
Hamısına baxSosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36

