Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Təşviqat müddətində zərurət olarsa, kütləvi aksiyalar keçirəcəyik

Siyavuş Novruzov: Təşviqat müddətində zərurət olarsa, kütləvi aksiyalar keçirəcəyik

17.10.2010 [13:41]

“Milli Məclisə keçiriləcək seçkilərlə bağlı Yeni Azərbaycan Partiyası (YAP) olaraq Seçki Məcəlləsinin hər bir namizəd üçün müəyyənləşdirdiyi təbliğat-təşviqatın bütün üsullarından istifadə etmək planımız var”. Bunu APA-ya açıqlamasında YAP İcra katibinin müavini Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, artıq rayonlarda YAP-ın bütün namizədlərinin görüş tutulub: “Həmin qrafikə əsasən müəyyən olunmuş qapalı və açıq yerlərdə görüşlər keçirilir. Biz təşviqat müddətində diqqəti əsasən seçicilərlə birbaşa ünsiyyətin qurulmasına yönəltmişik. Bu sıraya namizədlərin seçicilərlə fərdi qaydada görüşü, namizədlərin səlahiyyətli nümayəndələrinin, təbliğat-təşviqat qrupuna daxil olan şəxslərin mənzillərdə, məhəllələrdə seçicilərlə birbaşa canlı ünsiyyətə girib platformalarını çatdırması daxildir. Əgər təşviqat müddətində kütləvi aksiyalara zərurət olarsa, biz belə aksiyaları da keçirəcəyik”.

Paylaş:
Baxılıb: 1016 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30