Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dövlət Proqramının uğurla icrası nəticəsində məcburi köçkün ailələrinin bir çox problemləri öz həllini tapıb

Dövlət Proqramının uğurla icrası nəticəsində məcburi köçkün ailələrinin bir çox problemləri öz həllini tapıb

07.10.2010 [09:10]

Hazırda qaçqınların sosial infrastruktur təminatının yaxşılaşdırılması və onların ən müasir kommunal xidmət növləri ilə təchiz olunmuş yaşayış mənzilləri ilə təmin edilmələri sosial siyasətin başlıca hədəflərindən birini təşkil edir
Əhalinin sosial qayğıya ən çox ehtiyacı olan təbəqəsini təşkil edən qaçqın və məcburi köçkünlərin normal yaşayışı, həyat şəraitini təmin edilməsi Azərbaycan hökumətinin sosial siyasətinin prioritet istiqamətini təşkil edir. Məlum olduğu kimi uzun illərdir ki, bu sahədə dövlət səviyyəsində müxtəlif layihələr həyata keçirilir, qaçqınların sosial problemlərinin həllinə böyük miqdarda vəsaitlər ayrılır. Məcburi köçkünlərin hərtərəfli müdafiəsi istiqamətində dövlətin gördüyü işləri sistemli və ardıcıl həyata keçirmək məqsədilə, Prezident İlham Əliyevin 1 iyul 2004-cü il tarixli Sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə” Dövlət Proqramı təsdiqlənib.
Sözügedən proqramın uğurla həyata keçirilməsi nəticəsində, məcburi köçkün ailələrinin əksər problemləri öz həllini tapıb. Onu da xüsusi olaraq vurğulamq yerinə düşər ki, dövlətin həyata keçirdiyi tədbirlər ilk növbədə yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın başlıca problemi olan mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlib. Dövlət başçısının məcburi köçkün ailələri ilə keçirdiyi görüşlərin birində vurğuladığı kimi, hazırda ölkədə bütün çadır şəhərcikləri ləğv olunub: “Dövlət Proqramı qəbul edilib və ilk mərhələdə ən ağır vəziyyətdə yaşayan soydaşlarımızın problemləri həll olunub. Artıq Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi yoxdur. İndiki mərhələdə digər yerlərdə yararsız binalarda yaşayan soydaşlarımızın problemləri həll olunmalıdır. Bakıda, digər rayon mərkəzlərində məcburi köçkünlər üçün çoxmərtəbəli evlər tikilir”.
Bir sözlə, Azərbaycan hökuməti həm büdcə vəsaitləri və Dövlət Neft Fondundan ayrılan subsidiyalar, həm də digər maliyyə mənbələri hesabına qaçqın və məcburi köçkünlərin sosial həyat şəraitinin yüksəldilməsi ilə bağlı mühüm layihə və proqramları gerçəkləşdirməkdədir. Belə ki, indiyədək, ümumilikdə məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərə 2,9 milyard dollardan artıq vəsait xərclənib. Həmin vəsaitin 2,1 milyard dollarını Azərbaycan hökuməti, 800 milyon dollarını isə beynəlxalq humanitar qurumlar yönəldib. Bu vəsaitlər hesabına qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması, məişət qayğılarının həll olunması, çadır şəhərciklərinin ləğv edilməsi və onların hər cür infrastruktura malik yeni salınmış qəsəbələrdəki mənzillərlə təmin edilməsi həyata keçirilib. Bu tədbirlərin davamlı və geniş xarakter alması isə dövlətin bu insanlara olan yüksək diqqət və qayğısının bariz nümunəsi hesab oluna bilər.
Bu bir həqiqətdir ki, qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Təsadüfi deyil ki, Ulu öndərin Sərəncamı ilə Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına ümumi sahəsi 392 min kv.metr olan 6410 fərdi yaşayış evi ilə yanaşı, 3150 yerlik 18 məktəb, 16 tibb məntəqəsi, 18 uşaq baxçası, 13 hamam, 75 çarpayılıq xəstəxana, 195 km uzunluğunda qəsəbələrdaxili və xarici yollar, 188 km uzunluğunda xarici və daxili içməli su xətləri, 350 km elektrik hava xətləri, 133 km irriqasiya su kəməri, 10 klub-icma mərkəzi, 11 rabitə evi və digər həyat üçün vacib olan sosial obyektlər tikilib istifadəyə verilib. Nəticədə Biləsuvar rayonu ərazisindəki 5 çadır düşərgəsi ləğv edilib və 1329 qaçqın və 5081 məcburi köçkün ailəsinin (32 min nəfər) mənzil şəraiti yaxşılaşdırılıb.
Əsası Ulu öndər tərəfindən qoyulan bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Hələ 2003-cü ildə Azərbaycanın dövlət başçısı seçilərkən cənab İlham Əliyev qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yüksəldilməsinin prioritet sahə kimi diqqətə alınacağını bildirmişdi. Bu istiqamətdə aparılan fəaliyyət, həyata keçirlən dövlət proqramları onu deməyə əsas verir ki, ötən müddət ərzində verilən vədə tam əməl olunub. 2003-cü ildə prezident seçkiləri ərəfəsində cənab İlham Əliyev onu da bəyan etmişdi ki, növbəti beş ildə Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Artıq bu məsələ də tam şəkildə öz həllini tapıb. Yuxarıda da qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində hazırda ölkəmizdə bir dənə də olsun çadır şəhərciyi qalmayıb.
Dövlət başçısının 2008-ci ilin aprel ayında Zobucuq qəsəbəsində orta məktəb binasının açılış mərasimində də qeyd etdiyi kimi, qaçqın və köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı uğurlar göz qabağındadır: “Bu gün artıq Azərbaycanda çadır şəhərciyi yoxdur. Əvvəllər o ağır, çətin vəziyyətdə yaşayan soydaşlarımız indi yeni evlərə köçürülür, yeni binalarda yaşayırlar. Bu qəsəbələrdə bütün infrastruktur yaradılmışdır. Gözəl evlər, yeni salınmış yollar, su xətləri, elektrik enerjisi, məktəb, tibb məntəqələri - yəni, yaxşı yaşamaq üçün bütün imkanlar var. Bu illər ərzində on minlərlə soydaşımız yeni evlərə köçürülmüşlər. Bu siyasət 2000-ci illərin əvvəllərində Ulu öndər Heydər Əliyev tərəfindən başlanmışdır. O vaxt qərar qəbul edilmişdi ki, çadır şəhərciklərinin bir hissəsi ləğv olunsun və orada yaşayan soydaşlarımız yeni evlərə köçürülsünlər. Birinci belə qəsəbə 2003-cü ildə Biləsuvar rayonunda salınmışdır. Ondan sonra, qeyd etdiyim kimi, 2004-cü ildə Dövlət Proqramı qəbul olunmuş, bu yaxınlarda, bir neçə ay əvvəl proqrama yeni əlavələr edilmişdir”.
Qaçqınların və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması ilə bağlı 2004-cü ildə qəbul olunmuş Dövlət Proqramı ötən dövr ərzində böyük uğurla icra edilib. Dövlət Proqramı çərçivəsində isə ümumilikdə 22921 ailə-110 min məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırılması, o cümlədən, 21354 ailənin yeni qəsəbələrə köçürülməsi, 1567 ailənin isə müvəqqəti məskunlaşdıqları ictimai binaların təmiri, 30 min iş yerinin (onlardan 25 mini inşaat işlərində, 5 mini isə yeni təşkil olunacaq kiçik sexlərdə) yaradılması prosesi həyata keçirilib. Dövlət Proqramına uyğun olaraq Dövlət Neft Fondundan ayrılan vəsait hesabına Ağdam rayonunda 12, Ağcabədi rayonunda 1 qəsəbənin tikintisi başa çatdırılıb, məcburi köçkünlərin həmin qəsəbələrə köçürülməsi və 4 çadır düşərgəsinin ləğv edilməsi təmin olunub. Hazırda qaçqınların sosial infrastruktur təminatının yaxşılaşdırılması və onların ən müasir kommunal xidmət növləri ilə təchiz olunmuş yaşayış mənzilləri ilə təmin edilmələri sosial siyasətin başlıca hədəflərindən birini təşkil edir. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlara əsasən, məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı davamlı tədbirlər həyata keçirilir. Məsələn, “Qaçqınlar və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq 700-ə yaxın məcburi köçkün ailəsi üçün yeni çoxmərtəbəli yaşayış binalarının tikilməsi nəzərdə tutulur. Bunun üçün Prezidentin Ehtiyat Fondundan Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 14 milyon manat məbləğində vəsait ayrılıb. Məcburi köçkünlərin sosial vəziyyəti ilə bağlı nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə 2 milyard dollara yaxın vəsait xərclənib. Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı qəbul olunmuş 2007-2011-ci illərə dair Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan tədbirlərin davam etdirilməsi üçün 500 milyon manatdan çox vəsaitin sərf olunması planlaşdırılır. Qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bərabər, onların hər cür infrastrukturla təmin edilməsi hökumətin bu insanlara olan yüksək diqqət və qayğısının bariz təzahürü kimi qiymətləndirilə bilər.
Bir sözlə, görünən odur ki, dövlətimizin maliyyə imkanları gücləndikcə, büdcə gəlirləri və eyni zamanda, digər maliyyə mənbələrindən ayrılan vəsaitlər qaçqınların həyat şəraitinin yüksəldilməsinə yönəldilir.
Zahid İLHAMOÄžLU

Paylaş:
Baxılıb: 1084 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30