Dünya birliyi Ağdaban faciəsinə susmasaydı...
07.04.2022 [10:01]
Buça və onun kimi onlarla qətliamlar baş verməzdi
PƏRVİZ
1992-ci ilin aprelində, Kəlbəcərin işğalından bir il öncə erməni silahlı birləşmələri tərəfindən törədilmiş Ağdaban faciəsi Ermənistanın Azərbaycana təcavüzünün ən qanlı səhifələrindən biridir. Birinci Qarabağ müharibəsi dövründə iki dəfə ermənilər tərəfindən dağıdılan və yandırılan, insanları təcavüzə uğrayan Ağdaban kəndində baş verənlər bəşəriyyətə qarşı törədilmiş faciədir. Bu faciə zamanı ermənilərin ağlagəlməz, insanlığa sığmayan vəhşilikləri nəticəsində Ağdabanda kütləvi qırğın həyata keçirilib.
Ağdaban çayının sağ sahilində, Ağdaban dağının yamacında, Murovdağ silsiləsinin cənub ətəyində yerləşən bu kənd 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri və Dağlıq Qarabağdakı separatçı erməni quldur dəstələrinin hücumuna məruz qaldı. Hücumdan xəbərsiz olan kənd əhalisi başıaçıq-ayaqyalın qarla örtülü meşələrə, dağlara üz tutdu. Kəndləri müdafiə edən kiçik dəstələr ermənilər tərəfindən məhv edildiyindən əhali müdafiəsiz qalmışdı. Erməni daşnakları Ağdaban kəndinə soxularaq 130-dan çox evi tamamilə yandırdılar, 779 nəfər dinc sakinə divan tutdular. Onlar yaşlı, qoca, qadın, uşaq demədən dünyada görünməmiş ən qəddar üsullarla dinc əhalini qətlə yetirərək soyqırım aktı törətdilər. Bu faciə zamanı 32 nəfər amansızcasına qətlə yetirildi, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırıldı. Həmçinin 2 nəfər itkin düşdü, 12 nəfərə ağır bədən xəsarəti yetirildi, 5 nəfər isə girov götürüldü...
Ağdabanlılar bu faciədən sonra belə öz doğma yurdlarını tərk etmədilər. Bununla belə kənd o zamankı AXC-Müsavat hakimiyyətinin günahı ucbatından ikinci dəfə eyni təcavüzə məruz qaldı. 1993-cü il mart ayının 27-də ermənilərin Kəlbəcərə hücumu elə Ağdabandan başladı. Ermənilər Ağdaban kəndinə hücum edib, onu ikinci dəfə viranəyə döndərdilər. Kənd evlərinin əksəriyyəti yandırıldı və qarət edildi. Ağdabanın ikinci dəfə işğalı isə Kəlbəcərin hər tərəfdən mühasirəyə düşməsinə yol açdı. Ermənilər Ağdabanı təkcə strateji məkan olduğu üçün deyil, əslində Kəlbəcər ədəbi mühitinin beşiyi kimi də çoxdan hədəfə almışdılar. Onlar Ağdabanda yalnız soyqırım törətmədilər. Erməni quldurları tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdıldı, müqəddəs ziyarətgah və məzarlıqlar təhqir olunaraq məhv edildi.
2020-ci ildə baş verən Vətən müharibəsi işğal altında olan digər torpaqlarımız kimi Kəlbəcərimizi də öz azadlığına qovuşdurdu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz 30 illik işğala son qoydu. Ağdaban da düşmən tapdağından azad olundu. Bununla belə, ermənilərin bu torpaqlarda törətdikləri vəhşiliklər, soyqırımları unudulmamalıdır. Prezident İlham Əliyevin bildirdiyi kimi, biz yaşadığımız faciələri yaddan çıxarmamalıyıq. Təəssüfləndirici haldır ki, XX əsrin sonlarında baş verən Ağdaban faciəsi hələ də beynəlxalq səviyyədə tanınmır, öz layiqli qiymətini almır. Bu faciəni törədən ermənilər beynəlxalq ədalət məhkəməsi qarşısında məsuliyyət daşımalı və etdikləri vəhşiliklərə görə cavab verməlidirlər. Bu gün Buçada baş verən hadisələrə görə ayağa qalxan, səfərbər olan dünya birliyi bir həqiqəti anlamalıdır. 30 il öncə dünyanın gözü qarşısında təcavüzə uğrayan, dağıdılan, qətl edilən Ağdabana layiqli qiymət verilsəydi, bu faciəni törədənlər qanun və hüquq qarşısında cavab versəydilər, bəlkə də Buça və onun kimi onlarla faciələr yaşanmazdı. Bu baxımdan Ağdaban faciəsinin təbliğinə, tanıdılmasına böyük ehtiyac var. Erməni vandalizminin ən böyük sübutlarından biri olan bu faciəni unutmamalı və unutdurmamalıyıq!
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35

