Separatizmə yox!
12.04.2022 [09:57]
Azərbaycan dövlətinin mövqeyi budur
Nardar BAYRAMLI
Azərbaycan dövləti hər zaman separatizmə qarşıdır və bu mövqeyini daim ifadə edib. Ölkəmiz erməni separatizmi ilə uzun illər mübarizə aparır və beynəlxalq müstəvidə də separitizmə qarşı daha güclü mübarizənin aparılmasının vacibliyini vurğulayır. Yeri gəlmişkən, Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, dövlətimiz aprelin 10-da Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni, seçkilərin nəticələrini tanımır. Xarici İşlər Nazirliyinin digər bəyanatında isə Ermənistanın separatçılığı dəstəkləməsinə və digər destruktiv əməllərinə etiraz bildirilir.
Mövzu ilə əlaqədar qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Ramin Məmmədov deyib ki, dövlətimizin siyasətində beynəlxalq hüquq normalarına riayət olunması əsas amillərdən biridir. Beynəlxalq hüququn separatizmi bütün hallarda rədd etdiyini deyən millət vəkili bildirib ki, Azərbaycan da həmişə bu prinsiplə çıxış edir: “Aprelin 10-da Tsxinvalidə keçirilən qondarma seçkilərin tanınmaması da bununla bağlıdır. Məlumdur ki, həmin bölgədə də separatizm mövcuddur. Bu da Gürcüstanın ərazi bütövlüyünə qarşı yönəlib. Azərbaycan dövləti Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Ölkəmiz Tsxinvali məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir. Bilirsiniz ki, Azərbaycan da uzun illər erməni separatizmindən əziyyət çəkən ölkədir. Erməni separatizminin acı nəticələrini hər bir vətəndaşımız yaxşı bilir. 44 günlük Vətən müharibəsindən qazandığımız zəfərdən sonra Ermənistanın bölgədə sülh çağırışlarına adekvat cavab verəcəyini gözləyirik. Amma Paşinyan hakimiyyəti sözdə sülh tərəfdarı olduğunu desə də, əməldə Qarabağ separatçılarına dəstək göstərməkdə davam edir. Azərbaycanın Xarici İşlər Nazirliyinin son bəyanatı da bununla əlaqədardır”.
Millət vəkili qeyd edib ki, Ermənistan tərəfi vaxtaşırı ölkəmizə qarşı əsassız, düşmənçilik dolu bəyanatlar səsləndirir: “İki dövlət arasında normallaşma addımlarının atılması qərarları verildiyi bir vaxtda Ermənistan tərəfinin bu mövqeyi yolverilməzdir. Nə qədər qəribə olsa da, bəzən erməni tərəfi Azərbaycanı “etnik təmizləmə” siyasəti aparmaqda “ittiham edir”. Halbuki, Dağlıq Qarabağ münaqişəsi dövründə bir milyona yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoyan, bu insanların 30 ilə yaxın fundamental hüquqlarını kobudcasına pozan, hərbi təcavüz zamanı çoxsaylı hərbi cinayətlər törədən ölkə Ermənistandır. O cümlədən 613 mülki şəxsi Xocalıda bir gecədə vəhşicəsinə qətlə yetirən, hələ 1990-cı illərin əvvəllərində itkin düşən və bir hissəsinin kütləvi məzarlıqları indi tapılan 4000-ə yaxın azərbaycanlının taleyi ilə bağlı cavabdehlik daşıyan Ermənistan tərəfi hansı əsasla kütləvi qətldən, etnik təmizləmədən danışır? Ermənistanın Azərbaycan ərazisində separatçılığı təşviq edən, beynəlxalq hüquqa zidd olaraq digər dövlətin daxili işlərinə müdaxilə olan, bölgədə sülh quruculuğu səylərinə xələl gətirən bəyanatları qarşı tərəfin əsl niyyətinin normallaşma və sülh şəraitində birgə yaşayış olmadığını nümayiş etdirir. Amma Ermənistandan fərqli olaraq, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq sülh və təhlükəsizlik naminə fəaliyyətlərini davam etdirəcək. Eyni zamanda, Ermənistanın hüquqazidd əməllərinin cavabı veriləcək”.
Xəbər lenti
Hamısına baxGündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33

