İsveç və Finlandiya NATO-ya üzv qəbul edilsə...
12.04.2022 [10:21]
Rusiyanın reaksiyası necə olacaq?
Nardar BAYRAMLI
Ötən həftənin son günü NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin növbəti görüşü keçirilib. Görüşdə yenə də Rusiya-Ukrayna müharibəsi müzakirə olunub. Alyans növbəti dəfə Ukraynanın ərazi bütövlüyünə dəstək nümayiş etdirib. Eyni zamanda, NATO-nun şərq sərhədlərində müdafiəni gücləndirmək məsələsi də diqqət mərkəzində olub. Alyansın Baş katibi Yens Stoltenberq bildirib ki, uzunmüddətli qarşıdurmaya hazır olmalıdırlar: “Biz müdafiəni gücləndirməliyik. Ukraynaya yardım göndərmək və uzunmüddətli sanksiyalar hazırlamaq lazımdır. Ukraynanın hərbi yardıma ehtiyacı var. Müttəfiqlərimizin Kiyevə müxtəlif silahlarla dəstək olacağını gözləyirik”,- deyə o bildirib. Baş katibin sözlərinə görə, NATO Rusiyanın artan hərbi fəallığı ilə əlaqədar olaraq şərq sərhədlərində hərbi qüvvələrin tammiqyaslı yerləşdirilməsi planlarını hazırlayır. Y.Stoltenberq qeyd edib ki, Alyansın şərq cinahında artıq 40 minə yaxın hərbçi yerləşdirilib ki, bu da bir neçə ay əvvəlkindən təxminən on dəfə çoxdur. Alyans rəhbəri onların sayının artacağını da diqqətə çatdırıb.
Bu arada İsveç və Finlandiya bu ilin yay aylarında NATO-ya daxil olmaq niyyətində olduqlarını bəyan edib. NATO xarici işlər nazirlərinin danışıqlarında hər iki ölkənin alyansa üzvlüyü çoxsaylı görüşlər zamanı əsas müzakirə mövzusu olub. Maraqlıdır ki, Ukraynanın NATO üzvü olmaq istəyinə indiki mövqeyini ortaya qoyan Rusiya bu ölkələrin niyyətinə necə reaksiya verəcək? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Yalçın Hacızadə bildirib ki, Qərb-Rusiya mübarizəsi nəticəsində Rusiyanın Ukraynaya hərbi müdaxiləsi uzun müddətdir bitərəf mövqedə dayanan və silahlanmadan uzaq olan Finlandiya və İsveçin də Şimali Atlantika Alyansına üzv ola biləcəyi məsələsini gündəmə gətirib: “Əlbəttə ki, Qərb, başlıca olaraq ABŞ Rusiyanın ətraf ölkələrinin alyansa üzv olmasında maraqlıdır. Ukrayna və Gürcüstandan fərqli olaraq Finlandiya və İsveçin NATO-ya qəbulu texniki xarakter daşıyacaq. Çünki Finlandiya və İsveç Avropa Birliyinin üzvüdürlər. NATO isə əsasən Avropa Birliyinin üzvlərindən ibarətdir. Digər tərəfdən, NATO-ya üzvlük üçün tələb olunan şərtlər Finlandiya və İsveçdə çoxdan mövcuddur. NATO-da əsas söz sahibi olan ABŞ-ın Finlandiya və İsveçin Şimali Atlantika Alyansına üzvlüyündə maraqlı olduğunu söyləmək mümkündür. Finlandiya ABŞ-dan beşinci nəsil F-35 qırıcı təyyarələri almağa başlayıb. Helsinki bu məqsədlə 11,3 milyard dollar xərcləmək niyyətindədir. Artıq Finlandiya parlamenti bu məqsədlə 10,6 milyard dollar ayırıb və qarşıdakı beş ildə daha 653 milyon dollar ayrılmasını təsdiqləyib”.
Politoloq qeyd edib ki, Finlandiya ABŞ-dan beşinci nəsil F-35 qırıcı təyyarələri ilə yanaşı, AMRAAM və Sidewinder raketləri də alacaq: “Rəsmi Helsinkinin bu addımları Moskvada əsəb yaradır. Çünki bundan sonra Rusiyanın sərhədlərinin və ölkənin şimal paytaxtı adlandırılan Sankt-Peterburqun bir neçə kilometrliyində ABŞ-ın ən müasir silahları və texnikası yerləşəcək. Kremldə dərk edirlər ki, Rusiya sərhədlərinin bir neçə kilometrliyində yerləşəcək 64 ədəd beşinci nəsil F-35 qırıcı təyyarəsi Sankt-Peterburq və Moskva üçün ən real təhlükədir. Radarlara yaxalanmayan bu təyyarələrin nüvə silahı daşımaq qabiliyyətini də nəzərə alanda Kremlin narahatlığını anlamaq mümkündür. Finlandiya və İsveçin hərbi neytrallıqdan imtina edərək NATO-ya üzv olmaq istəyinin səbəbkarı isə Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsidir. Ukraynanın yaxın illərdə, hətta yaxın on illikdə NATO-ya üzvlüyünün mümkün olmayacağı hər kəsə aydın olsa da, Rusiya əsassız hərbi müdaxiləsi ilə Finlandiya və İsveçdə narahatlıq yaradıb. Bu səbəbdən də həmin ölkələr də Şimali Atlantika Alyansına üzv olmaq haqqında düşünməyə başlayıblar”.
Xəbər lenti
Hamısına baxGündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33

