Türkiyənin 2023 hədəfi
14.04.2022 [10:16]
Rəsmi Ankara yeni dönəmin astanasındadır
Pərviz SADAYOĞLU
Türkiyədə 2023-cü ilin iyun ayında keçiriləcək parlament seçkisində yeni sistem tətbiq olunacaq. KİV-in məlumatına görə, 600 nəfərlik Böyük Millət Məclisinə düşmək üçün minimal səs həddi 10 faizdən 7 faizə endirilib. Parlament seçkisi ilə eyni gündə olacaq prezident seçkisində qələbə üçün tələb olunan sadə səs çoxluğu (50 faiz+) sistemi qüvvədə qalır.
Xatırladaq ki, 2018-ci ildən Türkiyədə idarə üsulu dəyişib: baş nazir postu ləğv edilib, prezident həm dövlət, həm də hökumət başçısı olub. Həmin vaxta qədər isə Türkiyə parlament respublikası idi, hökumət Böyük Millət Məclisinə seçkinin nəticələri əsasında qurulurdu.
Uzun illərdir ki, 2023-cü illə bağlı irəli sürülən proqnozlar Türkiyədə nələri dəyişəcək? Ümumiyyətlə, 2023-cü il Türkiyə tarixində hansı yeniliklərə yol açacaq?
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan” qəzetinə bölüşən Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvü Ramil Həsən son illərdə qardaş Türkiyədə mühüm siyasi, iqtisadi islahatların aparıldığını və bunun nəticəsində də əsaslı inkişafa nail olunduğunu vurğulayıb. Bunun nəticəsidir ki, Türkiyənin ümumi daxili məhsulu bir neçə dəfə artıb. Qarşılığında isə xarici borcları demək olar ki, ən minimal səviyyəyə enib. Artıq bir neçə ildir ki, Türkiyənin siyasi rəhbərliyinin 2023-cü il ilə bağlı strateji planlar haqqında mühüm mesajlar səsləndirdiyini deyən R.Həsənin fikrincə, aparılan islahatlar, atılan addımlar 2023-cü ilin Türkiyə tarixində yeni bir mərhələnin başlanğıcı olacağını deməyə əsas verir: “Hakim Ədalət və İnkişaf Partiyası 2001-ci ildə yaradılıb, 2002-ci ildən isə iqtidara çevrilib. Partiyanın lideri cənab Rəcəb Tayyib Ərdoğan 2003-2014-cü illərdə qardaş ölkənin Baş naziri olub. 2014-cü ildən isə bu ölkənin Prezidentidir. Türkiyənin hazırki parlamentində 581 millət vəkili təmsil olunur ki, bunun 285-i iqtidar partiyasının nümayəndələridir. Artıq 20 ilə yaxındır ki, Türkiyənin dövlət siyasətinin hədəfləri, istiqamətləri konkretləşdirilib. Qardaş ölkə regional proseslərdə aktiv rol alır, qlobal proseslərdə mühüm iştirakçı qismində çıxış edir. İstər Yaxın Şərq problemi, istər Qarabağ məsələsi, istərsə də Ukrayna ilə bağlı gərginliklərdə Türkiyənin tutduğu mövqe bu dövlətin regional güc mərkəzinə çevrildiyini sübuta yetirir”.
R.Həsən bildirib ki, 2023-cü illə bağlı strateji planların əsasında həm də Türkiyə iqtisadiyyatının daha da şaxələndirilməsi, milli müdafiə sənayesinin inkişafı, Avropa və Asiya ilə əlaqələrin daha da yüksək səviyyəyə çatdırılması kimi məsələlər dayanır. Artıq neçə ildir ki, Avropa Birliyi üzvlüyünə namizəd statusu almış Türkiyə bu gün həm də türkdilli ölkələrin inteqrasiyasına mühüm töhfələr verir. “Rəsmi Ankara regionda tənzimləyici faktora çevrilir. Türk Dövlətləri Təşkilatının yaradılması, Azərbaycanla strateji müttəfiqliyə əsaslanan “Şuşa bəyannaməsi”nin imzalanması bunun sübutudur. Türkiyə Vətən müharibəsində əldə olunan qələbənin ardından regionda yaranan yeni əməkdaşlıq platformalarının fəal iştirakçısıdır. 2023-cü il həm də Çindən başlanan “Bir kəmər, bir yol” layihəsinin məhz Cənubi Qafqaza, yeni yaradılacaq dəhlizə qovuşacağı il kimi təcəssüm edilə bilər. Bu isə həm də Türkyənin fəal iştirakı ilə türkdilli ölkələrin inteqrasiyasının daha da güclənməsinə yol aça bilər”, - deyən millət vəkili vurğulayıb ki, bu mühüm iqtisadi kəmərin ən mühüm tranzit dayanacaqlarından biri də Türkiyədir. Uzun illərdir ki, Azərbaycanla birgə bölgənin ən mühüm layihələrində tərəfdaş olan Türkiyə artıq bu regional layihələrin miqyasının böyüməsinə öz töhfələrini verə bilər: “2023-cü il həm də siyasi müstəvidə bir sıra yeniliklər vəd edir. Son illərdə Yaxın Orta Şərqdə baş verən proseslərdəki aktiv iştirakı Türkiyənin siyasi hərbi nüfuzunu xeyli yüksəldib. Bu gün özünü “böyük dövlət” adlandıran subyektlər Türkiyənin iradəsi ilə hesablaşmaq məcburiyyətindədirlər. Bütün bunlar isə Türkiyəni qarşıdakı dövrdə yeni inkişaf mərhələsinin gözlədiyini deməyə əsas verir”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28

