Moskvada Azərbaycan mətbəxinə həsr olunmuş kitabın təqdimatı keçirilib
15.10.2010 [08:22]
Moskvada “Bakı” jurnalının dəstəyi ilə Stalik Xankişiyevin Azərbaycan mətbəxinə həsr edilmiş “Kazan, baran i dastarxan” kitabının təqdimat mərasimi keçirilib. AzərTAc xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, “Bakı” jurnalının baş redaktoru Leyla Əliyeva, Arzu Əliyeva, Fyodor Bondarçuk, Yuli və Mixail Qusman qardaşları, Leonid Portnoy, Rusiyada fəaliyyət göstərən xarici ölkələrin səfirləri iştirak ediblər. Mahir manqal və şiş ustası S.Xankişiyevin qələmindən çıxan və Azərbaycan mətbəxinin zənginliyindən bəhs edən kitabda daha çox manqal üzərində hazırlanan təamlardan söz açılıb. Kitabın giriş hissəsində müəllif azərbaycanlı və əcnəbi aşpaz dostlarının Azərbaycan mətbəxi barədə fikirlərinə yer vermişdir. Kitabda vurğulanan əsas fikirlərdən biri də odur ki, süfrənin gözəlliyi və yaddaqalan olması üçün hazırlanan hər bir təama xüsusi zövq və fantaziya ilə yanaşılmalıdır. Müəllif bir daha əminliklə hər bir insanın gözəl əl qabiliyyətinə malik olduğunu söyləsə də, bu məharətdən hər kəsin yararlanmadığına təəssüf edir. Müəllifin fikrincə, Azərbaycan mətbəxi zəngin olduğundan hazırlanan hər bir təamın özünəməxsus və əvəzolunmaz dadı var. Həmçinin, köz və manqalda hazırlanan kabablar da bənzərsiz dada malikdir. S.Xankişiyev qeyd edib ki, bu, hələ kitabın birinci cildidir. Yaxın vaxtlarda ikinci kitab da hazır olacaq. Bu kitab da əsasən Azərbaycan mətbəxinə həsr olunacaq.
Təqdimat mərasiminin iştirakçıları bu gözəl tədbirin təşkilinə görə “Bakı” jurnalının baş redaktoru Leyla Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tibb elmləri doktoru Yakov Brand bildirib ki, mən uzun müddətdir həm “Bakı” jurnalı, həm də Heydər Əliyev Fondu ilə dostluq edirəm. Fond Azərbaycanda böyük işlər görür. Mən Fondun səhiyyə və təhsillə bağlı layihələri ilə tanışam. Əminəm ki, dünyada məsələlərə belə ciddi yanaşan və ölkəsi üçün bu qədər böyük işlər görən ikinci Fond yoxdur.
Mossovet Teatrının aktyoru Aleksandr Lenkov tədbirlə bağlı təəssüratlarını bölüşərək deyib ki, belə buludlu bir gündə “Bakı” jurnalı gözəl, günəşli axşam təşkil edərək, bizə növbəti bayram hədiyyə edib. Gözəl Azərbaycan xalqı ilə bağlı bütün işlər bu qədər gözəl keçir.
Tanınmış müğənni Diana Qurskaya qeyd edib ki, Leyla xanım çox gözəl insandır, o, böyük işlər görür, təşəbbüslərə dəstək olur. İndiki zamanda məhz belə insanlar çatışmır.
Beləliklə, “Bakı” jurnalının dəstəyi ilə keçirilən “Kazan, baran i dastarxan” kitabının təqdimat mərasimi Azərbaycan mətbəxinin dünyada daha da yaxşı tanıdılması istiqamətində vacib bir addım olub.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

