Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Güclü dövlət, yüksək rifah

Güclü dövlət, yüksək rifah

15.10.2010 [08:23]

Yeni Azərbaycan Partiyasının Seçki Proqramı
Hörmətli seçici!
2010 - cu il noyabr ayının 7-də Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər keçiriləcək. ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası öz namizədləri ilə bu seçkidə iştirak edir.
ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasətin həyata keçirilməsi nəticəsində ölkəmizdə sabitlik və əmin-amanlıq yaradılıb, islahatlar həyata keçirilib, xalqımıza firəvan gələcək vəd edən iqtisadi uğurların təməlləri qoyulub, insan hüquq və azadlıqları təmin edilib. Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi altında özünün yeni bəhrələrini verir. Qısa vaxtda yüz minlərlə yeni iş yerlərinin açılması, əmək haqqlarının, təqaüd və müavinətlərin dəfələrlə artırılması, ölkəmizdə ildən-ildən geniş vüsət alan quruculuq-abadlıq işləri və infrastruktur layihələri hər bir vətəndaşa layiqli həyat təmin etmək üçün əlverişli şərait yaradıb. Azərbaycan bütün sosial-iqtisadi göstəricilərə görə regionun lider dövlətinə çevrilib.
Qarşıda böyük vəzifələr durur. Biz Azərbaycanı inkişafın yeni mərhələsinə çatdırmaq, dövlətimizi daha güclü etmək, insanların rifahını daha da yüksəltmək niyyətindəyik. Yeni Azərbaycan Partiyasının seçki proqramının əsasını məhz bu amal təşkil edir. Məqsədimiz Azərbaycanı daha qüdrətli, hər birinizi isə daha xoşbəxt görməkdir. Bu məqsədlərə doğru aparan yolu biz sizinlə birlikdə davam etdirmək istəyir və seçki proqramımızı təqdim edirik.
GüCLü DöVLƏT
Dinamik inkişafın əsası kimi sabitliyin gücləndirilməsi
- qanunun aliliyinin hərtərəfli təmin edilməsi;
- ictimai - siyasi sabitliyin qorunub saxlanması;
- vətəndaşların həyatı üçün təhlükə yaradan hallara qarşı mübarizənin daha da gücləndirilməsi;
- əmin - amanlıq, hər kəsin dinc və rahat yaşaması və fəaliyyət göstərməsi üçün əlverişli şəraitin bundan sonra da təmin edilməsi.
Demokratiya və insan haqlarının qorunması
- müasir demokratik dəyərlərin ardıcıl surətdə tətbiq edilməsi;
- demokratiya təsisatlarının getdikcə təkmilləşdirilməsi;
- söz və mətbuat azadlığına daim dəstək verilməsi;
- hər kəsin hüquq və azadlığına dövlət təminatının daha da gücləndirilməsi;
- QHT-lərə dəstəyin genişləndirilməsi.
Tarazlaşdırılmış regional və beynəlxalq xarici siyasət
- qonşu dövlətlərlə dostluq münasibətlərinin daha da gücləndirilməsi;
- Azərbaycanın aparıcı dövlətlərlə tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi;
- beynəlxalq siyasi və iqtisadi qurumlarla əməkdaşlığın daha da genişləndirilməsi;
- ölkəmizin beynəlxalq təşkilatlarda fəaliyyətinin bundan sonra da milli maraqlarımızın daha yüksək səviyyədə təmin olunmasına yönəlməsi.
Dövlət nəzarətinin gücləndirilməsi
- qanunların icrasına nəzarətin gücləndirilməsi;
- büdcə vəsaitlərinin xərclənməsinə nəzarət mexanizminin təkmilləşdirilməsi;
- neqativ hallara qarşı mübarizənin genişləndirilməsi;
- büdcə təşkilatlarının fəaliyyətində maliyyə şəffaflığının təmin edilməsi yolu ilə maliyyə intizamının artırılması;
- “vahid pəncərə” sistemininin ardıcıl olaraq davam etdirilməsi.
Milli təhlükəsizliyin təmin edilməsi
- milli təhlükəsizliyə qarşı çevrilmiş hədələrin vaxtında aşkar edilməsi və qarşısının alınması;
- terrorizmə qarşı beynəlxalq koalisiya çərçivəsində fəaliyyətin davam etdirilməsi;
- regional təhlükəsizlik proqramı çərçivəsində fəaliyyətin daha da genişləndirilməsi;
- cinayətkarlığa və zorakılığa qarşı mübarizənin ardıcıl olaraq həyata keçirilməsi;
- dini - ekstremist cərəyanlara qarşı mübarizənin davam etdirilməsi.
İdarəetmənin təkmilləşdirilməsi
- idarəçiliyin daha da təkmilləşdirilməsinə yönəlmiş islahatların davam etdirilməsi;
- vətəndaş cəmiyyəti təsisatlarının gücləndirilməsi, hökümətin fəaliyyətinə ictimai nəzarət mexanizminin təkmilləşdirilməsi;
- vəzifəli şəxslərin hüquqi və mənəvi məsuliyyətinin artırılması üçün sistemli tədbirlərin həyata keçirilməsi;
- idarəetmə sistemində kadr bazasının yaradılması;
- idarəetmədə gəncləşdirmə siyasətinin dəstəklənməsi.
İQTİSADİ YüKSƏLİŞ
Müasir istehsal sahələrinin yaradılması
- iqtisadiyyatda innovasiyaların geniş şəkildə təşviq edilməsi;
- ənənəvi istehsal sahələrində ən yeni texnologiyaların tətbiqinin sürətləndirilməsi;
- yerli istehsalın dünya bazarının ehtiyatlarına və qlobal iqtisadi tendensiyalara uyğunlaşdırılması;
- neft strategiyasının səmərəli nəticələrini daha da yüksəltmək məqsədilə yeni emal müəssisələrinin yaradılması;
- elmin ən son nailiyyətlərinin tətbiq olunduğu yüksək texnologiyalara (Nanotexnologiyalar) malik müəssisələrin yaradılması;
- İKT sisteminin inkişafına diqqətin artırılması.
İqtisadi fəallığın yüksəldilməsi
- iqtisadi təhlükəsizliyin və makroiqtisadi sabitliyin bundan sonra da təmin edilməsi;
- ölkənin əsas makroiqtisadi göstəricilərindəki artım dinamikasının sistemli və rasional şəkildə qorunub saxlanması;
- iqtisadi fəallığın artırılması üçün hüquqi bazanın təkmilləşdirilməsi;
- maliyyə - kredit sistemində getdikcə faiz hədlərinin azaldılması;
- iqtisadi fəallığın artırılmasında bank sektorunun rolunun gücləndirilməsi;
- iqtisadi inkişafda insan amilinin rolunun artırılması.
Sahibkarlığın inkişafına dəstəyin gücləndirilməsi
- sahibkarlığa dövlət dəstəyi istiqamətində tədbirlərin davam etdirilməsi;
- kiçik və orta sahibkarlığın hərtərəfli təşviq edilməsi;
- sahibkarlıqda maliyyə fondlarının xidmətindən istifadə mexanizminin sadələşdirilməsi;
- yerli sahibkarlığın inkişafını stimullaşdırmaq istiqamətində əlavə tədbirlərin görülməsi;
- daxili bazarın qorunması və milli istehsalın həvəsləndirilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi.
Milli istehsalın xarici bazara çıxarılmasına yardım göstərilməsi
- milli istehsalın yeni bazarlara çıxarılmasına yönələn siyasətin həyata keçirilməsi;
- ixracatı genişləndirmək istiqamətində qanunverici bazanın daha da təkmilləşdirilməsi;
- ixrac yönümlü istehsala güzəştlər siyasətinin həyata keçirilməsi.
Regionların iqtisadi inkişafı
- regionlarda iqtisadi fəallığın artırılması siyasətinin davam etdirilməsi;
- regionların investisiya cəlbediciliyini daha da artırmaq üçün geniş miqyaslı işlərin görülməsi;
- regionlarda sahibkarlığı stimullaşdırmaq üçün güzəştli vergi sisteminin tətbiq edilməsi;
- regionların iqtisadi sərbəstliyinin artırılmasına yönələn layihələrin təşviq edilməsi;
- regionlarda geniş infrastruktur layihələrinin bundan sonra da ardıcıl davam etdirilməsi.
Ərzaq təhlükəsizliyi
- əhalinin ərzaq tələbatının daxili istehsal hesabına tam ödənilməsinin təmin edilməsi;
- kənd təsərrüfatı məhsulları istehsalının stimullaşdırılması;
- fermerlər üçün mikrokredit sisteminin təkmilləşdirilməsi;
- kənd təsərrüfatı istehsalının texnika və enerji ilə təminatının yaxşılaşdırılməsi;
- kənddə emal müəssisələri şəbəkəsinin genişləndirilməsinin hərtərəfli stimullaşdırılması.
YüKSƏK RİFAH
İşsizliyin aradan qaldırılması
- işsizliyin aradan qaldırılması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi;
- yeni iş yerləri açılmasını nəzərdə tutan sahibkarlıq fəaliyyətinin stimullaşdırılması;
- özəlləşdirilən müəssisələrin tam şəkildə fəaliyyətinə hərtərəfli yardım göstərilməsi;
- özəlləşdirilən müəssisələrin işçi potensialından maksimum istifadə edilməsi üçün lazımi təminatların yaradılması;
- iş qüvvəsinin yenidən hazırlanması və ixtisasının artırılması sisteminin daha da təkmilləşdirilməsi;
- xarici sərmayələr hesabına yaradılan şirkətlərdə və həyata keçirilən layihələrdə yerli iş qüvvəsindən daha çox istifadə olunmasının hüquqi bazasının yaradılması.
Neft gəlirlərindən əhalinin rifahının yüksəldilməsi üçün istifadə edilməsi
- Neft gəlirlərinin sosial inkişaf yönümünün rasionallaşdırılması;
- neft gəlirlərindən hər bir ailənin həyatının yaxşılaşdırılması üçün istifadə edilməsi;
- ictimai layihələrin həyata keçirilməsində neft gəlirlərinin istifadəsi;
- sosial müdafiə tədbirlərində neft fondunun transferlərindən istifadənin təkmilləşdirilməsi;
- məcburi köçkünlərin sosial problemlərinin həllində neft gəlirlərindən səmərəli istifadə edilməsi.
Layiqli həyat standartlarının yaradılması
- sosial ədalət prinsipinin ardıcıl olaraq həyata keçirilməsi;
- “Yoxsulluğun azadılması” dövlət proqramının davam etdirilməsi;
- əmək haqlarının artırılması xəttinin bundan sonra da həyata keçirilməsi;
- “keyfiyyətli işə görə layiqli əmək haqqı” prinsipinin tətbiq edilməsi;
- maaşlarla istehlak səbətinin dəyəri arasında fərqin aradan qaldırılması;
- sosial qütbləşmənin silinməsinə yönələn tədbirlərin gücləndirilməsi.
Etibarlı sosial müdafiə
- əhalinin sosial müdafiəsinin hüquqi bazasının təkmilləşdirilməsi;
- pensiyaların minimum həddinin artırılması siyasətinin davam etdirilməsi;
- aztəminatlı ailələrə dövlət yardımı sisteminin təkmilləşdirilməsi;
- müharibə əlillərinə, şəhid ailələrinə, fiziki qüsuru olanlara dövlət müavinətinin artırılması.
Gənclərə qayğı
- gənclər siyasətinin həyata keçirilməsinə hərtərəfli dəstək verilməsi;
- gənclərin ictimai - siyasi həyatda fəal iştirakının təşviq edilməsi;
- təhsilin keyfiyyətinin artırılmasına qayğının gücləndirilməsi;
- “Azərbaycanlı Gənclərin Xarici ölkələrdə Təhsil Alması üzrə Dövlət Proqramı”nın davamlı olaraq həyata keçirilməsi;
- ixtisaslı gənclərin işlə təmin olunmasına hərtərəfli yardım göstərilməsi;
- gənclərin məşğulluğunun təmin edilməsi proqramının hazırlanması;
- gənc ailələrin mənzil - məişət problemlərinin həlli üçün xüsusi dövlət proqramının həyata keçirilməsi;
- idmanın inkişafı və bədən tərbiyəsinin kütləviliyini təmin etmək üçün səylərin daha da artırılməsi;
- orta təhsil müəssisələrində idmanın tədrisinin gücləndirilməsi;
- vətənpərvərlik tərbiyəsinə diqqətin daha da artırılması;
- gənclər arasında hüquq pozuntularının, narkomanlığın, QİçS-in və digər neqativ halların profilaktikası sahəsində işlərin gücləndirilməsi.
Keyfiyyətli xidmətlər
- əhaliyə ictimai xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması;
- istehlakçıların hüquqlarının qorunmasının qanunvericilik bazasının təkmilləşdirilməsi;
- əhaliyə səhiyyə xidmətinin yaxşılaşdırılması siyasətinin dəstəklənməsi;
- ehtiyacı olan bütün insanlara səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi;
- müasir tələblərə cavab verən ixtisaslaşdırılmış tibb mərkəzlərinin yaradılması xəttinin davam etdirilməsi;
- əhalinin dərman və tibbi təyinatlı məmulatlarla təmin oluması proqramının hazırlanıb həyata keçirilməsi;
- tibbi sığorta sisteminin tətbiqinə hazırlığın həyata keçirilməsi;
- ahıllara və tənha insanlara qayğının daha da gücləndirilməsi.
Həyat keyfiyyəti
- məişətdə hiss etdiyimiz problemlərə son qoymaq üçün ən təsirli addımların atılması;
- mənzil-komunal xidməti sahəsində islahatların aparılması;
- alternativ enerji mənbələrindən istifadə edilməsi imkanlarının daha geniş şəkildə həyata keçirilməsi;
- ölkəmizin flora və faunasını qorumaq məqsədilə qanunvericilik bazasının təkmilləşdirilməsi;
- Xəzər dənizinin neft tullantılarından təmizlənməsi və sağlam ekosistemin formalaşdırılması;
- böyük şəhərlərdə tullantıların təkrar emal müssisələrinin yaradılması;
- əhalinin ekoloji cəhətdən maariflənməsi istiqamətində addımların atılması;
- yeni yaşıllıq sahələrinin salınmasının davam etdirilməsi.
Müasirləşmə
- hətayın bütün sahələrində müasirləşmə və yeniləşmə xəttinin üstünlük təşkil etməsi;
- yeni həyat standartlarının ardıcıl olaraq tətbiq edilməsi;
- insanın yaşayış məkanının (şəhərlərin, kəndlərin, qəsəbələrin) simasının dəyişməsi və gözəlləşməsi;
- həyat keyfiyyətini dəyişdirən müasir infrastrukturun yaradılması;
- şəhərsalma strategiyasının müasir standartlara və tələblərə uyğunlaşdırılması;
- Azərbaycanın yeni obrazda dünyaya tanıdılması.
AZAD QARABAÄž
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi sahəsində səylərin artırılması
- münaqişənin ədalətli həlli üçün danışıqların davam etdirilməsi;
- Dağlıq Qarabağ münaqişəsinin həllində dünya birliyinin, BMT, ATƏT və onun Minsk Qrupu, Avropa İttifaqı, Avropa Şurası, İslam Konfransı Təşkilatı kimi digər beynəlxalq qurumların imkanlarından maksimum istifadə olunması;
- münaqişənin çözülməsi istiqamətində diplomatik səylərin daha da gücləndirilməsi;
- münaqişənin ədalətli nizama salınması prosesində BMT - nin rolunun artırılması;
- nizamasalma danışıqlarının Azərbaycanın ərazi bütövlüyü və suverenliyi prinsipinə əsaslanması;
- beynəlxalq təşkilatlarda Ermənistanın təcavüzkar dövlət kimi tanınması xəttinin qətiyyətlə davam etdirilməsi.
Azərbaycan Ordusunun gücləndirilməsi
- Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunanadək respublikanın hərbi xərclərinin artan templə inkişafının təmin edilməsi;
- ölkəmizin müdafiə sənayesinin istehsal imkanlarının və keyfiyyətinin yüksəldilməsi;
- Azərbaycan silahlı qüvvələrinin qüdrəti və döyüş qabiliyyətinin ardıcıl olaraq gücləndirilməsi, ordunun mənəvi - psixoloji durumunun daha da yaxşılaşdırılması;
- əhalinin, xüsusilə də gənclərin vətənpərvərlik tərbiyəsinin daha yüksək səviyyəyə qaldırılması.
Qaçqınlara və məcburi köçkünlərə dövlət qayğısı
- məcburi köçkünlər üçün müasir yaşayış məskənlərinin salınması xəttinin davam etdirilməsi;
- qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinə dövlət yardımlarının artırılması;
- işsiz qaçqın və məcburi köçkünlərin işlə təmin olunmasına hərtərəfli yardım göstərilməsi;
- qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə müvəqqəti olaraq torpaq sahəsi ilə təmin olunması üçün əlavə tədbirlərin görülməsi;
- məcburi köçkünlərin məskunlaşdığı şəhərciklərdə keyfiyyətli təhsilin və xidmətlərin təşkili;
- qaçqın və məcburi köçkün övladlarının ödənişli təhsil müəssisələrində təhsil haqqından azad olunması siyasətinin bundan sonra da davam etdirilməsi;
- ərazilərin bərpası məqsədilə beynəlxalq təşkilatların yardım proqramlarını əldə etmək üçün müvafiq danışıqların gücləndirilməsi.
Hörmətli seçici!
Sizə təqdim etdiyimiz proqram sadəcə vədlər deyil. Onu həyata keçirmək bizim üçün şərəf işidir. Əmin ola bilərsiniz ki, Yeni Azərbaycan Partiyasının namizədlərinə verdiyiniz səslər dövlətimizn daha da güclənməsi və insanlarının rifahının durmadan artırılmasına Sizin böyük töhfəniz olacaq.
Etimadınıza inanır və sizi Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırırıq

Paylaş:
Baxılıb: 962 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30