Türkiyə İraqın şimalında antiterror əməliyyatına başladı
18.04.2022 [14:54]
"Pəncə - Kilit" adlanan əməliyyatlarda hava hücümü və xüsusi təyinatlı qüvvələr iştirak edir
Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalında yeni əməliyyata başlayıb. "Pəncə - Kilit" adlanan əməliyyatlara İraqın şimalındakı terror yuvalarını məhv etmək üçün start verilib. Əvvəlcə PUA və helikopterlərlə havadan zərbələr endirilib, daha sonra xüsusi təyinatlı komandoların iştirakı ilə quru əməliyyatı həyata keçirilib. "Pəncə-Kilit" əməliyyatında Metina, Zap və Avaşin-Basyan bölgələrində əvvəlcədən müəyyən edilmiş hədəflərə ard-arda zərbələr endirilib. Milli Müdafiə naziri Hulusi Akar isə əməliyyat mərkəzində baş verənləri izləyib. Nazir Akar əməliyyatla bağlı açıqlamasında bildirib ki, planlaşdırılan hədəflərin hamısı ələ keçirilib və çoxlu terrorçu zərərsizləşdirilib. Bundan başqa, nazirlik əməliyyatdan görüntülər də paylaşıb.
Əməliyyat başlanan andan Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı general Musa Avsever və Hərbi Dəniz Qüvvələri komandanı admiral Adnan Özbal Hərbi Hava Qüvvələri Komandanlığının Qərargahında olublar. Hərbi Hava Qüvvələri Komandanı General Həsən Küçükakyüz tərəfindən qarşılanan nazir Akar, onu müşayiət edən TSK Komandanlıq nümayəndələri ilə Hərbi Hava Qüvvələri Komandanlığının Əməliyyat Mərkəzində hücum əməliyyatını müşahidə edib. Daha sonra Əməliyyat Mərkəzi ilə video-telekonfrans görüşü keçirən nazir Akar baş verənlərlə bağlı son məlumatları açıqlayıb. Keçirilən əməliyyatın sərhəd təhlükəsizliyinin təmini ilə bağlı olduğunu diqqətə çatdıran H.Akar bildirib ki, planlaşdırma mərhələsindən bu yana Baş Qərargah rəisi ilə ətraflı araşdırma aparıb: "Hazırda planlaşdırılan hədəflərin hamısı ələ keçirilib və çoxlu terrorçu zərərsizləşdirilib. Uzun hazırlıq və koordinasiyadan sonra dünən axşam saatlarından etibarən əməliyyata start verdik. Sığınacaqlar, bunkerlər, mağaralar, tunellər, terrorçulara aid olduğu müəyyən edilmiş silah-sursat anbarları aşkar edilib, onların qərargah adlanan yerləri hava əməliyyatları və atəş dəstəyi ilə böyük müvəffəqiyyətlə məhv edilib. Qəhrəman komandolarımız və "bordo berelilər" ATAK helikopterləri, PUA-ların dəstəyi ilə hava hücumu və qurudan sızaraq bölgəyə giriblər və təyin olunan hədəfləri ələ keçiriblər. Çoxlu sayda terrorçu zərərsizləşdirilib. Axtarış-skanlama fəaliyyətlərimiz davam edir və yaxın saatlarda və günlərdə sayın artacağını gözləyirik".
Nazir Akar bildirib ki, antiterror əməliyyatları əvvəlki əzmlə davam etdirilir. O xüsusi vurğulayıb ki, bu əməliyyatlar İraqın ərazi bütövlüyünə və suveren hüquqlarına hörmət çərçivəsində həyata keçirilir. "Bizim yeganə hədəfimiz terrorçulardır. Əsas məqsədimiz ölkəmizə və sərhədlərimizə hücum etməyə cəhd göstərən terrorçuların zərərsizləşdirilməsidir. Bu əməliyyatın planlaşdırılması və icrası zamanı mülki əhalinin, ətraf mühitin, mədəni və dini abidələrin zərər görməməsi üçün maksimum həssaslıq nümayiş etdirilib. Əməliyyatda bu məsələyə xüsusi diqqətli və həssaslıq göstərilir. Türk əsgərinin nəfəsi terrorçuların kürəyindədir. Terror yuvalarının ən qısa zamanda aradan qaldırılması üçün son terrorçu zərərsizləşdirilənə qədər fəaliyyətlərimiz qətiyyətlə davam edəcək", -deyən H.Akar "Pəncə - Kilit" əməliyyatı çərçivəsində həyata keçirilən hava hücumuna qatılan pilotlarla radio vasitəsilə müraciət edib. Nazir Akar pilotlara uğurlar diləgəyib: "Fəaliyyətinizi böyük qürur və məmnuniyyətlə yaxından izləyirik. Qarşıya qoyulan vəzifələr yerinə yetirilib. Hərbi Hava Qüvvələrimizin şanlı tarixinə yazılan bu fəaliyyətiniz həmişə qürurla xatırlanacaq".
Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyi İraqda keçirilən əməliyyatla bağlı açıqlama da yayıb: "Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində ağır itkilər verən PKK/KCK terror təşkilatının İraqın şimalında bəzi bölgələrdə mövcudluğunu davam etdirdiyi, sığınacaqları bərpa etməyə davam etdiyi müəyyən edilib. PKK/KCK və digər terror ünsürlərini zərərsizləşdirmək, İraqın şimalından xalqımıza və təhlükəsizlik qüvvələrimizə qarşı törədilən terror aktlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyimizi təmin etmək məqsədilə; Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüquqlarımıza uyğun olaraq, İraqın şimalındakı (Metina, Zap və Avasin-Basyan bölgələri adlanan) terror hədəflərinə qarşı “Pəncə – Kilid" əməliyyatı başladılıb. Əməliyyatdan əvvəl PKK/KCK təşkilatına aid sığınacaqlar, bunkerlər, mağaralar, tunellər, sursat anbarları və sözdə qərargahlardan ibarət hədəflər hava əməliyyatları ilə atəşə tutulub. Bölgədə yerləşən Fırtına, MLRA və digər artilleriya birləşmələrinin təyin etdiyi hədəflər şiddətli atəşə tutulub və dəqiqliklə vurulub. Hava qüvvələrimiz, atəşə dəstək maşınları, ATAK helikopterləri, İHA və SİHA-ların (PUA) dəstəyi ilə Komando və Xüsusi Təyinatlı qüvvələrimiz qurudan sızaraq və hava hücumu əməliyyatları ilə bölgəyə girib. Türkiyə Silahlı Qüvvələri son terrorçu zərərsizləşdirilənə qədər ölkəmizin və millətimizin təhlükəsizliyi üçün terrora qarşı mübarizəni qətiyyət və əzmlə davam etdirəcək".
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43

