Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İşğalçı dövlətin ordusu ciddi problemlərlə üz-üzədir

İşğalçı dövlətin ordusu ciddi problemlərlə üz-üzədir

03.11.2010 [09:33]

Erməni gənclər hər vəchlə orduda xidmət etməkdən boyun qaçırır, müxtəlif bəhanələrlə aradan çıxmağa çalışırlar. Ermənistan ordusunda baş verən hadisələr - “dedovşina”, yüksək rütbəli zabitlərin özbaşınalıqları,  intihar hallarının getdikcə artması, orduda nizam-intizamın olmaması, əsgərlərin öz yoldaşlarını qətlə yetiməsi gənclərin ordudan yayınmasına səbəb olur
özünəməxsus qanunları ilə idarə olunan cəngəllikdə yaşayan xəstə və gücsüz məxluqlar ətrafdakı canlılar aləminə təhlükə törətdikləri kimi, zəif, korrupsiya girdabında çapalayan ölkələr də yerləşdikləri bölgədə öz qonşuları üçün daimi narahatlıq mənbələridir. Daxildə öz əhalisinin normal sosial təminatını həyata keçirə bilməyən belə dövlətlərin bir qayda olaraq ətraf qonşularla da münasibətləri rəvan olmur və nəticədə uduzan tərəf də elə özləri olurlar. Belə dövlətlər daxili problemlərdən diqqəti yayındırmaq məqsədilə ölkə daxilində müxalifətin, beynəlxalq siyasətdə isə demokratik dövlətlərin və ayrı-ayrı təşkilatların tənqidlərindən yayınmaq üçün dinc qonşularına qarşı təcavüzkar siyasət həyata keçirməkdən çəkinmir, bütün səhvləri xarici amillərin üzərinə atırlar. Belə işğalçı dövlətlərə parlaq nümunələrdən biri də Ermənistandır.
Ermənistan rəsmiləri, yerli KİV-lər və erməni havası ilə oynayan bəzi avropalılar həyat səviyyəsinin getdikcə aşağı düşdüyü bu ölkədə gözəl yaşayışdan dəm vursalar da, faktlar tamamilə bunun əksini deyir. Bu faktı, hətta, ermənilərin özləri də etiraf etməyə məcburdurlar. Parisdə nəşr olunan gündəlik “Ermənistan xəbərləri” (“Les nouvelles d’Armenie”) qəzetində dərc olunmuş məqalədə 2010-cu ildə 25 min ailənin bu ölkəni tərk etdiyi bildirilib. Əlbəttə, bu, dövlət tərəfindən yayılmış rəsmi məlumatdır. Qeyri-rəsmi məlumata görə isə hər il 150-200 min erməni “doğma vətənini” tərk edir. Əhalisi çox olan ölkələr üçün bu, elə də böyük rəqəm deyil. Amma cəmi 1,5-2 milyonluq əhalisi olan Ermənistan üçün bu, əsil faciədir. Əgər bir neçə il belə davam edərsə, bu ölkədə əhali, demək olar ki, qalmayacaq. İndi isə 25 min ailə məsələsinə nəzər salaq. Bu bir aksiomdur ki, Cənubi Qafqaz ölkələrində yaşayan ailələrdə bir neçə uşaq dünyaya gəlir. Belə olduğu təqdirdə, 25 min rəqəmini bir neçə dəfə artırmaq lazım gəlir və həqiqətən də 150-200 min erməninin ölkəni tərk etməsi barədə məlumatın düzgünlüynə şübhə yeri qoymur. Ermənistan Mərkəzi Seçki Komissiyasının üzvü Zoya Tadevosyan ermənilərin kütləvi şəkildə ölkəni tərk etmələri barədə mətbu orqanlara verdiyi müsahibəsində bildirib ki, Ermənistanda sosial və iqtisadi vəziyyətin getdikcə pisləşməsi və həyat səviyyəsinin durmadan aşağı düşməsi, əhalinin əksəriyyətinin yoxsulluğun son həddində yaşaması, aclıq epidemiyasının tüğyan etməsi sadə erməniləri ölkəni tərk etməyə məcbur edib. Xarici ölkələrə üz tutan ailələr mülklərini dəyər-dəyməzə sataraq Ermənistanı birdəfəlik tərk edirlər.
Bu, Ermənistanı daha ciddi problem qarşısında qoyub, hərbi xidmətə çağırılan gənclərin sayı kəskin şəkildə azalıb. Erməni gənclər hər vəchlə orduda xidmət etməkdən boyun qaçırır, müxtəlif bəhanələrlə aradan çıxmağa çalışırlar. Ermənistan ordusunda baş verən hadisələr - “dedovşina”, yüksək rütbəli zabitlərin özbaşınalıqları, intihar hallarının getdikcə artması, orduda nizam-intizamın olmaması, əsgərlərin öz yoldaşlarını qətlə yetiməsi gənclərin ordudan yayınmasına səbəb olur.
Eyni zamanda, daxili siyasətdə antidemokratik rejim, korrupsiya, yoxsulluq, sosial ədalətsizlik, xarici siyasətdə isə qonşularla illər boyu davam edən gərgin münasibətlər artıq bu ölkənin əsas vizit kartına çevrilib. ümumiyyətlə, Ermənistan heç zaman tam müstəqil olmayıb, daim böyük dövlətlərin əlində alətə çevrilib. Müasir dövrümüzdə onun tarix səhnəsindəki yerini və statusunu məhz bu cür müəyyən etmək olar: XX əsrin əvvəllərində “Vilson Ermənistanı”, əsrin ortalarında “sovet Ermənistanı”, əsrin sonlarında və yeni əsrin ilk onilliyində isə “forpost Ermənistan”.
Cənubi Qafqazda forpost dövlət statusundan uzağa gedə bilməyən Ermənistan bütün sahələrdə, o cümlədən hərbi sahədə həyata keçirdiyi yarıtmaz, səriştəsiz siyasət nəticəsində həm daxili problemlər məngənəsində sıxılaraq yoxsul əhalisinin narazılığı zəminində sosial partlayış həddinə çatıb, həm də yerləşdiyi bölgədə militarist-avantürist siyasət yeritməsi nəticəsində əksər yaxın qonşularının və böyük dövlətlərin etibarını itirib. Ermənistanın adı daim beynəlxalq təşkilatların, dünyanın aparıcı ölkələrinin hesabatlarında korrupsiyanın geniş vüsət aldığı, iqtisadi inkişaf tempinin ildən-ilə azaldığı, yoxsulluq həddinin sürətlə artdığı ölkələr sırasında hallanır. Bu ölkə öz siyasi iradəsinin, suverenliyinin və müstəqilliyinin güzəştə gedilməsi bahasına diaspordan və xarici dövlətlərdən aldığı ianələri demokratiyanın inkişafına, iqtisadi islahatların aparılmasına sərf etmək əvəzinə, işğalçı ordusunun güclənməsinə və silah alınmasına sərf edir. Bu vəsaitin hamısı orduya sərf edilsə idi, yəqin ki, 43.000 nəfərlik erməni ordusu bölgədə ən güclü silahlı qüvvələrdən biri olmalı idi. Lakin məsələn, bu yaxınlarda dünya mətbuatı tarixdə görünməmiş biabırçı hadisə - ER müdafiə naziri Seyran Ohanyanın Yerevanda striptiz klub açması barədə geniş məqalələr dərc etdi. Görünür, Qarabağ müharibəsinin “qəhrəmanı” olması ilə öyünən çolaq nazirin zəkası və əxlaqı da onun fiziki qüsuru ilə vəhdət təşkil edir və bu, haram yollarla əldə etdiyi pulları hansısa bir biznes sahəsinə yatırmağa imkan verməyib.
ümumiyyətlə, erməni ordusunda baş verən faktlara diqqət yetirdikdə, ordunun başında duran şəxsin belə ağlasığmaz hərəkətləri artıq təəccüblü görünmür. Ermənistan ordusunda baş verən fərarilik, ölüm, döyülmə, rüşvətxorluq, intihar, zorlama və digər cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2010-cu ildə 30% artıb. Qeyri-hökumət təşkilatlarının hesabatlarına görə, ötən il orduda 2000-ə yaxın hadisə baş verib. Bunlardan 100-ü fərarilik, 200-ə yaxını hərbi hissəni özbaşına tərketmə, 50-yə qədəri intihara cəhd, 500-dən çoxu rüşvətalma, 400-ə qədəri işgəncə, 40-dan çoxu zorlama, 70-dən çoxu ölüm hallarıdır. Bundan başqa, ötən il 200 erməni əsgəri ölüb ki, bunlardan 120-si qeyri-döyüş bölgəsində baş verib.
Ermənistan rəsmilərinin özlərinin də etiraf etdiyi kimi, orduda homoseksuallıq adi həyat tərzinə çevrilib. Belə qeyri-ənənəvi cinsi oriyentasiyası olan hərbi qulluqçulardan təxminən 120 nəfəri Ermənistanda, 190 nəfəri isə Qarabağda xidmət edir. Vəziyyətin kritik həddə çatması ordu rəhbərliyini belə halların qarşısını almaq və həmin hərbi qulluqçuları vaxtından əvvəl tərxis etmək məqsədilə xüsusi hərbi həkim komissiyası yaratmağa vadar edib.
İşğalçı ordu üçün səciyyəvi olan hallardan biri də çoxsaylı bıçaqlama faktlarıdır. ötən il zabitlərin əsgərlərə fiziki işgəncə vermələri, “qarabağlı”-”ermənistanlı” ayrı-seçkiliyi nəticəsində 23 bıçaqlanma hadisəsi qeydə alınıb və həmin hadisələr zamanı 15 əsgər ölüb. Son 2 ildə işğal olunan Qarabağ ərazisinə göndərilən Ermənistan vətəndaşlarına qarşı minlərlə cinayət törədilib. Onlardan 1124-ü işgəncə ilə bağlıdır. Bu hadisələrlə əlaqədar 289 hərbi qulluqçu haqqında cinayət işi açılsa da, onlardan cəmi 128 nəfəri həbs olunub. 161 hərbçi isə rüşvət sayəsində cinayət məsuliyyətindən yaxa qurtara bilib.
Aşkarlanan çoxsaylı faktlar erməni ordusunda “ermənistanlı” - “qarabağlı” qarşıdurmasının olduğunu göstərir. Belə ki, Rusiyada yaşayan, lakin ER vətəndaşı olan erməni gənci ölkəsinə qayıdaraq vətəndaşlığını təsdiq edən sənədlər almaq istəyəndə polis orqanları onu hərbi komissarlığa göndəriblər. Hərbi komissarlıq isə onu hərbi xidmətə cəlb edərək işğal olunmuş Azərbaycan ərazilərindəki hissələrin birinə təyin edib. Ağdərə rayonunun Drmbon kəndi yaxınlığındakı hissədə xidmət keçərkən bu əsgər “Qarabağlı” zabitlər tərəfindən təzyiqlərlə üzləşib. İşğal olunmuş ərazilərdəki hissələrdə zabit heyəti əsasən qarabağlılardır və onlar ER-dən olan çağırışçılara qarşı olduqca sərt münasibət göstərirlər. Qarabağlı zabitlərin ER-dən olan əsgərləri zorladığı da bildirilir. ER-dən olan əsgərlər isə qarabağlı zabitlərin əqli cəhətdən geri və pinti olduğunu iddia edirlər. Ermənistanlı əsgərlər Qarabağda yaşayış olmadığından orada xidmət keçmək istəmir, bu da zabitlərin narazılığına səbəb olur.
Məlumatlara əsasən, ER-dən olan əsgərlərə qarşı daha çox qəddarlığı ilə Tərtər rayonunun işğal olunmuş ərazisindəki hərbi hissələrdən birinin komandiri polkovnik Karen Şakaryan, tərbiyə məsələləri üzrə müavin polkovnik-leytenant Karen Nersesyan və tağım komandiri Kamo Sarkisyan seçilirlər. Onlar daim əsgərləri döyür və təhqir edirlər. Karen Şakaryanın isə hətta Artaşatdan olan bir əsgəri zorladığı bildirilir. ER-dən olan əsgərlər Qarabağda qalmış azsaylı əhalinin, xüsusilə də kəndlilərin çirkab içində yaşaması səbəbindən özlərinin erməni olduqlarına utanırlar.
İşğalçı orduda xəstəlik halları da geniş yayılıb. ötən il 3000 erməni əsgəri dezinteriya və digər yoluxucu xəstəliklərə tutulmaları səbəbindən hospitallara yerləşdirilib.
Ermənistan ordusunda hətta yüksək rütbəli zabitlər də intihara cəhd edirlər. Məsələn, cari ilin aprel ayında ER ordusuna məxsus 60.925 saylı hərbi hissənin komandiri polkovnik-leytenant Xosrov Şadyan özünü bıçaqlayıb. Müdafiə Nazirliyi isə məsələni elə təqdim etməyə çalışır ki, guya hadisə ehtiyatsızlıqdan baş verib. Müxalifət mətbuatı isə yazır ki, ER ordusunda baş verən dəhşətli hadisələr hərbi hissə komandirləri üçün ciddi başağrısına çevrilib. Şadyanın özünə qəsd etməsinin digər versiyası kimi onun külli miqdarda dövlət əmlakını mənimsəməsi ehtimalı irəli sürülür. Belə ki, Müdafiə Nazirliyinin məsələdən xəbər tutması onu bu addımı atmağa vadar edib. Məlumatlara görə, 60925 saylı hərbi hissədə də analoji hadisələr baş verir.
İşğalçı ordudakı əsas problemlərdən biri hərbi sirlərin satılması məsələsidir. Müdafiə Nazirliyinin ən yüksək çinli zabitləri belə məxfi məlumatları yerli və xarici mətbuata satır. Məsələn, MN-in Təmir-Tikinti İdarəsinin rəisi ötən ilin fevral ayında nazirliyin məxfi qriflə göndərdiyi məlumatı yerli müxalifət nümayəndələrinə ötürüb. Nazirliyin idarə rəisi Armen Sərkisyan və İdarənin İnformasiya qrupunun rəhbəri Lyusya Eyvazyan məhkəmə zamanı məxfi məlumatları satdıqlarını etiraf ediblər.
Ermənistan ordusunun hərbçiləri dini inanclarına görə də təzyiqlərə məruz qalırlar. Cari ilin yanvar ayında hərbi xidmətə çağırılan Armen Mirzoyan hissə komandanlığının təzyiqləri ilə üzləşib. O, dini inanclarını əsas tutaraq hərbi and içməkdən imtina edib, son nəticədə isə işi hərbi məhkəməyə verilib.
Ermənistan hərbi rəhbərliyini çətin vəziyyətə salan daha bir məsələ itkin düşmüş erməni hərbçiləri ilə bağlıdır. Cari ilin iyun ayın ayının 29-da Ermənistanın müdafiə naziri Seyran Ohanyan ER-də İtkin düşmüş əsgərlərin xatirə günü ilə bağlı Qarabağ müharibəsi veteranları ilə keçirdiyi görüş zamanı jurnalistlərin Qarabağ müharibəsi zamanı itkin düşmüş 1.000 nəfər erməni əsgərin taleyinə dair verdikləri suala cavabında bildirib ki, itkin düşmüş şəxslərlə bağlı erməni tərəfi ciddi axtarış tədbirləri həyata keçirməkdədir. Lakin məlumdur ki, müharibə zamanı erməni ordusu ağır itkilər verəndə S.Ohanyan özü bir neçə yüz erməni əsgərinin adsız qəbirlərdə basdırılması barədə göstəriş verib, həmin əsgərlərin qohumlarına isə onların itkin düşməsi barədə arayışlar verilib. Məqsəd ER ictimaiyyətindən çoxsaylı itkilər barədə faktları gizlətmək olub. Bundan başqa, arxaya çəkilən əsgərlərin də Manvel Qriqoryanın əmri ilə güllələnərək itkin düşmüş şəxslər kimi qeydə alınması faktları mövcuddur. Onlar da əsasən Qarabağda, adsız qəbirlərdə basdırılıb. M.Qriqoryanın şəxsən fərariləri qətlə yetirdiyi və buna görə “qəssab” ləqəbi aldığı məlumdur. Əslində günahsız erməniləri güllələdiyinə görə psixi sarsıntı keçirmiş M.Qriqoryanın üzünün cizgiləri də qəssabı xatırladır.
İşğal olunmuş ərazilərdə olan hərbi hissələrdə, təmas xəttinə yaxın hissələrdə hərc-mərclik halları daha çoxdur. Orada əsgərlər zabitlərlə dalaşır, silahla oynayır, əyyaşlıqla məşğul olur və narkotik maddələrdən istifadə edirlər. Tez-tez ölüm hadisələri baş versə də, korrupsiyaya bulaşmış işğalçı orduda belə hadisələri “silmək” asandır. Əsgərlər qumar oynayır, bəzən iri məbləğdə pul uduzurlar. Eduard adlı əsgər zabitə qumarda uduzduğu pulu verə bilmədiyinə görə huşsuz vəziyyətədək döyülüb və belə vəziyyətdə zorlanıb.
ER-in Martuni şəhərindən olan Sevak Ayrapetyan hazırda Ağdərənin Tonaşen kəndi yaxınlığındakı 2-ci motoatıcı batalyonun rabitə bölümündə xidmət keçir. 2011-ci ildə tərxis olunacağı gözlənilən həmin əsgəri həmyaşıdları “qot” cərəyanının tərəfdaşı kimi xatırlayırlar. O, incəsənətə də maraq göstərib. lakin hazırda düşdüyü mühitdə savadsız və kobud rəftarla üzləşərək, qarabağlı zabitlərin təzyiqləri üzündən tez-tez valideynlərinə şikayət edir. Lakin valideynlərinin maddi cəhətdən imkansız olmaları onu başqa yerə köçürməyə imkan vermir.
Acınacaqlı hal yalnız ordudakı “dedovşina”, rüşvət alma halları deyil. Eyni zamanda, işğalçı ordunun ərzaqla təminatı sahəsində də ciddi çatışmazlıqlar var. Belə ki, yerlərdə aparılan yoxlamalar zamanı əsgərlərin qida rasionunda İran, çin, Malayziya və Sinqapurdan gətirilmiş, vaxtı ötmüş, keyfiyyətsiz qida məhsullarının istifadəsi aşkar olunub. Şəxsi heyətə səhər və axşam yeməklərində kərə yağı əvəzinə marqarin, mal və donuz əti əvəzinə Hindistan və Avstraliyadan gətirilmiş kenquru, zebra, camış və mənşəyi bilinməyən digər heyvan ətləri, vaxtı keçmiş balıq və mal əti konservləri, sağlamlığa ciddi zərər vuran keyfiyyətsiz toyuq budlarının verildiyi də müəyyənləşdirilib. Təsadüfi deyil ki, 2007-2008-ci illər ərzində bu ordunun şəxsi heyəti arasında mədə-bağırsaq, dəri-zöhrəvi və dezinteriya xəstəliklərinin sayı 2 dəfə artıb.
“Forpost Ermənistan”ın “qüdrətli və çiçəklənən” ordusu isə belə getsə, doğrudan da müdafiə naziri Seyran Ohanyanın etiraf etdiyi kimi insan çatışmazlığı ilə üzləşmək təhlükəsi qarşısında qalacaq.

Paylaş:
Baxılıb: 973 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30