Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Pənah Hüseyn səsverməyə gələn seçicilərlə kobud davranıb

Pənah Hüseyn səsverməyə gələn seçicilərlə kobud davranıb

08.11.2010 [09:43]

YAP seçki prosesinin gedişi ilə bağlı növbəti açıqlama yayıb. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, deputatlığa namizəd Pənah Hüseynin qızı Aybəniz Hüseyn saat 15.15 radələrində 22 saylı Nəsimi seçki dairəsinin 19 saylı seçki məntəqəsinə gələrək, səsvermə prosesini pozmağa yönəlmiş kobud qanun pozuntularına yol verib, səsverməyə gələn seçiciləri təhqir etməkdən çəkinməyib: “Pənah Hüseyn də səsverməyə gələn seçicilərlə kobud davranıb. Seçkilərin gedişini izləyən “AXCP-Müsavat” blokunun müşahidəçilərinin bir qismi isə səsvermə prosesində qanun pozuntusuna yol verilmədiyini və seçkilərin gedişindən razı qaldıqlarını etiraf edib. Belə ki, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 2 saylı MnSK-nın Müsavat Partiyasından olan üzvü Adil Məmmədov seçkinin gedişindən razılıq edib, səsvermənin keçirilməsi üçün normal şərait yaradıldığını bildirib.
19 saylı Nərimanov I seçki dairəsinin 24 saylı seçki məntəqəsində müşahidə aparan “AXCP-Müsavat” seçki blokunun nümayəndəsi Rübabə Fleydanlı isə deyib ki, proses normal gedir, 19 saylı seçki dairəsi üzrə insanların etimad göstərdiyi şəxsin seçiləcəyinə inanır. 125 saylı seçki dairəsinin 4 saylı məntəqə seçki komissiyasında müşahidə aparan “AXCP-Müsavat” seçki blokunun nümayəndəsi Əbülfəz Sadıqov da səsvermə prosesinin normal şəkildə keçdiyini bildirib”.

Paylaş:
Baxılıb: 910 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30