Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev 29 saylı Səbail seçki dairəsinin 7 nömrəli seçki məntəqəsində səs verib

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev 29 saylı Səbail seçki dairəsinin 7 nömrəli seçki məntəqəsində səs verib

08.11.2010 [09:49]

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev 29 saylı Səbail seçki dairəsinin 7 nömrəli seçki məntəqəsində səs verib. Administrasiyanın rəhbəri R.Mehdiyev mətbuata verdiyi müsahibəsində deyib ki, seçkilər sabit və sakit şəraitdə keçir. Beynəlxalq müşahidəçilərin açıqlamalarında da müsbət rəyin formalaşdığını bildirən R.Mehdiyev deyib: “Hesab edirəm ki,  vəziyyət çox yaxşıdır. Bunu təkcə mən demirəm, seçkilərin gedişini xarici müşahidəçilər, o cümlədən Avropa İttifaqının parlament nümayəndələri çox yüksək qiymətləndirirlər. Dünən də bizim onlarla görüşümüz olub. Onlar da buna çox yüksək qiymət verirlər ki, Azərbaycanda sabitlik yaranıb, seçkilərə hazırlıq işləri yüksək səviyyədə aparılıb. Bu gün də həqiqətən çox sakit, normal seçki keçirilir”.
Dördüncü çağırış Milli Məclisə seçkilərin nəticələri ilə bağlı sualı cavablandıran akademik R.Mehdiyev deyib: “Nəticələr keyfiyyətcə daha yüksək olacaqdır. Hər parlament seçkilərində biz yeni-yeni nailiyyətlər əldə edirik, parlamentə yeni təfəkkürə malik insanlar gəlirlər. Güman edirəm ki, bu dəfə də belə olacaqdır. Hər halda, namizədlərin tərkibi belə deməyə əsas verir”.

Paylaş:
Baxılıb: 1062 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30