Yeni adın mübarək, Türkiyə!
02.06.2022 [10:15]
Türkiyənin beynəlxalq adı dəyişdirildi - “Turkey” ləğv olunur
Türkiyə adını dəyişən ilk ölkədir?
Günel ABBAS
Türkiyə hökuməti ölkə adının xarici dillərdə yazılışının dəyişdirilməsi ilə bağlı BMT-yə rəsmi müraciət edib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun məlumatına görə, yeni qərar rəsmi Ankaranın ölkənin beynəlxalq aləmdə nüfuzunun artırılmasına yönəlmiş addımları çərçivəsində qəbul edilib. O qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkənin brendinin nüfuzunu artırmaq üçün başlanılan proses sona çatmaq üzrədir. M.Çavuşoğlu BMT-nin Baş katibinə göndərdiyi məktubla xarici dillərdə adını BMT-də “Türkiye” olaraq qeyd edirik, - deyə vurğulayıb. Beləliklə, bundan sonra Türkiyə (“Türkiye”) adı bütün beynəlxalq forumlarda və əvvəllər müxtəlif etnonimlərin işlədildiyi rəsmi sənədlərdə (Turkey, Turkei, Turquie və s.) kimi istifadə olunacaq.
Türkiyə niyə “Turkey” adlanırdı?
Türkiyənin adının ingiliscə “Turkey” olması ingilis dilinə yaxşı bələd olanlar tərəfindən həmişə qəribə qarşılanıb, hətta bəzi vətəndaşlar bundan narahatlıq duyduqlarını da dilə gətirirdilər. Çünki “turkey” ingiliscə hind toyuğu mənasına gəlir. Dövrünün ən bilikli, ən məlumatlı insanları olan italyanlar, venesiyalılar və genuyalılar “Türməniya”, yəni indiki “Türkiyə” adını qoyduqları halda, “Turkey” sözünün ingiliscəyə necə daxil olduğu mübahisəlidir. Dilçi Mario Pei bu mövzuda nəzəriyyə hazırlayanlardan biridir. Təxminən beş əsr əvvəl Osmanlıların 1453-cü ildə fəth etdiyi İstanbul ticarət mərkəzinə gələn türklər Avropa bazarlarına vəhşi toyuqlar satıb, ingilislər bu toyuğa “hinduşka xoruzu” deyiblər. Onun nəzəriyyəsinə görə, həmin ifadə də məhz bu dövrdən yayılıb.
Uzun müddətdən bəri Türkiyə adının geri qaytarılmasını istəyir və bu istiqamətdə işlər görür. Xaricdə bu adlandırma ilə bağlı zarafatların olduğunu nəzərə alsaq, 80 milyonluq ölkənin adının dəyişməsini tələb etməsi olduqca anlaşılandır. Bəzi mətbuat orqanları Prezident Rəcəb Tayyib Ərdoğanın bütün rəsmi yazışmalarda istifadə ediləcəyini və hökumətin internet saytlarında qəbul ediləcəyini söylədiyi ad dəyişikliyini başqa yönlərə yozurlar. Onlar bunun Amerikada Şükran Günü süfrələrini bəzəyən quşdan uzaqlaşmaq üçün edildiyini iddia edirlər. Ancaq anlamaq lazımdır ki, bu, sadəcə ölkənin artmaqda olan nüfuzunu zədələnməkdən qorumaq yolunda atılmış bir addımdır. Qeyd edək ki, I Dünya müharibəsində məğlubiyyətə uğrayan Osmanlı İmperiyası dağıldıqdan və 1923-cü ildə cümhuriyyət elan edildikdən sonra türklər öz ölkələrini Türkiyə adlandırlar. Hazırda Türkiyəyə qeyri bir adla xitab edilməsi üçün heç bir əsaslı səbəb yoxdur.
Türkiyə adını dəyişən ilk ölkədir?
Təbii ki, həm dünya mətbuatında, həm də Türkiyədə ad dəyişilmə məsələsinə reaksiyalar iki yerə bölünür. Türk lirəsinin dəyər itirməsi, bəzilərində bu ad dəyişikliyinin Ərdoğanın məzənnənin enməsinin qarşısını almaq üçün etdiyini düşünürlər. Ancaq hökumət rəsmiləri Ərdoğanın sosial mediadakı mövqeyini düzgün hesab edir və bu fikirləri dəstəkləyirlər. Çünki onlar əsas səbəbin ölkənin nüfuzu ilə bağlı olduğunu bilirlər.
Bununla yanaşı, Türkiyə adını dəyişən ilk ölkə də deyil. Məsələn, Svazilend 2018-ci ildə rəsmi olaraq Esvatini oldu. Esvatini Svaz dilində “svazların yeri” deməkdir və artıq orada ümumi istifadə olunan addır. 2020-ci ildə ingilis adı “Hollandiya” olan Niderland daha çox tanınan “Holland” adının istifadəsini dayandırdı və qlobal imicini yeniləmək və onun yaratdığı çaşqınlığı aradan qaldırmaq məqsədi ilə rəsmi olaraq ad dəyişikliyi etdi. Rodeziya 1980-ci ildə müstəqillik qazandıqdan sonra Zimbabve oldu. Əvvəllər Britaniya İmperiyası tərəfindən Seylon adlandırılan Şri-Lanka, müstəqillik qazandıqdan 50 il sonra, 2011-ci ildə Seylonla bağlı bütün ad istinadlarını ləğv etdi. Bu məsələ ilə bağlı nümunələr çoxdur. Odur ki, təəccüb doğurası heç nə yoxdur, əksinə sevindirici məqamlar daha çoxdur.
Nəzərə alsaq ki, “Türkiyə” sözü yazılış və tələffüz baxımından fərqlənmir və bu dəyişikliyin arxasında heç bir siyasi dəyişiklik yoxdur, Türkiyənin beynəlxalq aləmdə yeni adının istifadəsinin davam edib-etməyəcəyini zaman göstərəcək. Şübhəsiz ki, yeni ad Türkiyənin beynəlxalq arenada uğurlarının daha da artmasına şərait yaradacaq.
Xəbər lenti
Hamısına baxDünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58

