Yeni epidemiya təhlükəsi
13.05.2026 [08:52]
Ölüm riski yüksəkdir...
Hantavirus Azərbaycanda yayıla bilər?
Son günlər dünyada Hantavirusla bağlı xəbərlərin artması ictimai narahatlığı gücləndirib. Bəzi ölkələrdə virus təhlükəsinə qarşı ictimai yerlərdə maska istifadəsinin yenidən məcburi edilməsi məsələsi müzakirə olunur. Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bütün bunlar Azərbaycanda da “yenidən maska qadağaları tətbiq oluna bilərmi?” sualını gündəmə gətirib.
Səssizcə yaxınlaşan və çox vaxt ilk mərhələdə adi qrip əlamətləri ilə özünü gizlədən Hantavirus əslində insan həyatı üçün ciddi təhlükə yaradan viruslardan biri hesab olunur. Təbiətin görünməyən təhlükələri sırasında yer alan bu virusun yayılması təkcə tibbi problem deyil, həm də insanların gigiyena qaydalarına münasibətini, yaşayış şəraitini və gündəlik davranışlarını yenidən nəzərdən keçirməyə məcbur edən mühüm sağlamlıq məsələsidir.
Ağciyərlər üçün ciddi təhlükə
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən infeksionist-həkim Elnur Abdullayev bildirib ki, bu infeksiya dünyanın müxtəlif bölgələrində fərqli klinik formalarla müşahidə edilsə də, ən təhlükəli xüsusiyyətlərindən biri onun sürətli şəkildə ağciyər və damar sisteminə təsir göstərərək ağır tənəffüs çatışmazlığı yaratmaq potensialına malik olmasıdır:
“İnsanlar çox zaman bu virusun necə yayıldığını tam anlamadıqları üçün təhlükəni yalnız gəmiricinin dişləməsi ilə əlaqələndirirlər. Lakin praktikada ən çox rast gəlinən yol siçan və digər gəmiricilərin sidiyi, nəcis qalıqları və tüpürcəyi ilə çirklənmiş mühitdə yaranan mikroskopik hissəciklərin nəfəs vasitəsilə ağciyərlərə daxil olmasıdır. Xüsusilə, uzun müddət bağlı qalmış anbarların, kənd evlərinin, zirzəmilərin, taxıl saxlanılan yerlərin və köhnə tikililərin təmizlənməsi zamanı virus havaya qalxaraq insan orqanizminə daxil ola bilir”.
Mövsümi virus infeksiyaları ilə eyni simptomlar...
E.Abdullayev qeyd edib ki, hantavirusun əsas təhlükəsi onun ilkin mərhələdə adi qrip və ya respirator infeksiya kimi görünməsidir: “Xəstəlik əksər hallarda yüksək hərarət, güclü halsızlıq, əzələ ağrıları, baş ağrısı, bel və qarın nahiyəsində diskomfort hissi ilə başlayır. Bir çox insan bu simptomları mövsümi virus infeksiyası hesab edərək gec müraciət edir, halbuki bir neçə gün sonra vəziyyət qəfil ağırlaşaraq nəfəs darlığı, quru öskürək, sinədə sıxılma hissi, arterial təzyiqin düşməsi və ağciyərlərdə maye toplanması ilə müşayiət olunan həyati təhlükəli mərhələyə keçə bilər. Xüsusilə hantavirusun ağciyər sindromu adlandırılan forması intensiv terapiya tələb edən vəziyyət yarada bilir və vaxtında müdaxilə edilmədikdə ölüm riski əhəmiyyətli dərəcədə artır”.
Kimlər risk qrupuna daxildir?
İnfeksionistin sözlərinə görə, risk qrupuna daxil olan insanlar arasında kənd təsərrüfatı ilə məşğul olan şəxslər, fermalarda çalışanlar, taxıl və yem anbarlarında işləyən işçilər, ovçular, meşə və çöl ərazilərində uzun müddət qalan şəxslər, həmçinin gigiyenik şəraiti zəif olan və gəmirici populyasiyasının çox olduğu mühitlərdə yaşayan insanlar xüsusi yer tutur: “Bu şəxslər virusla təmas ehtimalı daha yüksək olan mühitlərdə fəaliyyət göstərirlər. Bununla yanaşı, istifadə olunmayan evlərin və ya bağ sahələrinin təmizlənməsi zamanı qoruyucu maska və əlcəkdən istifadə etməyən insanlar da ciddi risk altında hesab edilir. Çünki quru nəcis və sidik qalıqları süpürülərkən virus hissəcikləri havaya qarışaraq nəfəs yollarına daxil ola bilir.
Hantavirusdan qorunma tədbirləri tibbdə xüsusilə vacib hesab olunur və burada əsas məqsəd gəmiricilərlə təmasın minimuma endirilməsi, yaşayış və iş yerlərində gigiyenanın qorunması, ərzaqların qapalı şəkildə saxlanılması və gəmirici izləri olan məkanların təmizlənməsi zamanı respirator maska, əlcək və dezinfeksiyaedici vasitələrdən istifadə edilməsidir. Tövsiyə olunur ki, gəmirici qalıqları olan sahələri quru şəkildə süpürmək əvəzinə əvvəlcə dezinfeksiyaedici məhlulla isladaraq təmizləsinlər, çünki bu üsul virus hissəciklərinin havaya yayılmasının qarşısını əhəmiyyətli dərəcədə alır.
Unutmaq olmaz ki, hantavirus nadir rast gəlinən infeksiya olsa da, ağırlaşma riski yüksək olan xəstəliklər sırasındadır. Xüsusilə, yüksək hərarət, güclü halsızlıq və tənəffüs çətinliyi yaranarsa, xəstənin vaxt itirmədən təcili tibbi yardım xidmətinə müraciət etməsi həyati əhəmiyyət daşıyır”.
Ölkəmiz üçün təhlükə var?
Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən verilən məlumata görə, hazırda Azərbaycan ərazisində hantavirus infeksiyasına şübhəli və ya təsdiqlənmiş yoluxma halları qeydə alınmayıb:
“Bu virus ölkəmiz üçün endemik hesab olunmur və mövcud epidemioloji vəziyyət virusun yayılma riskinin aşağı olduğunu göstərir.
Hantavirus əsasən siçan və digər gəmiricilərin sidiyi, nəcisi və tüpürcəyi ilə təmas zamanı yoluxa bilər. Bu səbəbdən risk daha çox gəmiricilərlə sıx təmas olan yerlərdə mövcuddur.
Profilaktik məqsədlə əhaliyə bir sıra sadə gigiyenik qaydalara əməl etmək tövsiyə olunur: yaşayış və iş yerlərində sanitar-gigiyenik qaydalara riayət etmək, gəmiricilərin məskunlaşmasının qarşısını almaq və mütəmadi deratizasiya tədbirləri görmək, açıq sahələrdə və köhnə, uzun müddət istifadə olunmayan məkanlarda təmizlik işləri apararkən qoruyucu vasitələrdən istifadə etmək, gəmiricilərlə birbaşa təmasdan çəkinmək.
Hazırkı vəziyyət əhali üçün narahatlıq doğurmur və epidemioloji durum müvafiq qurumlar tərəfindən daim nəzarətdə saxlanılır”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22

