Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Özbəkistan və Əfqanıstan arasında ticarət müqavilələri 1,5 milyard dolları ötüb

Özbəkistan və Əfqanıstan arasında ticarət müqavilələri 1,5 milyard dolları ötüb

12.05.2026 [23:45]

Kabildə keçirilən biznes-forumu zamanı Özbəkistan və Əfqanıstan arasında ümumi həcmi 112 milyon dollar olan 13 ticarət müqaviləsi imzalanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Əfqanıstan Sənaye və Ticarət Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Foruma hər iki ölkənin rəsmi şəxsləri, sahibkarları və biznes təşkilatlarının nümayəndələri qatılıblar. Müqavilələr un, sement, neft məhsulları, makaron məmulatları, təzə meyvə və tərəvəz tədarükü də daxil olmaqla, 13 istiqaməti əhatə edir.

Sənədlər Pakistanla sərhəd gərginliyi və Yaxın Şərqdəki qeyri-sabitlik səbəbindən Əfqanıstanın üzləşdiyi ticarət və tranzit çətinlikləri fonunda imzalanıb.

Sənaye və ticarət naziri Nuriddin Əzizinin sözlərinə görə, Kabil və Daşkənd arasında iqtisadi münasibətlər son aylarda xeyli intensivləşib. Əfqanıstan tərəfi regional ticarət əlaqələrini gücləndirmək və investorlar üçün daha əlverişli şərait yaratmaq üçün işləri davam etdirir.

Forum iştirakçıları Özbəkistan və Əfqanıstan arasında bağlanmış müqavilələrin ümumi həcminin artıq 1,5 milyard dolları keçdiyini bildiriblər.

Xatırladaq ki, mart ayında tərəflər 514,8 milyon dollar həcmində müqavilələr imzalayıb.

Paylaş:
Baxılıb: 85 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31