/ / Azərbaycanda növbəti parlament seçkiləri demokratik dəyərlərə uyğun olaraq, ədalətli şəkildə, şəffaf keçirilib
Azərbaycanda növbəti parlament seçkiləri demokratik dəyərlərə uyğun olaraq, ədalətli şəkildə, şəffaf keçirilib
12.11.2010 [09:54]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında noyabrın 7-də keçirilən IV çağırış Milli Məclis seçkilərində iştirak etmiş siyasi partiyaların birgə mətbuat konfransı keçirilib.
Mətbuat konfransında çıxış edən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov ölkəmizdə keçirilən növbəti parlament seçkilərinin uğurla yekunlaşdığını diqqətə çatdırıb. Bütünlüklə seçki prosesini dəyərləndirərək, o cümlədən, səsvermənin nəticələrinə qiymət verərək Azərbaycanda növbəti parlament seçkilərinin demokratik dəyərlərə uyğun olaraq, ədalətli şəkildə, şəffaf keçirildiyini qətiyyətlə söyləməyin mümkünlüyünü bildirən Əli Əhmədov seçkilərin xalqın iradəsini ifadə etdiyini deyib: “Parlament seçkiləri ilə bağlı ölkəmizdə müvafiq tədbirlər görülüb, seçkinin seçki qanunvericiliyinin normalarına uyğun şəkildə, demokratik ənənələrə əsaslanaraq keçirilməsi üçün ən zəruri tədbirlər həyata keçirilib, müvafiq şərait yaradılıb. Bunun sübutu olaraq keçirilən seçkilərdə 20-dən çox siyasi partiyanın və onların nümayəndələrinin iştirak etməsinin, seçkidə iştirak edən bütün namizədlər üçün təşviqat kampaniyasında lazım olan təbliğat hərəkətləri üçün, o cümlədən, pulsuz efir vaxtının verilməsi, seçki kampaniyasını izləmək üçün 50 mindən yuxarı daxili müşahidəçilərin qeydə alınması, mindən çox beynəlxalq müşahidəçinin seçki prosesini izləməsi üçün şəraitin yaradılması məcmu halında seçki kampaniyasının demokratik və şəffaf keçirilməsini təmin edə bildi. Hesab edirəm ki, beynəlxalq təşkilatlar da bütün prosesi izləyərək və bundan sonra da müşahidə etdikləri bütün faktları obyektiv şəkildə dəyərləndirərək Azərbaycanda keçirilmiş 7 noyabr seçkilərinə düzgün və obyektiv qiymət verə biləcəklər. Bu günə qədər bütövlükdə çox sayda beynəlxalq müşahidəçilərin səsləndirdikləri rəylər ümumi şəkildə seçkilərin normal keçməsi haqqında beynəlxalq təşkilatlarda və onların müşahidəçilərində rəyin formalaşması haqqında fikir söyləməyə əsas verir. Eynilə də Azərbaycan cəmiyyəti ölkəmizdə keçirilən seçkilərin nəticələrini qəbul etməklə bu seçkilərin obyektiv, düzgün, ədalətli və şəffaflığına öz münasibətini ifadə etmişdir. Birmənalı şəkildə etiraf etmək lazımdır ki, istənilən seçkinin ən başlıca hakimi xalqdır və Azərbaycan xalqı da seçkilərlə bağlı öz mövqeyini güman edirəm ki, bu şəkildə ortaya qoyub”.
YAP İcra katibi Əli Əhmədov parlament seçkilərinə fərqli mövqe nümayiş etdirən siyasi partiyaların reallığa uyğun olmayan, qərəzli mövqe sərgilədiyini söyləyib: “Azərbaycanda bəzi siyasi qüvvələr keçirilən parlament seçkiləri ilə əlaqədar fərqli mövqelər nümayiş etdirməyə cəhdlər göstəriblər. Bəzi dairələrdə deputat seçilmək istəyini həyata keçirə bilməyənlər özlərinin bu uğursuzluqlarını bütövlükdə demokratiya anlayışıyla səhv salmağa meyilli olduqlarını nümayiş etdiriblər. Mən birmənalı şəkildə qeyd etmək istəyirəm ki, demokratiya, seçkilərin ədalətli və şəffaf keçməsi anlayışı ilə konkret bir şəxsin istənilən dairədə özünün gözlədiyi uğuru qazanmaması arasında hər hansı bir asılılıq mövcud deyil. İstər İsa Qəmbərin deputat seçilmək istəyinin reallaşmaması, istər Əli Kərimlinin bu arzusunun həyata keçməməsi demokratiyanın pozulması anlayışı ilə eyniyyət təşkil etmir. Bu halı, sadəcə, konkret bir namizədin öz proqramını lazımi dərəcədə həyata keçirə bilməməsi və lazımi səsləri toplamaması formasında ifadə etmək olar. Bu səbəbdən də biz hesab edirik ki, Azərbaycanda keçirilən parlament seçkilərinə, bütövlükdə seçki prosesinə, seçkinin normal keçirilməsi üçün yaradılmış mühitə və seçkinin səsverməsinin nəticələrinə, ümumiyyətlə xalqın iradəsinin ifadə edilməsi kontekstindən qiymət verilməsi daha məqbul yanaşma formasıdır. Konkret şəxslərin seçilməsi və ya seçilməməsi, uğur qazanması və ya qazanmaması isə bütövlükdə demokratik ab-havada keçirilən seçki kampaniyası fonunda ayrı-ayrı namizədlərin şəxsi problemləri və ya şəxsi uğursuzluqları kimi dəyərləndirilə bilər”.
Daha sonra çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycanda keçirilən seçkilərin 90 faizə qədər məntəqələrdə normal şəkildə baş tutduğunu bildirib: “Bu məsələ ilə bağlı seçkini izləyən beynəlxalq müşahidəçilər də öz rəylərini bildirdilər. Cəmisi 10 faiz məntəqələrdə müəyyən qanun pozuntularına yol verilib. Bununla bağlı XİN-in də bəyanatı var ki, MSK və Azərbaycan hökumətinin müvafiq dövlət qurumları həmin məntəqələrdə araşdırma aparacaq, obyektiv qərarlar qəbul ediləcək. Biz bu mövqeni bölüşürük, təqdir edirik. Hesab edirik ki, seçkinin nəticələrini tanımamaq üçün heç bir əsas yoxdur. O ki qaldı digər seçkini tanımayacağını söyləyən partiyaların sədrlərinə, mən bu fikrimi növbəti dəfə təkrar edirəm ki, Azərbaycanın 20 faizə yaxın torpaqlarını işğal edən, vətəndaşlarımızı qaçqın durumuna salan ermənilərlə saziş bağlayaraq sonra Azərbaycan xalqından dəstək gözləmək absurddur. Azərbaycan xalqı həm də 7 noyabrda bu məsələyə öz münasibətini bildirdi”.
çıxış edən Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı rəhbərlik etdiyi partiyanın seçkinin nəticələri ilə bağlı bəyanat qəbul etdiyini bildirdi. Onun sözlərinə görə, AVP noyabrın 7-də keçirilən seçkilərin azad və ədalətli şəraitdə baş tutduğu qənaətindədir: “Seçkilər Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun şəkildə həyata keçirilib. Bizim partiya 7 dairədə namizədlərin seçki prosesini izləyib. Heç bir dairədə hər hansı bir qanun pozuntusu qeydə alınmayıb. Ola bilsin ki, ayrı-ayrı xırda çatışmazlıqlar, texniki qüsurlar olub, amma bu qüsurlar seçkinin nəticələrinə təsir edə bilməyib. İnsanlar azad şəkildə səsvermədə iştirak ediblər. Kimin nə deməsindən asılı olmayaraq bu belədir. Mən təəssüf edirəm ki, AXCP və Müsavat Partiyasının siyasi baxışları hələ də 90-cı illərə ilişib qalıb”.
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı da təmsil etdiyi partiyanın seçki ilə bağlı bəyanat qəbul edəcəyini dilə gətirib. Onun sözlərinə görə, seçkidə müəyyən qədər problemlər namizədlərin qeydə alınması prosesində yaşanıb: “Mən qətiyyətlə bildirirəm ki, ölkəmizdə tam ideal seçki keçirmək mümkün deyil. Nəzərə alaq ki, bu gün torpaqlarımızın 20 faizi işğal altındadır və işğal altında olan rayonların ərazisini əhatə edən dairələrdə istər təbliğat, istər imzatoplama, istərsə də səsvermə kampaniyaları olduqca ağır şəraitdə keçir. Bir məqama toxunmaq istəyirəm ki, 7 noyabr seçkilərinə istər ölkə daxilində xalqın, istərsə də ölkə xaricində beynəlxalq təşkilatların marağı böyük idi. Bu baxımdan mən Azərbaycanda seçki mədəniyyətinin inkişafını təqdir edirəm”.
Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, millət vəkili Asim Mollazadə də seçkidə müttəfiq olaraq iştirak etdiyi VHP sədrinin fikirlərini bölüşdüyünü dilə gətirib. Onun sözlərinə görə, bundan sonrakı prosesdə də bütün partiyalar məsələlərin, problemlərin həlli ilə bağlı əməkdaşlıq nümayiş etdirməlidirlər.
Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı da çıxışında ölkəmizdə keçirilən parlament seçkilərinin şəffaf, ədalətli və demokratik prinsiplər əsasında baş tutduğunu deyib. Onun sözlərinə görə, Azərbaycanda seçki qanunvericiliyi təkmil formadadır və keçirilən seçkilər də bu qanunvericiliyə əsaslanır: “Xalqın azad şəkildə səs verməsi üçün bütün lazımi şərait yaradılıb. Bu gün seçilməyən insanlar sadəcə subyektiv mövqe nümayiş etdirirlər. Bu da yaxşı hal deyil”.
Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa seçkidə hər zaman razı və narazı tərəfin olduğunu deyib: “Bu gün seçkinin legitimliyini tanımayacağını deyənlər seçkinin nəticələrindən narazı qalanlardır. Sadəcə, seçkinin tanınmaması ifadəsinin işlənməsi onların siyasi savadsızlığına dəlalət edir. çünki seçkinin legitimliyini yalnız Konstitusiya Məhkəməsi tanımaya bilər. Mənim də fikrimcə, seçki 90 faiz məntəqələrdə normal səviyyədə keçirilib. Seçkinin qalibi Yeni Azərbaycan Partiyasıdır. Mən bu gün burada nümayəndələri iştirak edən partiyaları və parlamentdən kənarda qalan siyasi təşkilatları da konstruktiv əməkdaşlığa səsləyirəm”.
Ədalət Partiyasının nümayəndəsi Elxan Şükürlü də çıxışında 7 noyabr seçkilərinin nəticələrinin xalqın rəyini əks etdirdiyini və sadəcə uduzmağı bacarmağın gərəkdiyini vurğulayıb.
Mətbuat konfransında Yeni Azərbaycan Partiyasının İcra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov və Mübariz Qurbanlı da iştirak edib.
Daha sonra toplantıda iştirak edən partiyaların birgə BƏYANATI qəbul olunub.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59

