Parlament seçkiləri beynəlxalq standartlara tam uyğun keçirilib
13.11.2010 [09:48]
Noyabrın 7-də Azərbaycanda növbəti parlament seçkiləri keçirildi. Bundan əvvəki seçkilər kimi bu seçkilər də öz demokratikliyi ilə yadda qaldı. Daha doğrusu, Azərbaycanda baş tutan növbəti seçki ölkəmizin demokratik prinsiplərin, ənənələrin bərqərar olması yönündə böyük uğurlar əldə etdiyini bir daha təsdiqlədi. Bu amil beynəlxalq müşahidəçilərin də hesabatlarında xüsusi olaraq vurğulanıb. Bütün bunların fonunda, ABŞ Dövlət Departamentinin seçkilərin nəticələrinə yanaşması Azərbaycan ictimaiyyəti, o cümlədən, rəsmi Bakı tərəfindən təəssüf və təəccüb hissi ilə qarşılanıb. Beynəlxalq müşahidəçilərin seçkilərə verdiyi qiymət və Dövlət Departamentin həmin qiymətlə ziddiyyət təşkil edən açıqlaması barədə bir qədər sonra.
Hələlik isə, onu vurğulamaq yerinə düşər ki, əslində, seçkilərin ədalətli keçiriləcəyi qabaqcadan heç kimdə şübhə doğurmurdu. çünki dövlət bütün namizədlərin seçkiqabağı kampaniyanı sərbəst və aktiv şəkildə həyata keçirməsi üçün hər bir şəraiti yaratmışdı. Seçkilərdə 20-dən çox siyasi partiyanın və onların nümayəndələrinin iştirak etməsi, siyasi mövqeyindən asılı olmayaraq, bütün namizədlərə bərabər şəraitin yaradılması, eləcə də, hər bir namizədə 4 dəqiqəlik pulsuz efir vaxtından istifadə hüququnun verilməsi, seçki kampaniyasını izləmək üçün 50 mindən yuxarı yerli müşahidəçilərin qeydə alınması, mindən çox beynəlxalq müşahidəçinin seçki prosesini izləməsi üçün şəraitin yaradılması və digər çoxsaylı amillər də deyilənləri təsdiqləyir.
Seçkiöncəsi mövcud olan bu mühitin fonunda noyabrın 7-də Milli Məclisə seçkilər beynəlxalq standartlara uyğun, demokratik, şəffaf, ədalətli, seçici fəallığı şəraitində keçirildi. Yuxarıda da vurğuladığımız kimi, beynəlxalq müşahidəçilər seçicilərin yüksək fəallığı, seçki prosesinin qanunauyğun və yüksək səviyyəli təşkili, Mərkəzi Seçki Komissiyasının, “Seçkilər” İnformasiya Mərkəzinin, dairə və məntəqə seçki komissiyalarının fəaliyyəti barədə müsbət fikirlər bildirdi, seçki prosesinin beynəlxalq standartlara uyğun təşkil olunduğunu, heç bir qanun pozuntusuna rast gəlinmədiyini xüsusi qeyd etdilər. Seçki prosesini izləyənÑ‘müxtəlif beynəlxalq təşkilatları təmsil edən müşahidə missiyaları keçirdikləri mətbuat konfranslarında seçkilərin demokratik və beynəlxalq standartlara uyğun keçirildiyini təsdiq etdilər.
Məsələn, ATƏT, AŞ PA və Avropa Parlamentinin Azərbaycanda seçkiləri müşahidə etmiş missiyalarının birgə mətbuat konfransında ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Volfhanq Qrossruk bildirdi ki, Azərbaycanda parlament seçkiləri şəffaf və demokratik şəraitdə keçirilib. ölkədə seçkilərin keçirilməsində ciddi irəliləyiş əldə edilib.
ATƏT-in müşahidə missiyası Azərbaycan hakimiyyətinin ədalətli seçki prosesinin təmin edilməsi istiqamətində səylərini xüsusi qeyd etdi. ötən seçkilərlə müqayisədə bu seçkilərdə sakit mühitin olması, insidentlərin baş verməməsi müsbət hal kimi səciyyələndirildi. AŞPA müşahidə missiyasının rəhbəri Poll Vill də seçkilərin beynəlxalq standartlara tam uyğun keçirildiyini bəyan etdi: “Seçkilər sakit şəraitdə keçib, seçki prosesinin texniki təminatı yüksək səviyyədə olub. Bütün bunlar Azərbaycanın demokratik ölkə kimi inkişaf etdiyini deməyə əsas verir”.
P.Vill onu da deyib ki, Yeni Azərbaycan Partiyası (YAP) seçki kampaniyasını ictimai marağa səbəb ola biləcək şəkildə keçirib. AŞ PA nümayəndəsinin sözlərinə görə, hakim partiyanın namizədləri təbliğatlarını əsasən seçicilərlə görüş, müzakirələr aparmaq prinsipi ilə həyata keçiriblər. O, həmçinin, əlavə edib ki, heç bir müxalifət partiyası və yaxud blokunun qeydiyyata alınmış namizədlərinin sayı 60-dan yuxarı olmadığı üçün, yalnız iqtidar partiyası “İctimai TV” və dövlət tərəfindən maliyyələşdirilən qəzetlərdən pulsuz təbliğat üçün istifadə etmək hüququ qazanıb. AŞ PA nümayəndəsi hakim partiyanın pulsuz efir vaxtından istifadə etməməsini balanslaşdırılmış rəqabətin göstəricisi adlandırıb. P.Vill YAP namizədlərindən fərqli olaraq, müxalifət namizədlərinin təbliğat kampaniyasında passivliyini qeyd edib və onların yaradılan şəraitdən tam yararlanmadığını da bildirib: “Hakim partiyanın namizədləri mediada geniş təbliğat işi aparsa da, müxalifət namizədləri bu istiqamətdə passivliyi ilə seçilirdi. Halbuki, bütün namizədlərə bərabər şərait yaradılmışdı”.
MDB-nin və Birliyin Parlamentlərarası Assambleyasının, Avropa Seçkiləri Müşahidə Akademiyasının (ASMA), TürkPA-nın və GUAM-ın müşahidə missiyaları da Azərbaycanda parlament seçkilərinin beynəlxalq standartlara, o cümlədən, ATƏT və Avropa Şurası qarşısında götürülən öhdəliklərə uyğun keçdiyini bəyan etdi.
Nəhayət, Rusiya XİN-in İnformasiya və mətbuat departamentinin direktorunun müavini Aleksey Sazonov ölkəsinin seçkilərlə bağlı mövqeyini açıqladı. Onun sözlərinə görə, Azərbaycanda keçirilən parlament seçkilərinin legitimliyinə şübhə yoxdur: “Biz hesab edirik ki, keçirilən seçkilər Azərbaycanın daxili qanunvericiliyinə və beynəlxalq standartlara tam uyğundur. Seçkilərin legitimliyi şübhə doğurmur”.
Beləliklə, budəfəki seçkilər də Azərbaycanın həyatında demokratikliyi və şəffaflığı ilə yadda qaldı. Beynəlxalq müşahidəçilərin də qeyd etdikləri kimi əvvəlki seçkilərlə müqayisədə budəfəki seçkiqabağı proses və seçki günü çox sakit şəraitdə keçdi və zorakılığa yol verilmədi. Həmçinin, əvvəlki seçkilərlə müqayisədə bütün siyasi partiyalar seçkilərdə iştirak etdilər və 11 partiyanın nümayəndələri parlamentdə təmsilçilik hüququ qazandı. Bununla yanaşı, bəzi müxalifət partiyalarının üzvləri MSK-da öz yerlərini tutdular. MSK tez-tez açıq görüşlər keçirdi, bütün tələbləri qanun çərçivəsində nəzərdə tutulmuş vaxta kimi yerinə yetirdi və bütün qaydalara yüksək səviyyədə əməl etdi.
Bir sözlə, seçkiləri yüksək səviyyədə keçirməklə (bəzi seçki məntəqələrində yeni texnologiyaların tətbiqi sayəsində səsvermə prosesini canlı olaraq internet vasitəsilə də izləmə imkanının yaradılması, seçicilərə səsvermədə birbaşa və ya dolayı təsir faktlarının qeydə alınmaması və seçki komissiyalarının işinə müdaxilələrin olmaması, “exit-poll” keçirilməsinə şəraitin yaradılması) Azərbaycan dövləti demokratik seçkilərin keçirilməsi ilə bağlı beynəlxalq öhdəliklərə riayət etdiyini, eləcə də, seçki prosesində bütün iştirakçıların seçki hüquq və azadlıqlarının təmin olunduğunu bir daha təsdiq etdi.
Bu, eyni zamanda, Azərbaycanın demokratik inkişaf yolunda düzgün istiqamətdə olduğunu bir daha sübut etdi.
Lakin ABŞ Dövlət Departamentinin beynəlxalq müşahidəçilərin verdikləri qiymətdən fərqli, belə demək mümkünsə, subyektiv məqamları özündə əks etdirən mövqe sərgiləməsi Azərbaycanda haqlı narazılığa səbəb olub. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında da bildirildiyi kimi, noyabrın 7-də keçirilən parlament seçkiləri ilə əlaqədar ABŞ Dövlət Departamentinin yaydığı açıqlama Azərbaycanda təəccüb və təəssüf hissi ilə qarşılanıb. Belə ki, bu və ya digər ölkədə keçirilən seçkilərə qiymət verərkən Dövlət Departamentinin açıqlaması, bir qayda olaraq, həmin seçkilərə nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən verilən qiymətlərdən köklü surətdə fərqlənmir: “Dövlət Departamenti bəyan edir ki, Azərbaycanda noyabrın 7-də keçirilən “Parlament seçkiləri beynəlxalq standartlara uyğun keçirilməyib”. Həmin açıqlamada ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar Bürosunun (ATƏT/DTİHB), Avropa Şurasının Parlament Assambleyasının, ATƏT-in Parlament Assambleyasının, Avropa Parlamentinin seçkiləri müşahidə missiyalarının gəldikləri nəticəyə istinad olunur. Lakin istinad olunan sənəddə Dövlət Departamentinin verdiyi nəticəyə oxşar qiymətləndirmə yoxdur”.
Yeri gəlmişkən, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da məsələyə münasibətində Departamentin son addımının təəssüf doğurduğunu bildirib: “Biz açıq deyirik ki, Dövlət Departamentinin açıqlamasından təəccüblənir və təəssüflənirik. Ona görə təəccüblənib, təəssüflənirik ki, Dövlət Departamentinin bu açıqlamasında müəyyən subyektiv mülahizələrə yol verilib. Onların bu seçki dəyərləndirməsi əksər beynəlxalq təşkilatların seçki dəyərləndirməsindən xeyli fərqlənir. Azərbaycan hakimiyyətini xüsusən “seçkilərin beynəlxalq normalara uyğun keçirilməməsi” haqqında açıqlama təəssüfləndirir”.
Şöbə müdiri bildirib ki, Azərbaycan hakimiyyəti noyabrın 7-də Milli Məclisə keçirilən seçkiləri tam ədalətli, demokratik və şəffaf seçkilər kimi dəyərləndirir: “Bunun üçün bizim əsasımız var. Əsas da ondan ibarətdir ki, əvvəla bütün müşahidəçilər, o cümlədən, Avropa ölkələrini təmsil edən ATƏT, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, MDB Seçki Müşahidə Missiyası, Türkdilli ölkələrin Parlament Assambleyası və digər qurumdan olan müşahidəçilərin əksəriyyəti bu seçkiləri şəffaf, ədalətli seçkilər kimi dəyərləndirib, belə bir açıqlama veriblər ki, məntəqələrin 90 faizində seçkilər yaxşı təşkil olunub, 10 faizində müəyyən nöqsanlar qeydə alınıb. Biz də bunu təbii hal sayırıq. Hesab edirik ki, əvvəlki seçkilərlə müqayisədə bu seçki daha proqressiv şəraitdə keçirilib. Seçkilərdə bütün maraqlı siyasi tərəflər, ictimai qurumlar, bitərəf namizədlər iştirak edib. Seçki geniş debat şəraitində keçib, təşviqat müddətində bütün tərəflərə bərabər şərait yaradılıb”.
Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Mübariz Qurbanlı da deyib ki, ABŞ Dövlət Departamentinin bəyanatı ilə beynəlxalq müşahidə missiyalarının bəyanatları arasında ziddiyyətləri görməkdəyik: “Azərbaycan tərəfinin bununla bağlı münasibəti də bu yöndədir ki, Departamentin bəyanatı ilə beynəlxalq müşahidə missiyalarının hesabatları üst-üstə düşmür”.
M.Qurbanlı əlavə edib ki, Departament bəyanat verməzdən öncə seçkinin gedişi və nəticələri ilə bağlı yayılan məlumatlara istinad etməyib: “Ona görə də, Yeni Azərbaycan Partiyası olaraq, biz, seçkilərin gedişi ilə bağlı Dövlət Departamentinin yaydığı bəyanatın obyektivliyi əks etdirmədiyini qeyd edirik. Yeni Azərbaycan Partiyası müşahidəçiləri seçkiləri əvvəldən sona qədər izləyib, bizim hər bir məntəqədə, hər bir dairədə müşahidəçilərimiz fəaliyyət göstərib. Biz müşahidəçilərin topladığı məlumatları araşdırmışıq və bu müşahidələr belə nəticəyə gəlməyə əsas verir ki, parlament seçkiləri tam obyektiv şəraitdə, şəffaf və ədalətli keçirilməklə Azərbaycan seçicilərinin siyasi iradəsini tamamilə əks etdirir”.
Bir sözlə, görünən odur ki, ABŞ Dövlət Departamenti Azərbaycandakı seçkilərlə bağlı məsələyə yanaşmada hansısa yanlışlığa, yaxud da subyektivliyə yol verib. çox güman ki, Departament tezliklə bu yanlışlığı aradan qaldıracaq.
Son olaraq isə bir məqamı xatırlatmağı vacib bildik. Həmin məqam bu yaxınlarda ABŞ-da keçirilən aralıq seçkilərinə avropalı müşahidəçilərin verdikləri qiymətlə bağlıdır. Belə ki, Vaşinqtonda seçkilərdən bir gün sonra prosesi izləyən ATƏT Parlament Assambleyasının müşahidə missiyasının üzvləri “ABŞ-da noyabrın 2-də keçirilən seçkilər bu ölkənin demokratiyaya bağlılığını nümayiş etdirsə də, bir sıra pozuntularla da yadda qaldı” şəklində bəyanat veriblər. Müşahidə missiyasının rəhbəri Joao Soaresin sözlərinə görə, ilk növbədə, müşahidə etdikləri çatışmazlıq ABŞ seçki sisteminin mərkəzləşdirilməməsidir: “Biz bütün ölkə boyu tətbiq oluna biləcək ümumi seçki qaydalarının mövcud olmadığını aşkarladıq. Bu, ölkənin seçki sistemini zəiflədir, prosesin şəffaflıq və bütövlüyünə təsir göstərir. Mənfi təsir özünü seçicilərin qeydiyyatı və elektron səsvermədə xüsusilə büruzə verir”.
Nümayəndə heyətinin rəhbəri bildirib ki, ATƏT müşahidə missiyası ABŞ-a bu yanaşmanı nəzərə alaraq ölkənin bütün seçki sisteminə tətbiq olunacaq standartlar hazırlamağı tövsiyə edir.
Hər halda, düşünməyə dəyər...
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

