Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Küveytin Qadın Məsələləri üzrə Dövlət Komitəsinin sədri Şeyxə Lətifə Əl-Fəhəd Əl-Savah ilə görüşüb

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Küveytin Qadın Məsələləri üzrə Dövlət Komitəsinin sədri Şeyxə Lətifə Əl-Fəhəd Əl-Savah ilə görüşüb

13.11.2010 [09:50]

Dünən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ölkəmizdə səfərdə olan Küveytin Qadın Məsələləri üzrə Dövlət Komitəsinin sədri Şeyxə Lətifə Əl-Fəhəd Əl-Savah ilə görüşüb.
Görüşdə Küveytin Qadın Məsələləri üzrə Dövlət Komitəsinin sədri Şeyxə Lətifə Əl-Fəhəd Əl-Savah Azərbaycanda səfərdə olmasından məmnunluğunu bildirib. Qonaq Azərbaycanın gözəl ölkə olduğunu vurğulayaraq, xalqımızın qonaqpərvərliyini xüsusi qeyd edib.
Mehriban xanım Əliyeva Şeyxə Lətifə Əl-Fəhəd Əl-Savahı Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Qonağın ölkəmizə ilk dəfədir ki, səfər etdiyini qeyd edən Mehriban xanım Əliyeva Küveytin Qadın Məsələləri üzrə Dövlət Komitəsinin sədrinin Azərbaycan və xalqımız barədə dediyi xoş sözlərə görə təşəkkür edib.

Paylaş:
Baxılıb: 991 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30