Din və dövlət - Tolerantlıq həyat tərzimizdir
11.06.2022 [10:31]
Milli birliyi pozmaq xülyası ilə yaşayanlar və havadarları çirkin niyyətlərindən əl çəkməlidirlər
Pərviz SADAYOĞLU
Dünya miqyasında multikultural dəyərlərin ciddi təhdidlərlə üzləşdiyi, irqçiliyin, dini dözümsüzlüyün, ksenefobiyanın artdığı bir dövrdə Azərbaycandakı mənzərə tamam fərqli cəhətlərlə - multikulturalizm və tolerantlıqla səciyyələnir. Ölkəmiz əsrlərdir ki, fərqli dinlərin, mədəniyyətlərin təmsilçilərinin rahat, sərbəst şəkildə yaşadıqları, bütün insan hüquq və azadlıqlarının bərabər təmin edildiyi məkan kimi tanınmaqdadır. Bu amil istər qanunvericiliyimizdə, istərsə də gündəlik yaşamımızda öz əksini tapmaqdadır. Təəssüf ki, bəzən verilən geniş azadlıqlardan sui-istifadə etməyə çalışanlar da tapılır. Ölkəmizdəki bu nümunəvi mühitə qara yaxmağa çalışan belələri isə cəmiyyətin qınağı, qanunvericiliyin müvafiq müddəaları ilə qarşı-qarşıya qalırlar.
Azərbaycanın uğurlarından narahat olan bəzi dairələr məkrli, destruktiv əməllərə rəvac verirlər
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu günlərdə yaydığı açıqlamada da bildirilir ki, Azərbaycan beynəlxalq aləmdə ictimai-siyasi sabitlik şəraitində dini tolerantlığın və multikultural dəyərlərin inkişaf etdiyi, bütün dini konfessiyalara bərabər münasibətin göstərildiyi, dini etiqad azadlığının yüksək səviyyədə təmin olunduğu, dini-mədəni müxtəlifliyin qorunduğu dövlət kimi tanınır. Açıqlamada bildirilir ki, Azərbaycan Prezidentinin sərəncamları ilə tarixi-dini abidələr, ziyarətgahlar bərpa edilir, yeniləri tikilir, dini qurumlara mütəmadi olaraq maliyyə yardımları ayrılır, o cümlədən milli-mənəvi və dini dəyərlərə verilən yüksək qiymətin göstəricisi olaraq hərtərəfli addımlar atılır: “Amma görünən odur ki, yuxarıda göstərilənlərə rəğmən Azərbaycanın uğurlarından və mövqelərinin daha da güclənməsindən narahat olan bəzi dairələr vətəndaşların dini inancından sui-istifadə etməklə məkrli, destruktiv əməllərə rəvac verirlər. Aydındır ki, bu tipli çirkin “əməllər” multikultural və tolerant dəyərlərə söykənən Azərbaycan cəmiyyəti tərəfindən birmənalı olaraq rədd edilir. Demokratiya, qanunun aliliyi, unitarlıq və dünyəvilik prinsiplərinə söykənən Azərbaycan Konstitusiyasının əsaslarına zidd olaraq siyasi idarəçiliyi və həyat tərzini “şəriət qaydaları” adı altında təbliğ edən, özündə bir neçə nəfəri birləşdirən “təşkilat” və yaxud dərnək səviyyəli qruplar əslində dini pərdə altında gizlənmiş, insanların inanc və dini hisslərini istismar edən pozucu elementlərdən başqa bir şey deyildir. Əminliklə demək olar ki, bu cür elementlərin fitnəkar əməllərini xalqımız böyük ikrah hissi ilə qarşılayır və buna görə də onların çirkin niyyətləri beşiyindəcə iflasa məhkumdur”.
Açıqlamada o da vurğulanır ki, bu cür qərəzli və qeyri-sağlam mövqe tutan şəxslərə “dini təhsil” verib “ruhani” kimi yetişdirən bəzi xarici dövlətlərin dini mərkəzləri və digər təşkilatları 30 il düşmən tapdağı altında qalan və donuz axuru kimi istifadə edilən məscidlərimizə görə, bir dəfə də olsun erməni qəsbkarlarına etiraz etməmişdir. Lakin onlar bu gün öz “kadrlar”ı vasitəsilə məscidləri inşa və bərpa edən, İslami dəyərləri daim uca tutan müsəlman ölkəsində - Azərbaycanda “İslamı müdafiə” adı altında pozucu fəaliyyətə əl atır, sosial mediada dövlət qurumlarının əleyhinə şər və böhtan kampaniyasına rəvac verir, sülh və barışa böyük önəm verən İslam dəyərlərindən sui-istifadə edərək süni gərginlik yaratmağa səy göstərirlər. “Azərbaycana qarşı din pərdəsi altında ideoloji təxribatlar törətməyə cəhd göstərən pozucu təşkilatların təsiri altına düşmüş, xalqımıza məxsus dəyərləri əməlləri ilə aşındırmaq niyyəti güdən, xarici dairələrin əlaltısına çevrilən, ölkəmizdəki milli birliyi və həmrəyliyi pozmaq xülyası ilə yaşayan bu cür qruplar, onların havadarları çirkin niyyətlərindən əl çəkməlidirlər. Onlar unutmamalıdırlar ki, Azərbaycanda dünyəvi və demokratik dəyərlərə sadiq, milli kimliyinə hörmətlə yanaşan sağlam cəmiyyət və gənclik vardır. Ölkəmizdə aparılan dövlət siyasətinin əsas qayəsini məhz Vətənin bütövlüyü, Azərbaycanın tərəqqisi, vətəndaşların sülh və əmin-amanlıq şəraitində yaşamasının təmin olunması təşkil edir”.
“Proses təhlil edilir, araşdırmalar aparılır və qanunvericilikdə nəzərdə tutulan tədbirlər görülür”
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, ölkəmizdə dini tolerantlığın və millətlərarası münasibətlərin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır: “Təəssüf ki, yaradılan bu tolerant mühitindən sui-istifadə etməyə çalışanlar da tapılır. Uzun illərdir davamlı olaraq ayrı-ayrı xarici qüvvələr Azərbaycandakı sabit dini duruma təsir etməyə çalışırlar, bu məqsədlə pozuculuq fəaliyyətlərini təşkil edirlər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin açıqlamasındakı narahatlıq da bu kimi faktlara və məlumatlara əsaslanır. Yəni bu gün bizim əlimizdə kifayət qədər məlumat var ki, həm ölkə daxilindəki vətəndaşlarımızla, həm də xaricdə yaşayan azərbaycanlılarla çox fəal iş aparmağa çalışan xarici qüvvələr var. İş apardıqları şəxslərdən öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Azərbaycan hüquq-mühafizə orqanları bu kimi məsələləri ciddi şəkildə diqqət mərkəzində saxlayır. Bu proses təhlil edilir, araşdırmalar aparılır və qanunvericilikdə nəzərdə tutulan tədbirlər görülür. Təhlükələr var və qarşısını almaq üçün ciddi addımlar atılır və atılacaq. Sözügedən xarici qüvvələr də bilməlidir ki, dövlət istənilən qanunsuz halların, hərəkətlərin qarşısını qətiyyətlə alacaq”.
“Dövlətimizin bütövlüyünü, dövlətçilik prinsiplərini qorumaq hər birimizin borcudur”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva isə qəzetimizə açıqlamasında Azərbaycanda tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşadıqlarını diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan dövləti demokratik hüquqi prinsiplərə əsaslanan birgəyaşayışa, yüksək dözümlülük mühitinin, multikultural dəyərlərin təşviqinə hər zaman xüsusi əhəmiyyət verir: “Azərbaycanın regionun lider dövlətinə çevrilməsindən, ölkədə sabit sosial-iqtisadi inkişafdan, xalq-iqtidar birliyindən narahat olan bəzi qruplar, istər ölkə daxilində, istərsə də xaricdən müxtəlif vasitələrlə, o cümlədən vətəndaşların dini inanclarına olan həssaslıqlarından sui-istifadə etməklə cəmiyyətdə xaos yaratmağa, ictimai rəyi çaşdırmağa və bundan faydalanmağa çalışırlar. Lakin Azərbaycan xalqının, ictimaiyyətin yüz illərlə formalaşmış təfəkkür tərzi doğrunu və yanlışı ayırd etməyə və özünə xas olmayan yad ideologiyaların, fikirlərin qarşısını almağa qadirdir. Dövlətimizin bütövlüyünü, müstəqilliyini, dövlətçilik prinsiplərini qorumaq hər birimizin borcudur. Bütün hallarda dövlətin mənafeyi, milli təhlükəsizlik maraqları hər şeydən üstündür. Kimliyindən asılı olmayaraq heç bir fərdin şəxsi marağı dövlətçilik maraqlarının önünə keçə bilməz!”
Xəbər lenti
Hamısına baxDünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06

