Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Seçkiləri izləyən bəzi avropalı müşahidəçilərin fikirlərində subyektiv yanaşmalar var

Seçkiləri izləyən bəzi avropalı müşahidəçilərin fikirlərində subyektiv yanaşmalar var

19.11.2010 [09:40]

Akademik Ramiz Mehdiyev: Azərbaycanda seçkilər sabit və şəffaf şəraitdə keçirilmişdir
“Azərbaycanda parlament seçkilərini izləyən bəzi avropalı müşahidəçilərin fikirlərində subyektiv yanaşmalar var. Azərbaycanda seçkilər sabit və şəffaf şəraitdə keçirilmişdir”. AzərTAc xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev deyib.
Akademik Ramiz Mehdiyev bildirib ki, müşahidə missiyalarının tərkibində ayrı-ayrı insanlar var idi və onların mövqeləri fərqli olub: “Məsələn, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) qrupunun mövqeyi Avropa müşahidəçilərinin əksəriyyətinin mövqeyindən müəyyən qədər fərqlidir. Hesab edirəm ki, bu, subyektiv xarakter daşıyır, qeyri-obyektivdir və müəyyən qədər də tapşırıqlar əsasında səslənmiş fikirlərdir”.
Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, ATƏT-in DTİHB qrupu hər dəfə ölkəmizdə seçkilər keçiriləndə  Azərbaycanda olarkən bir fikri söyləyir, bir-iki aydan sonra isə sözlərini dəyişib başqa bir fikir ifadə edirlər: “Bu da onu göstərir ki, bu fikirlər müəyyən təzyiqlər altında, tapşırıqlar, göstərişlər əsasında söylənilir. ümumiyyətlə, Azərbaycanda siyasi və iqtisadi proseslər sabitlik şəraitində davam edir. Azərbaycanda seçkilər də belə sabit və şəffaf şəraitdə keçirilmişdir. Bu günlərdə Mərkəzi Seçki Komissiyasında (MSK) artıq müəyyən narazı insanların müraciətlərinə baxılır. Düşünürəm ki, bu yaxınlarda bu məsələlər də öz həllini tapacaqdır. Ola bilsin ki, haradasa qanun pozuntusu, səhvlər olmuşdur. MSK bu səhvlərə baxıb qiymət verəcəkdir. Lakin biz düşünülmüş qaydada saxtakarlığın olması ilə bağlı fikirləri qəti surətdə qəbul etmirik”.

Paylaş:
Baxılıb: 864 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30