Jurnalistlər özləri, yoxsa, onların çalışdıqları redaksiyalar KİV DF-yə müraciət etsin?
26.11.2010 [09:19]
Hər zaman Azərbaycan mətbuatına öz qayğı və diqqətini göstərən Prezident İlham Əliyevin Milli Mətbuatımızın 135 illiyi münasibətilə imzaladığı “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” Sərəncamı milli mediamızın inkişafında yeni mərhələ sayılır. O baxımdan ki, bu sahədə işləyən insanların sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində də əməli addımlar atıldı. Məhz Azərbaycan Prezidentinin sözügedən Sərəncamına əsasən mətbuat işçilərinin mənzil-məişət şəraitini yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) 5 milyon manat vəsait ayrıldı. Artıq Sərəncamın icrası istiqamətində bir sıra əhəmiyyətli addımlar atılıb və bu yaxınlarda məsələ ilə bağlı jurnalistlərin KİVDF-yə müraciət etməsinin qaydaları açıqlanacaq. Fondun icraçı direktoru Vüqar Səfərli mətbuata açıqlamasında bildirib ki, jurnalistlər üçün tikilməsi nəzərdə tutulan binanın layihə məsələsi qısa bir müddətdən sonra öz həllini tapacaq. V.Səfərli, həmçinin, ev sahibi olmaq istəyən jurnalistlərin fonda fərdi şəkildə müraciət edəcəyini də bildirib. Onun sözlərinə görə, fərdi müraciətlər daha obyektiv xarakter daşıyacaq. Bəs, jurnalistlərin fonda müraciət forması ilə bağlı qəzet baş redaktorlarının fikirləri necədir?
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan dövlətinin, ölkə Prezidenti İlham Əliyevin hər zaman azad sözə, azad fikrə verdiyi önəmi, qayğını xüsusi olaraq vurğuladı. Baş redaktor qeyd etdi ki, jurnalistlərin sosial təminatının yüksəldilməsi istiqamətində atılan addımların ildən-ilə miqyası böyüyür: “Son bir neçə ildə Azərbaycan mətbuatının inkişafı istiqamətində əhəmiyyətli addımlar atılıb. Bu mənada, Milli Mətbuatımızın 135 illiyi ərəfəsində verilən Sərəncamlar xüsusi əhəmiyyətə malikdirlər. Mətbuat orqanlarına birdəfəlik yardımların edilməsi, jurnalistlərə fəxri adların verilməsi ilə yanaşı, mənzil şəraitlərinin yaxşılaşdırılması yönündə görülən dövlət tədbirləri müstəqil mediamızın inkişafında yeni mərhələ sayılmalıdır. Bu sahəyə olan dövlət qayğısı mətbuatın nüfuzunun daha da artmasına, insanların bu sahəyə daha çox maraq göstərməsinə, o cümlədən, medianın cəmiyyətdəki rolunun daha da aktivləşməsinə səbəb olub. Ona görə də, bütün jurnalistlər hər zaman bu qayğı və dəstəyə görə ölkə Prezidentinə minnətdardır. O ki qaldı ev almaq üçün jurnalistlərin KİVDF-yə müraciət formasına, fikrimcə, jurnalistlərin fərdi surətdə müraciət etmələri daha yaxşıdır. Bunun üstünlükləri bir neçə istiqamətdə izah oluna bilər. Birincisi, bu, daha ədalətli prinsipdir. çünki belə olan halda heç kimin hüququ pozulmayacaq. Digər tərəfdən, ola bilər ki, bəzi redaksiyalarda kimə evin verilməsinin mümkünlüyü müzakirə olunarkən subyektiv, qeyri-obyektiv qərarlar qəbul olunar, bəzi baş redaktorlar həmin jurnalistin müəyyənləşdirilməsi prosesinə ədalətli prinsip üzrə yanaşmazlar. Bununla yanaşı, müraciətlərin fərdi surətdə irəli sürülməsi redaksiyadaxili intriqaların, mənfi ab-havanın yaranmasının qarşısını alacaq. KİVDF-nin məhz bu cür müəyyənləşdirmə aparması yuxarıda sadalanan neqativ halların baş verməsinə imkan yaratmayacaq. Bundan başqa, jurnalistlər də sərbəst və azad şəkildə fonda müraciət edəcək”.
“Səs” qəzetinin baş redaktoru və “Səs” İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev, ilk növbədə, hər bir jurnalistin Azərbaycan Prezidentinin bu Sərəncamına ürəkdən sevindiyini və bu qayğını çox yüksək səviyyədə təqdir etdiyini bildirdi. Onun sözlərinə görə, mənzillərin tikilib qurtardıqdan sonra jurnalistlər arasında paylanması məsələsi həm də ortaya böyük bir problemi çıxara bilər: “O baxımdan ki, artıq jurnalistlər arasında fonda müraciət forması ilə bağlı fərqli istiqamətlərdə müzakirələr gedir. Bəziləri fərdi, bəziləri isə redaksiya üzrə müraciətlərin edilməsini məqsədəuyğun sayır. Burada bir məsələ var ki, fərdi qaydada müraciət formasının seçilməsi bir sıra çətinliklərə yol açacaq. çünki bu gün Azərbaycanda qeyri-rəsmi statistikaya görə 30 minə yaxın jurnalist vəsiqəsi daşıyan insan var. Və həmin insanların heç birinə “sən jurnalist deyilsən” demək olmaz. Nəzərə alsaq ki, onların arasında, hətta “reket” jurnalistikasının da nümayəndələri var, vəziyyət bir az da qəlizləşir. Təbii ki, 30 min insanın KİVDF-yə müraciət etməsi bir sıra çətinliklərə yol açacaq. Ona görə də, mənim fikrimcə, seçim məsələsi redaksiyalar, redaksiya rəhbərləri tərəfindən müraciətlər əsasında aparılmalıdır. Yəni, bu müraciətlər edilərkən redaksiya daxilində də seçim ədalət prinsipi əsasında tənzimlənməlidir. Bu gün redaksiyalarda işləyən insanlar, baş redaktorlar kollektivdən kimin evə daha çox ehtiyac duyduğunu yaxşı bilir. Fikrimcə, bu, kollektiv arasında müəyyənləşsə və müraciətlər edilsə daha effektiv olar. Əminəm ki, bu ənənə davamlı olacaq”.
“Olaylar” qəzetinin baş redaktoru, “Olaylar” İnformasiya Agentliyinin baş direktoru Yunus Oğuz isə müraciətlərin həm fərdi, həm də redaksiya tərəfindən irəli sürülməsinin tərəfdarıdır. Y.Oğuzun fikrincə, bu məsələ hər iki tərəfin rəyi əsasında öz həllini tapmalıdır: “Mən hər iki üsulun tərəfdarıyam. çünki onda jurnalistlərin fərdi surətdə müraciət hüquqları pozulmur və hər kəs müraciət etmək imkanına malik olur. Məsələ orasındadır ki, təsəvvür etsək ki, qeydiyyatdan keçən bütün qəzetlərin işçiləri məsələ ilə bağlı müraciətlər edəcək, əlbəttə ki, ortaya problemlər çıxa bilər. Burada bir məqam da var ki, həmin müraciətlərin sırasında Mətbuat Şurasının “qara siyahı”ya saldığı “reket” qəzetlərin işçilərinin də müraciətləri olacaq. Redaksiyaların müraciət etməsi isə fikrimcə, daha ədalətli prinsipdir. O baxımdan ki, redaksiyalarda kimin evə daha çox ehtiyacı olduğu yaxşı bəllidir. Bu məsələdən, ilk növbədə, evsiz jurnalistlər yararlanmalıdırlar, onlara ev verilməlidir. Qarışıqlıq yaranmasın deyə, redaksiyaların da müraciəti gərəkdir. Yəqin ki, yaxın zamanda bu məsələ öz həllini tapacaq. Təbii ki, KİVDF məsələ ilə bağlı hansı qərarı qəbul edəcəksə, həmin istiqamətdə də müraciətlər ediləcək”.
“News.az” portalının rəhbəri Elnur Baimov isə müraciətlər məsələsində KİVDF rəhbəri ilə həmfikir olduğunu diqqətimizə çatdırdı. Onun sözlərinə görə, fond jurnalistin müraciəti əsasında redaksiyalardan da rəy ala bilər: “Mən Vüqar müəllimin fikrini dəstəkləyirəm. Və burada bir məsələ də var ki, ola bilsin jurnalist ev məsələsi ilə bağlı fonda müraciət edəndən sonra, həmin jurnalistin çalışdığı redaksiyanın rəhbərliyindən də rəy alınsın. Bu da mümkün prosedurdur”.
“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev müraciət formasının hansı prinsip üzrə müəyyənləşdirilməsini çox əhəmiyyətli saydı: “Ortada bir neçə variant var. Sözün doğrusu, mən də bu istiqamətdə düşünmüşəm və ilkin qənaətim budur ki, hələlik ortada olan variantların içində jurnalistlərin hər birinin ayrı-ayrılıqda fonda özünün sənədlərini təqdim etməsindən idealı yoxdur. Bəlkə, qarşıdakı günlərdə aparılan müzakirələrdə bundan məqbul bir variant tapılacaq, amma fikrimcə, ən məqbul variat jurnalistlərin özlərinin fərdi müraciətidir. Bu, həm də redaksiyalarda rəhbərliklə ayrı-ayrı jurnalistlərin arasındakı məsələlərin şəffaf müstəvidə həllinə yol açacaq. Müraciətlər redaksiyalar tərəfindən irəli sürüləcəyi təqdirdə ortaya çox sayda lazımsız söz-söhbətlər çıxacaq. Bu narazılıqların yaranmasından, ayrı-ayrı jurnalistlərlə redaksiyalar arasında münasibətlərdə problemlərdən qaçmaq üçün elə ideal variant jurnalistlərin özlərinin fonda müraciət etməsidir”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01

