Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / MSK Milli Məclisə seçkilərlə bağlı yekun protokolunu təsdiq edib

MSK Milli Məclisə seçkilərlə bağlı yekun protokolunu təsdiq edib

23.11.2010 [09:43]

Dünən Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. MSK-nın mətbiat xidmətindən AzərTAc-a bildiriblər ki, iclasda  2010-cu il noyabrın 7-də dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin ümumi yekunlarına dair protokolun təsdiq edilməsi, seçkilərin yekunlarının yoxlanılması və təsdiq ediməsi üçün dairə seçki komissiyalarının protokollarının və onlara əlavə olunmuş sənədlərin Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə məsələyə baxılıb.
Komissiyanın sədri bildirib ki, Azərbaycan Respublikasının Milli Məclisinə noyabrın 7-də keçirilmiş seçkilər ölkəmizin tarixinə müstəsna əhəmiyyətə malik hadisələrdən biri kimi düşəcək. Azərbaycan Prezidentinin 2010-cu il 3 sentyabr tarixli Sərəncamı ilə Milli Məclisə seçkilər 2010-cu il noyabrın 7-nə təyin edilmiş və bundan sonra Mərkəzi Seçki Komissiyasının sentyabrın 6-dakı iclasında Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiqləmişdir. Mərkəzi Seçki Komissiyasının və aşağı seçki komissiyalarının fəaliyyəti, eləcə də digər seçki subyektlərinin Milli Məclisə seçkilərlə bağlı atdığı bütün addımlar Təqvim Planına uyğun olub. Seçkilərin hazırlanması və keçirilməsi dövründə Azərbaycan Respublikası Konstitusiyasının, Seçki Məcəlləsinin və digər qanunvericilik aktlarının norma və tələblərinə riayət olunmuş, seçki prosesi sistemli, mütəşəkkil aparılıb. Bu işlərə əsasən seçki təşkilatçılarının beynəlxalq qurumlarla yanaşı, respublikanın aidiyyəti üzrə müxtəlif orqanları da cəlb edilib. ümumilikdə seçkilər dünyada müəyyən edilmiş demokratik standartlara, seçki qanunvericiliyinin tələblərinə uyğun keçirilib.
Seçki subyektlərinin maarifləndirilməsindən ötrü genişmiqyaslı proqram həyata keçirilmiş, bu istiqamətdə beynəlxalq təşkilatlar və dövlət qurumlarının da iştirak etdiyi çoxsaylı tədbirlər təşkil edilib.
Seçkiqabağı təşviqat dövründə namizədlər bərabər rəqabət şəraitində mübarızə aparıb, Azərbaycanın seçki tarixində ilk dəfə olaraq onlara əlavə təşviqat imkanı yaradılıb. Namizədlər seçkiqabağı təşviqat aparmaq məqsədilə İctimai Televiziyanın efirindən ödənişsiz əsaslarla istifadə ediblər.
Seçkilər zamanı aşkarlığın təmin olunması üçün bütün tədbirlər görülüb, qanuna müvafiq surətdə mövcud seçki məntəqələrinin 10 faizindən çoxunda veb-kameralar quraşdırılıb, müşahidəçilərin sərbəst fəaliyyəti üçün şəraitin yaradılması nəticəsində səsvermə günü 21 beynəlxalq (xarici) qurumdan 1029 beynəlxalq və 50 mindən çox yerli müşahidəçi, 43 beynəlxalq KİV təmsilçisi seçkilərin gedişini izləyib. Yerli KİV-lərin seçkiləri işqılandırmasından ötrü heç bir məhdudiyyət qoyulmayaraq onlardan akkreditə tələb olunmayıb.
Səsvermənin gedişini izləmiş həm yerli, həm də beynəlxalq müşahidəçilər ümumən seçkiləri müsbət qiymətləndiriblər.
Həm ölkə, həm də beynəlxalq ictimaiyyətin seçkinin nəticələri ilə dərhal tanış olması üçün səsvermə başa çatdıqdan sonra məntəqələr üzrə ilkin nəticələr, seçki dairələri üzrə liderlik edən namizədlər barədə məlumatlar Mərkəzi Seçki Komissiyasının nəzdindəki “Seçkilər” İnformasiya Mərkəzi tərəfindən 24 saat ərzində Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilib, yekun protokolları və digər seçki sənədləri məntəqə seçki komissiyalarından dairə seçki komissiyalarına qanunla müəyyənləşdirilmiş müddətdə çatdırılıb.
Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarından Milli Məclisə seçkilərlə bağlı dairə seçki komissiyalarının yekun protokollarını və digər seçki sənədlərini qanunla müəyyən olunmuş qaydada və müddətdə qəbul edib yoxlayıb. Qeydə alınmış qanun pozuntuları ilə əlaqədar səsvermə günü və ondan sonra Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlər də qanunla müəyyən olunmuş qaydada və müddətdə araşdırılıb, qanunun tələbinə uyğun qərarlar qəbul olunub.
Sonra Mərkəzi Seçki Komissiyasının üzvləri  çıxış edərək sədrin fikirlərinə şərik olduqlarını bildirib, noyabrın 7-də keçirilmiş seçkilərin ölkədə demokratik institutların daha da güclənməsində, vətəndaş cəmiyyətinin dayaqlarının möhkəmləndirilməsi istiqamətində irəliyə doğru atılmış əhəmiyyətli addım hesab etdiklərini vurğulayıblar.
Daha sonra MSK sədri komissiya üzvlərini Mərkəzi Seçki Komissiyasının 2010-cu il noyabrın 7-də Milli Məclisə keçirilmiş seçkilərin ümumi yekunlarına dair protokolu ilə tanış edib. Mərkəzi Seçki Komissiyası qərara alıb ki, 2010-cu il noyabrın 7-də  Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərin ümumi yekunlarına dair tərtib edilmiş Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Protokolu təsdiq olunaraq, müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunsun.
İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Seçki Müşahidə Missiyasının, ABŞ səfirliyinin, Milli Demokratiya İnstitutunun (ABŞ) təmsilçiləri, Avropa Şurası baş katibinin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Paylaş:
Baxılıb: 995 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30