Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi rəsmi açıqlama yayıb

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi rəsmi açıqlama yayıb

23.11.2010 [09:45]

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyi açıqlama yayıb. Açıqlamada AXCP-Müsavat seçki blokunun 2 saylı Şərur seçki dairəsindən vahid namizədi Səxavət Əliyev və onun qardaşı Sabit Əliyev haqda yayılan məlumatlara münasibət bildirilir. Açıqlamada deyilir: “2 saylı Şərur seçki dairəsindən Milli Məclis deputatlığına namizədliyi qeydə alınmış Əliyev Səxavət Musa oğlu imzatoplama prosesində dəfələrlə seçki dairəsinin sədri ilə görüşlərində Naxçıvanda qanuni prosedurların normal getdiyini (demokratik şəraitin mövcudluğundan narahatlığı namizədin o dövrkü bəyanatlarında açıqca sezilirdi) və ona hər hansı bir problemin yaradılmadığını qeyd edib. Noyabrın 3-dək hər hansı narazılığını dilə gətirməyən Musavat Partiyasının üzvü Səxavət Əliyevə də digər namizədlər kimi bütün şəraitlərin yaradılmasına baxmayaraq o, DSK üzrə müşahidəçi tapa bilməyib, bunu müxtəlif bəhanələrlə əsaslandırmağa çalışıb və 2 saylı dairənin ərazisində qohumlarından başqa heç kəsi tanımadığını bildirib. Səxavət Əliyev və onun səlahiyyətli nümayəndələri kimi fəaliyyət göstərmiş qardaşları çapay və Sabit Əliyevin qanunsuz hərəkətləri seçki günü və ondan sonra da davam edib. Belə ki, onlar seçki günü 29 və 30 saylı məntəqələrə daxil olaraq seçicilərə həmkəndli və qohum olmalarını xatırladıb, Səxavət Əliyevə səs vermələri üçün seçicilərə təsir göstərməyə çalışıblar. Seçki qanunvericiliyinin tələblərinə zidd olmasına baxmayaraq hətta bülletenlərin sayılmasında da iştirak ediblər. 29 və 30 saylı məntəqələrdə Səxavət Əliyev tərəfindən müşahidəçi qismində iştirak edən qardaşları bülletenlərin sayılması prosesində namizədin səs almadığını gördükdən sonra müxalifətdən olan bəzi məntəqə üzvləri ilə əlbir olaraq lider namizədin lehinə olan bülletenləri etibarsız hala salıblar. Səxavət Əliyevin diqqətinə çatdırmaq istəyirik ki, seçki günü, yəni noyabrın 7-də ATƏT-in qısamüddətli müşahidəçiləri 2 saylı Dairə Seçki Komissiyasında seçki prosesini, o cümlədən məntəqə seçki komissiyalarının yekun protokollarının qəbulunu sona qədər müşahidə ediblər və DSK-dan yekun protokolun surətini alıblar. Kənd sakinləri arasında heç bir nüfuza malik olmayan Əliyev qardaşları seçkidən sonra bir daha gülüş hədəfinə çevrildiklərini gördükdən sonra Püsyan kəndinin mərkəzində sakinlərin toplaşdıqları yerdə kənd sakinlərini və eləcə də ağsaqqalları Səxavət Əliyevə səs vermədiklərinə görə günahlandırıb, onları nalayiq söyüşlərlə təhqir ediblər. Ağsaqqalların öyüd-nəsihətlərindən Sabit Əliyev daha da qeyzlənib və ağsaqqalardan birinə qarşı fiziki güc tətbiq edib. Vəziyyətin arzuolunmaz məcraya yönəlməsi kənd sakinlərinin polis orqanlarına müraciət etməsi ilə nəticələnib. Hazırda Sabit Əliyevin neqativ hərəkətləri aidiyyəti orqanlar tərəfindən araşdırılır. Səxavət Əliyevin 2 saylı Şərur seçki dairəsində keçirilmiş seçkilər zamanı saxtakarlıq faktlarının yalnız öz yaxın ailə üzvləri tərəfindən müəyyən olunaraq aktlaşdırılması bir daha onun fikirlərinin cəfəngiyyat olmasına dəlalət edir. Bir daha xatırladırıq ki, bu cür populist bəyanatlarla seçkilərin demokratik və şəffaf şəraitdə keçirilməsinə qara yaxmaq mümkün deyil”.

Paylaş:
Baxılıb: 906 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30