Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: ATƏT-in Astana sammitində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların hansı istiqamətdə davam etdiriləcəyi müəyyənləşəcək

Siyavuş Novruzov: ATƏT-in Astana sammitində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların hansı istiqamətdə davam etdiriləcəyi müəyyənləşəcək

23.11.2010 [09:47]

“ATƏT-in Astana sammiti bu beynəlxalq təşkilatın ən vacib zirvə görüşlərindən biridir. Sammitin Qazaxıstanda keçirilməsinin özü də mühüm əhəmiyyət kəsb edir”. Bu sözləri Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, sammitə hazırlıqla əlaqədar işlər görülür, bu vaxta kimi prezidentlərin görüşləri keçirilib və burada müxtəlif məsələlər müzakirə olunub: “Biz gözləyirik ki, Astana sammitində Dağlıq Qarabağ münaqişəsinin fundamental şəkildə həlli istiqamətində indiyə qədər olan proseslərin hamısına bir nöqtə qoyulacaq və gələcəkdə danışıqların hansı istiqamətdə davam etdiriləcəyi müəyyənləşəcək. İndiyə qədər olan proseslər dövründə Ermənistan müxtəlif bəhanələrlə ikitərəfli və ya ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə görüşlərdə qarşıya qoyulan məqsəddən uzaqlaşıb. İnanırıq ki, Astana sammitində Ermənistanın bu məsələlərdən uzaqlaşması ilə onların özlərinin nə qədər qeyri-obyektiv olması ATƏT dövlətləri arasında sübut olunacaq. Mən hesab edirəm ki, gələcəkdə də bir işğalçı dövlət kimi Ermənistanla bağlı ATƏT-in sammitində qərar qəbul edilməlidir”.

Paylaş:
Baxılıb: 915 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30