Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP Azərbaycan miqyasında siyasi nəhəngdir

YAP Azərbaycan miqyasında siyasi nəhəngdir

23.11.2010 [09:50]

Yeni Azərbaycan Partiyasının yaranmasının 18-ci ildönümü münasibətilə toplantı keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasından 18 il ötdü. Bu münasibətlə noyabrın 20-də “Hyatt-Regency” otelinin “Quba” zalında toplantı keçirildi. Toplantıda YAP İdarə Heyətinin, Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, tanınmış ziyalılar iştirak edirdilər.
Tədbirdə çıxış edən YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov toplantı iştirakçılarını və onların timsalında partiyanın bütün üzvlərini əlamətdar gün münasibətilə təbrik etdi. “Bizi partiyamızın yaranmasından 18 şərəf və ləyaqət, 18 inkişaf, tərəqqi və yüksəliş, 18 Azərbaycanın qüdrətlənməsi, güclənməsi və beynəlxalq aləmdə öz yerini möhkəmləndirməsi, həmçinin, Yeni Azərbaycan Partiyasının özünün güclənməsi və mötəbər siyasi təşkilata çevrilməsi illəri ayırır”, - deyən, Əli Əhmədov vurğuladı ki, YAP-ın yaranması Ulu öndər Heydər Əliyevin 1990-cı illərin əvvəllərində hakimiyyətə qayıdışı ideyası ilə eyniyyət təşkil edir.
YAP-ın Sədr müavininin sözlərinə görə, həmin illərdə məlum səbəblərlə əlaqədar olaraq, Heydər Əliyevin hakimiyyətə qayıtması ideyası dərk edilmiş zərurətə çevrilmişdi: “Yeni Azərbaycan Partiyasının yaranması isə, əslində, bu zərurətin təşkilatlanma forması idi”.
Əli Əhmədov söylədi ki, partiyamız yaranandan 6 ay sonra YAP-ın yaradıcısı, ümummilli lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldi.
“Partiyamızın yaranmasından ötən 18 il şərəf ili olmaqla yanaşı, həm də örnək tarixidir”, - deyən, Əli Əhmədov əlavə etdi ki, partiyanın 18 illik fəaliyyəti hər şeydən əvvəl onun yaradıcısı ümummilli lider Heydər Əliyevin ideyalarına sədaqət örnəyidir: “İkincisi, Azərbaycan xalqına xidmət örnəyidir. üçüncüsünü isə, xüsusi qürur hissi ilə demək istəyirəm ki, bu qələbələr örnəyidir”.
ötən 18 il ərzində Yeni Azərbaycan Partiyasının bütün seçkilərdə qalib gəldiyini söyləyən Əli Əhmədov dedi ki, YAP özünü qalib partiya kimi xalqa tanıdıb: “Bunun bariz nümunəsi kimi, noyabr ayının 7-də keçirilmiş parlament seçkilərində Yeni Azərbaycan Partiyasının qazandığı möhtəşəm qələbəni göstərmək olar. Bu qələbə Yeni Azərbaycan Partiyasının qələbələr, uğurlar salnaməsinə yeni bir şərəfli səhifə yazdı. Bu qələbəni qazanmaqla Yeni Azərbaycan Partiyası, əslində, bu nümunədə yenə də Azərbaycan xalqının Heydər Əliyev ideyalarına dərin sədaqətini və inamını ortaya çıxarmış oldu. Bu qələbəni YAP-a qazandırmaqla, əslində, yenə də Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dərindən inamını ifadə etdi və bu inamın nəticəsi olaraq, Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərdən 71 nəfəri  Azərbaycanın Milli Məclisində partiyamızı təmsil etmək hüququnu qazandı. Fürsətdən istifadə edərək, bu qələbə münasibətilə partiyamızın Sədri İlham Əliyevi, partiyamızın hər bir üzvünü təbrik etmək istəyirəm”.
“Yeni Azərbaycan Partiyası Azərbaycan miqyasında siyasi nəhəngdir”, - deyən, Əli Əhmədov söylədi ki, ölkəmizin 18 il ərzində əldə etdiyi nailiyyətlər ümummilli lider Heydər Əliyevin ideyaları, Prezident İlham Əliyevin siyasətilə birbaşa bağlı olduğu kimi, eyni zamanda, ətrafında yarım milyonluq insanı sıx birləşdirmiş Yeni Azərbaycan Partiyasının hər bir üzvünün fədakarlığı ilə əlaqədardır: “Yeni Azərbaycan Partiyası qələbələr nümunələri göstərdiyi kimi, fədakarlıq nümunələri də nümayiş etdirə bilir. Bu gün də göstərir və güman edirəm ki, gələcəkdə də göstərəcək”.
Əli Əhmədov diqqətə çatdırdı ki, Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin əsasında ümummilli lider Heydər Əliyevin ideyaları dayanır: “YAP-ın gücü və əzəməti onun Sədri İlham Əliyevin Azərbaycanın Prezidenti kimi həyata keçirdiyi siyasətin uğurları, nailiyyətləri və qələbələridir. Yeni Azərbaycan Partiyasının gücü həm də Azərbaycan xalqının böyük əksəriyyətinin partiyaya olan inamıdır, etibarıdır”.
YAP Sədrinin müavini Əli Əhmədov söylədi ki, YAP-ın məqsədi Azərbaycan xalqına xidmət və partiyamızın yüzminlərlə üzvünü Prezident İlham Əliyevin ətrafında sıx birləşdirməklə yeni nailiyyətlərin əldə olunmasını təmin etməkdir: “Yeni Azərbaycan Partiyasının bundan sonrakı məqsədi Azərbaycanın qüdrətlənməsinə öz töhfəsini verməkdir”.
Sonra YAP İdarə Heyətinin üzvü, partiyanın Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov çıxış etdi. O, dedi ki, zaman bizi irəli apardıqca YAP-ın yaranma səbəbləri, mahiyyəti barədə daha dolğun biliklər formalaşır: “Məlum olur ki, partiyanı yaratmaqda məqsəd Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, Azərbaycanı dünyada tanıtmaq və onun dünya dövlətləri sırasında mövqelərini möhkəmlətmək olmuşdur. çox qısa bir müddətdə YAP məhz ümummilli problemlərin həllinə nail ola biləcək yeganə partiya kimi formalaşmışdır. ölkənin bütün ağıllı, tədbirli, təcrübəli, tanınmış nüfuz sahibi olan insanları bu partiyaya üz tutmuşdur, partiyaya gənclərin axını başlamışdır. Beləliklə, YAP 18 il ərzində yaşlı, orta yaşlı və gənc nəslin seçilmiş nümayəndələrinin bir amal, vahid məqsəd naminə birləşdiyi möhkəm siyasi qüvvəyə çevrilmişdir. Bu gün YAP sürətli tərəqqi edən, yüksək siyasi mədəniyyət daşıyıcısı kimi tanınan və ümumxalq partiyası adı alan bir təşkilatdır”.
YAP Siyasi Şurasının üzvü Eldar İbrahimov çıxış edərək dedi ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1990-cı illərin əvvəllərində çoxsaylı problemlərlə üzləşdi: “Respublikanın o vaxtkı rəhbərliyinin yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycan ərazilərinin bir-birinin ardınca işğalı, gündən-günə gərginləşən siyasi vəziyyət ölkəni uçurum kənarına gətirmişdir. Azərbaycanı belə dəhşətli vəziyyətdən Heydər Əliyev dühası xilas etmişdir. O dövrdə Yeni Azərbaycan Partiyasının yaranması və inkişafı Azərbaycanın siyasi həyatında ümid çırağı yandırmışdır. Xalq əmin olmuşdur ki, başda görkəmli dövlət xadimi Heydər Əliyev olmaqla, Azərbaycana nicat verə biləcək, onu doğru yola çıxaracaq möhtəşəm siyasi qüvvə artıq mövcuddur. Heydər Əliyevin o zaman hakimiyyətə gəlməsi, bir-birinin ardınca həyata keçirdiyi tədbirlər, sözün həqiqi mənasında, böyük qəhrəmanlıq, hər şeydən əvvəl, vətəndaşlıq hünəri idi.
ümummilli liderimiz Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Onun Azərbaycanı dünya miqyasında tanıtması olmuşdur. Bu gün Azərbaycan nəinki regionda, eləcə də, bütün dünyada söz sahibinə çevrilir. Bu günlərdə Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə toplantısının Bakıda keçirilməsi bunu bir daha sübut etmişdir. Bu gün Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi, dünyanın inkişaf etmiş ölkələrinin respublikamıza marağının artması, ilk növbədə, Azərbaycan dövlətinin və ölkə Prezidenti İlham Əliyevin uğurlu siyasəti ilə bağlıdır”.
Eldar İbrahimov, həmçinin, söylədi ki, 18 ildə böyük uğurlara imza atan Yeni Azərbaycan Partiyasının sıralarının belə sürətlə artması xalqın YAP-a inamından irəli gəlir.
YAP Siyasi Şurasının üzvü Südeif İmanverdiyev çıxış edərək dedi ki, müasir Azərbaycan özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi strateji kursla daha da inkişaf edəcək. O, bildirdi ki, YAP 18 il ərzində mühüm siyasi mübarizə və təşkilatlanma yolu keçdi, Heydər Əliyev dühası sayəsində müxalifət partiyasından iqtidar partiyasına çevrildi, müstəqil Azərbaycan dövlətinin məhv olma təhlükəsindən xilas olmasında, inkişaf etməsində, dünya ölkələri arasında layiqli yer tutmasında böyük tarixi missiyanı yerinə yetirdi: “Yeni Azərbaycan Partiyası bundan sonra da üzərinə düşən missiyanı şərəflə həyata keçirəcək, ölkəmizi firavanlığa aparan yolda daim öndə olacaqdır”.
Bununla da, tədbirin rəsmi hissəsi başa çatdı.
Ramil VƏLİBƏYOV

Paylaş:
Baxılıb: 1011 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30