Litvadan Rusiyaya Kalininqrad qadağası...
22.06.2022 [10:24]
N.BAYRAMLI
Litva hakimiyyəti Avropa Komissiyası ilə məsləhətləşmələrdən sonra Avropa İttifaqının (Aİ) sanksiyalarına məruz qalan malların Rusiyadan Kalininqrad vilayətinə tranzitinə qadağa qoyub. Bunu Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Aİ ölkələrinin Xarici İşlər Nazirləri Şurasında çıxışı zamanı deyib. O qeyd edib ki, iyunun 18-dən sanksiyaya məruz qalan mallar artıq Litva ərazisindən keçə bilmir. Bir neçə gün əvvəl isə Kalininqrad vilayətinin qubernatoru Anton Alixanov bildirmişdi ki, Litva Dəmir Yolları Aİ sanksiyalarına daxil olan böyük bir qrup malın tranzitinin dayandırılması barədə Kalininqrad Dəmir Yolunu xəbərdar edib. İlkin hesablamalara görə, bu, tikinti materialları, sement və metallar daxil olmaqla, malların çeşidinin 40-50 faizini təşkil edir. “Bu, regionumuzu iqtisadi cəhətdən boğmaq cəhdidir”-deyə, Anton Alixanov bildirib.
Rəsmi Moskva isə Litvanın qərarına çox sərt reaksiya verib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vilnüsün qərarını qəbulolunmaz hesab edib. Rusiya Xarici İşlər Nazirliyi isə Litvanın müvəqqəti işlər vəkili Virciniya Umbrasieneni çağıraraq etiraz notası təqdim edib və məhdudiyyətlərin dərhal aradan qaldırılması tələb olunub. Bildirilib ki, bu addım Rusiya Federasiyası və Avropa İttifaqının Birgə Bəyanatını pozur və Litva tərəfinin təxribatıdır. “Yaxın gələcəkdə Kalininqrada yük tranziti bərpa olunmazsa, Rusiya öz milli maraqlarını qorumaq üçün tədbirlər görmək hüququnu özündə saxlayır”, deyə - Rusiya XİN bəyan edib.
Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev də bildirib ki, rəsmi Moskva bu cür düşmənçilik hərəkətlərinə mütləq reaksiya verəcək: “İdarələrarası formatda müvafiq tədbirlər hazırlanır və yaxın vaxtlarda həyata keçiriləcək. Onların nəticələri Litva əhalisinə ciddi mənfi təsir göstərəcək”.
Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev isə deyib ki, Litva Kalininqradın blokadasına başlamaqla Avropa İttifaqının öhdəliklərinə də təsir edən bir sıra beynəlxalq hüquqi aktları pozur.
“Litva tərəfindən Kalininqrad vilayətinin faktiki blokadasını yaratmaq cəhdi Rusiyanın bu region üzərində suverenliyinin pozulmasıdır və bu, Rusiyanın çox sərt və tamamilə qanuni hərəkətləri üçün əsas ola bilər”. Bu fikirləri isə Rusiya Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi Komitəsinin sədri Andrey Klişas bəyan edib.
Yeri gəlmişkən, Avropa İttifaqının Moskvadakı nümayəndəliyinin rəhbəri Markus Ederer Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb. M. Edererin XİN-ə çağırılmasına səbəb Litva tərəfindən Rusiya subyektlərindən Kalininqrad vilayətinə bir neçə məhsulun daşınmasına məhdudiyyət qoyulması olub. Avropa İttifaqı isə Rusiyanın Litvaya qarşı təhdidlərinə hələ ki, reaksiya verməyib. Kalininqradla bağlı verilən qərarın Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə qarşı atılan addım olduğu bütün dünyaya məlumdur. Bu sanksiyalar Rusiyanın hərbi addımlarını dayandırmağa məcbur etmək məqsədi daşıyır. Amma rəsmi Moskvanın Litvaya qarşı sərt mövqeyi regionda yeni gərginliyə yol aça bilər.
Xəbər lenti
Hamısına baxDünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09

