"WikiLeaks" internet saytı imperialist güclərin maraqlarına xidmət edir
01.12.2010 [09:37]
Hələ ötən əsrin ikinci yarısında nüfuzlu alimlər informasiyanın dünya üçün böyük əhəmiyyət kəsb edəcəyini, hətta dövlətlərin bu sahədə təhlükəsizlik tədbirləri həyata keçirmək məcburiyyətində qalacağını söyləmişdilər. Artıq həmin vaxt gəlib çatıb və yaşadığımız əsri də “informasiya əsri” adlandırırlar.
Təsadüfi deyil ki, bu gün dünyanın imperialist gücləri öz mənafeləri naminə informasiyadan silah kimi istifadə edərək, ölkələr daxilində çaxnaşmalar yaradır, hətta dövlətlərarası münasibətləri belə korlaya bilirlər. Məhz qloballaşma prosesi çərçivəsində informasiyanın digər ənənəvi təzyiq vasitələrinə nəzərən daha çox istifadə edilməsi isə gələcəkdə bu sahədə təhlükələrin artacağını və artıq başlanmış informasiya müharibəsinin daha da güclənəcəyini ehtimal etməyə əsas yaradır.
Yeri gəlmişkən, bu günlərdə “WikiLeaks” internet saytında ABŞ rəsmilərinin xarici dövlət başçıları və nümayəndələri ilə keçirdikləri görüşlərin guya “bəzi gizli məqamlarını” əks etdirən materialların yayılması güclənən informasiya müharibəsinə əyani sübutdur.
Qeyd edək ki, həmin materiallarda Azərbaycan Respublikası Prezidentinin ABŞ-ın rəsmi nümayəndələri ilə keçirdiyi görüşlə bağlı da bəzi fikir və mülahizələr əks olunub. Azərbaycan Respublikası Prezidentinin mətbuat xidmətinin məlumatında bununla əlaqədar bildirilib ki, saytda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə aid edilən fikir və mülahizələr qətiyyən həqiqəti əks etdirmir və onların heç bir əsası yoxdur: “Bu materiallar Azərbaycanın qonşu dövlətlərlə münasibətlərini korlamaq, ölkə başçıları arasında inamsızlıq və etimadsızlıq yaratmaq məqsədi daşıyan açıq təxribatdır. Prezidentin leksikonunda saytda ifadə olunmuş jarqon ifadələr, kəskin və emosional dəyərləndirmələr mövcud deyildir.
Azərbaycan Respublikası heç zaman qonşu dövlətlərin daxili siyasət məsələlərinə qarışmayıb və hər zaman region dövlətləri ilə mehriban qonşuluq əlaqələrinin saxlanılmasına, inkişaf etdirilməsinə xidmət edən şəffaf siyasət yürüdüb. Azərbaycan Prezidenti istənilən görüş və çıxışlarında milli maraqlardan irəli gələn fikirləri açıq-aydın ifadə edib. ölkənin xarici siyasəti həmişə müstəqil, davamlı, məntiqli və səmimi olub”.
Bu məsələyə Azərbaycan Prezidenti Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da münasibət bildirib: “Orada yer alan bəzi məlumatlar məni təəccübləndirdi. Ona görə təəccübləndirdi ki, bu məlumatlarda Azərbaycan Prezidentinin görüşləri zamanı ona aid olduğu iddia edilən bəzi fikirlər yayılıb”.
N.Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin indiyə qədər olan bütün siyasi xarakterli görüşlərində iştirak etdiyini deyərək, bu görüşlərin birbaşa müşahidəçisi olduğunu vurğulayıb: “Mən Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ dövlət katibinin müavini Uilyam Börnslə keçirdiyi görüşdə də iştirak etmişəm. Qeyd etmək istəyirəm ki, konkret bu görüş iki məsələyə həsr olunub, yəni, görüşün predmeti iki məsələ olub: birinci məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, ikinci məsələ isə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin inkişafı. Bildirmək istəyirəm ki, ümumiyyətlə, Azərbaycan Prezidentinin keçirdiyi görüşlərdə həmişə belə olub: bir qayda olaraq Azərbaycan Prezidenti keçirdiyi görüşdə təmsil olunan tərəfin Azərbaycanla əlaqələrindən danışır. Belə görüşlər zamanı Azərbaycan Prezidenti üçüncü tərəf və ya dövlət haqqında danışmır. Bayaq adını çəkdiyim Uilyam Börnslə görüş zamanı da belə olub. Yəni, dediyim iki məsələdən başqa heç bir dövlət barədə danışıq olmayıb”.
N.Məmmədov vurğulayıb ki, bizim qonşu dövlətlərlə münasibətlərimizin real vəziyyəti bu gün hamıya bəllidir: “O cümlədən, ikitərəfli əməkdaşlıq sahəsində qonşu dövlətlərlə atdığımız addımlar göz önündədir. Bunu sübut etməyə heç bir ehtiyac yoxdur. Təkcə qardaş Türkiyə ilə bu illər ərzində gördüyümüz işlər beynəlxalq aləmdə son onilliyin ən mühüm və möhtəşəm layihələridir ki, bunların həyata keçirilməsində Prezident İlham Əliyevin müstəsna xidmətləri var”.
ümumiyyətlə, bu materialların yayılma istiqamətlərinə nəzər yetirdikdə, “WikiLeaks” internet saytını dezinformasiya ilə təmin edən qərəzli mənbə və imperialist güclərin məqsədləri açıq-aydın görünmüş olur. Əlbəttə ki, yayılmış materiallar əsasında dərin təhlillər aparıb imperialist güclərin bütün kartlarını üzə çıxarmaq mümkündür. Amma düşünürük ki, dövlətlər və rəsmi şəxslər arasındakı münasibətlərə xələl gətirmək istəyən qərəzli qüvvələrin kimliyi hər kəsə bəllidir.
Azərbaycan Prezidenti Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da deyib ki, görünür bu saytda yerləşdirilən materiallar vasitəsilə müxtəlif dövlətlər arasında münasibətləri korlamaq istəyən qüvvələr var və onlar bu istiqamətdə artıq müəyyən cəhdlər göstərirlər. Əlbəttə ki, bu, sülhsevər və etibarlı əməkdaşlıq münasibətlərinin qurulmasına çalışan bütün dövlətlər üçün təhlükəli tendensiyadır.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36

