Azərbaycan və İran qərarlıdır..
06.07.2022 [10:14]
İki ölkə nəzərdə tutulan layihələrin həyata keçirilməsi üçün qarşılıqlı əməkdaşlığı davam etdirir
Nardar BAYRAMLI
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 4-də İran İslam Respublikasına rəsmi səfər edib. Səfər çərçivəsində nazir ilk olaraq iranlı həmkarı Hüseyn Əmir-Abdullahian ilə görüşüb. Görüşdə C.Bayramov qısa zamanda ölkə prezidentləri arasında iki dəfə görüşlərin keçirilməsinin Azərbaycan və İran arasında əlaqələrin inkişafının göstəricisi olduğunu vurğulayıb. Nazir ötən il ərzində iki ölkə arasında ticarət dövriyyəsinin 30 faiz, 2022-ci ilin ilk yarısında isə 18 faiz artdığını qeyd edərək bu istiqamətdə inkişaf üçün potensialın daha çox olduğunu bildirib.
Azərbaycan və İran arasında energetika sahəsində əməkdaşlıq, bu xüsusda, “Xudafərin” və “Qız Qalası” layihələrinin əhəmiyyəti ifadə edilib. Ölkələrimiz arasında xüsusilə nəqliyyat sahəsində səmərəli regional əməkdaşlığın mövcud olduğu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti qeyd edilib. Astarada dəmir yolu terminalının tikintisinin davam etdirilməsinin vacibliyi, eyni zamanda, Astaraçay üzərində körpünün tikintisinin də uğurla davam etdirildiyi qeyd olunub. Münaqişə sonrası mərhələdə azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən həyata keçirilən bərpa və quruculuq işlərindən bəhs edən C.Bayramov, İran şirkətlərinin bu prosesdə iştirakını məmnunluqla vurğulayıb. Nazir həmkarına Azərbaycanın bölgədə sülh quruculuğu istiqamətində atdığı addımlar barədə məlumat verib, Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə ciddi riayət edilməsi əsasında münasibətlərin normallaşmasına hazır olduğunu bildirib.
İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian isə iki ölkənin dövlət başçılarının görüşündə əldə olunan nailiyyətləri, imzalanan sənədləri məmnunluqla qeyd edib. Azərbaycanın İranın xarici siyasətində önəmli yer tutduğunu bildirən nazir Hüseyn Əmir-Abdullahian, iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, ticarət, nəqliyyat, energetika sahələrində əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb. Hüseyn Əmir-Abdullahian, eyni zamanda, İran tərəfinin “İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumu”nun icrasında qərarlı olduğunu ifadə edib.
Tərəflər, eləcə də çoxtərəfli formatlarda əməkdaşlıq, regional məsələlər və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
İrana rəsmi səfəri çərçivəsində Azərbaycanın XİN başçısı İran İslam Respublikasının İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf ilə də görüşüb. Məhəmməd Baqer Qalibaf Şərqi Zəngəzur İqtisadi Rayonu və Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantılarının yaradılmasında İranın hər zaman dəstək verməyə hazır olduğunu bildirib. Eyni zamanda, İran İslam Respublikasının Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında bərpa və quruculuq işlərində iştirak etməkdə maraqlı olduğunu ifadə edib.
C.Bayramov isə qarşı tərəfə cari regional vəziyyət, postmünaqişə dövründə Azərbaycanın sülhün və sabitliyin bərqərar olması üçün irəli sürdüyü təkliflər, bu istiqamətdə atdığı addımlar barədə məlumat verib. Eyni zamanda, İranla sərhəddə Azərbaycanın 132 kilometrlik sərhədinin işğaldan azad edilməsinin əməkdaşlıq üçün yeni imkanlar yaratdığı qeyd edilib.
Həmin gün xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb. İran Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərini məmnunluqla xatırlayıb. Prezident Seyid İbrahim Rəisi, İranla Azərbaycan arasında əlaqələrin dərin köklərə sahib olduğunu bildirib və iki ölkə arasında mədəni və tarixi əlaqələrin xalqlarımızın istəyindən irəli gəldiyini söyləyib. Bundan sonra da əlaqələrin inkişafının təmin olunması üçün ticarət dövriyyəsinin artırılmasının zəruriliyini vurğulayan Prezident Seyid İbrahim Rəisi, ikitərəfli əlaqələrin regional əməkdaşlığa da öz töhfəsini verəcəyini qeyd edib.
Nazir Ceyhun Bayramov isə iki ölkə arasında mövcud olan tarixi, dini və mədəni bağlardan söhbət açaraq əlaqələrin inkişafında dövlət başçılarının görüşlərinin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Bu xüsusda, iki ölkənin prezidentləri arasında qısa zamanda iki görüşün keçirilməsinin əhəmiyyətini vurğulayıb. C.Bayramov, iki ölkə prezidentlərinin Aşqabadda keçirdiyi görüşdə əldə olunan razılıqlar və verilən tapşırıqlara müvafiq olaraq İranda öz həmkarı ilə faydalı danışıqların aparıldığını qeyd edib. Azərbaycanın XİN başçısı eləcə də, iki ölkə arasında energetika, nəqliyyat, kommunikasiya sahələrində həyata keçirilən birgə layihələrdən söz açıb. Bu baxımdan, Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılmasının, o cümlədən işğaldan azad edilmiş ərazilərdə birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə bölgədəki cari vəziyyət ətrafında da fikir mübadiləsi aparılıb. Regional sülh və təhlükəsizliyin təmin edilməsinin və bu istiqamətdə region ölkələrinin əməkdaşlığının vacib olduğu qeyd edilib.
Ölkəmizin xarici işlər nazirinin İrana rəsmi səfərini şərh edən Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Eldar İbrahimov qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan-İran münasibətlərinin inkişafı bütövlükdə bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəmlidir. Onun sözlərinə görə, qarşılıqlı səfərlər iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir. Xüsusilə də, dövlət başçılarının görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusi rol oynayır. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin Aşqabadda İran Prezidenti Seyid İbrahim Rəisi ilə keçirdiyi görüş də əhəmiyyətlidir.
Millət vəkili qeyd edib ki, Azərbaycanın XİN başçısının qonşu ölkəyə rəsmi səfəri zamanı keçirilən görüşlər, aparılan müzakirələr və imzalanan sənədlər iki dövlət arasında əlaqələrin inkişaf yolunda olduğunu bir daha təsdiqləyir: “Azərbaycan-İran əlaqələri yüksələn xətlə inkişaf edir. Qeyd edim ki, iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq da məmnunluq doğurur. Həm İranda, həm də Azərbaycanda keçirilən biznes forumları, konfranslar, sərgilər və bu qəbildən olan digər tədbirlər də iki ölkənin iqtisadi potensialını təqdim etmək baxımından önəmlidir. Eləcə də, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə müştərək Dövlət Komissiyası fəal işləyir. Bütün bunlar iki dövlət arasında iqtisadi əlaqələrin güclənməsindən xəbər verir. Bilirsiniz ki, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ölkələrimiz üçün çox faydalıdır”. İki ölkə arasında dəmir yolu nəqliyyatının birləşdirilməsinin də nəzərdə tutulduğunu deyən E.İbrahimovun sözlərinə görə, bu layihələrin reallaşması təkcə iki dövlətin deyil, bütövlükdə region ölkələrinin iqtisadi inkişafında mühüm rol oynayacaq. Bütün bunlar isə Azərbaycanın regional və qlobal miqyasda nüfuzunu və mövqeyini daha da gücləndirir.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40

