Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisi və qurucusudur
11.12.2010 [11:34]
Təsadüfi deyildir ki, Platon və Aristoteldən, Nəsirəddin Tusidən müasir dövrün böyük mütəfəkkiri M.Veberə qədər bir çox filosof, politoloq və sosioloqlar LİDERLƏRİN fəaliyyətlərinə görə, onların təsnifatını hazırlayıb, siyasi, sosial-psixoloji xüsusiyyətlərini veriblər. Bu mütəfəkkirlər tədqiqat işlərində daha çox tarixi kolliziya dövründə xalqının ümid mənbəyi olan və dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas edən LİDERLƏRİ əsas götürüblər. Nəsirəddin Tusi yazırdı ki, “şəraitin nə tələb etdiyini müəyyənləşdirmək üçün elə bir şəxsiyyətə ehtiyac var ki, o ülvi bir ilhama malik olmaqda başqalarından fərqlənsin, qalanlar onu təqlid etsin. Qədim alimlərin ifadəsi ilə belə adamlara “qanun sahibi” və onun qanunlarına “ilahi qanun” deyilərdi, mühəndislər ona şəriət gətirən, onun qanunlarına isə “şəriət” deyərdilər”.
Böyük mütəfəkkir Aristotel və Platondan da sitatlar gətirərək yazırdı: “Əflatun özünün “siyasət” kitabının beşinci məqaləsində belə adamlara işarə edərək demişdir: “Bunlar qüvvətli, böyük və fövqəladə adamlardır”. Aristatalis demişdir: “Onların qeybdən xəbərləri var, möcüzə sahibidirlər”. Əflatun onları dünya tədbir tökənləri, dünya müdrikləri adlandırmışdır. Aristatalis isə onlara ictimai xadim, yəni ictimaiyyətın varlığı, onun və onun kimilərin xidmətinə möhtac olan adam adı vermişdir”.
Müasir dövrdə isə siyasi proseslərin miqyasından və xarakterindən asılı olaraq, xalqının inkişafı və dünya arenasında söz demək hüququnu əldə etməsi üçün iradə nümayiş etdirmiş LİDERLƏRİN təsnifatını M.Veber yeni səviyyədə aparıb. O, LİDERLƏRİ xarizmatik, rasional-leqal və ənənəvi kimi tiplərə ayırıb. Xarizmatik LİDER insanlara təsiretmə qabiliyyətinə görə, ətrafdakılarda sosial fəaliyyətə yönəlmiş enerji doğurmaq bacarığına görə seçilir. O, həmçinin, yaxşı natiqlik qabiliyyətinə, insanlarda simpatiya doğuran xarici görünüşə malik olmalı, ünsiyyət qurmağı bacarmalı, öz çıxışları ilə çoxlu sayda insanı özünə cəlb etmək məharəti nümayiş etdirməli, güclü siyasətçi imici formalaşdırmalıdır.
Rasional - leqal tip liderlik müasir demokratik dövlətlərdə siyasi lider və dövlət başçısı kimi təsdiqlənmənin əsas yoludur. Bir qayda olaraq onlar ümumi seçkilər əsasında siyasi hakimiyyəti əldə edir və hakimiyyət olimpində özlərini təsdiqləyirlər.
Bu mənada, LİDERLİKLƏ bağlı ifadə etdiyimiz bütün fikirlərin fonunda ötən əsrin 60-cı illərinin sonlarından başlayaraq, yalnız xalqı naminə böyük siyasi iradə nümayiş etdirərək, terror polisini, repressiyaları özündə əks etdirən radikal ideoloji sistemə qarşı çıxaraq, dövlətinin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi üçün əlahiddə addımlar atmış XALQININ DüNYA MİQYASLI LİDERİ - ümummilli lider Heydər Əliyev şəxsiyyəti göz önündə canlanır.
ümumiyyətlə, Heydər Əliyev şəxsiyyəti çoxdandır ki, müxtəlif ölkələrin politoloqlarının, siyasi araşdırmaçıların diqqət mərkəzindədir. Politoloqlar, şəxsiyyət nəzəriyyəçiləri müasir siyasi elmin yeni tələbləri baxımından siyasi LİDERLİKDƏ Heydər Əliyev fenomenini müntəzəm surətdə təhlil edirlər.
Həqiqətən, Ulu öndər Heydər Əliyev öz xalqının psixologiyasını xüsusiyyətlərini, mentalitetini çox gözəl bilən xarizmatik lider olub. Xarizmatik lider kimi, O, bütün atdığı addımlarda yalnız bacarığına və xalqına arxalanıb. Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti o qədər geniş və çoxcəhətlidir ki, O, ənənəvi düsturlara sığmır. O, müasir dünya siyasətçiləri arasında nadir şəxsiyyətlərdəndir ki, yuxarıda söylənilən hər üç liderlik tipinin xüsusiyyətlərini təcəssüm etdirir.
Franklin Ruzvelt, Uinston çörçill, Şarl de Qoll kimi, Heydər Əliyev də hələ sağlığında canlı əfsanəyə çevrildi. Onun qeyri-adi şəxsiyyəti, siyasətçi və dövlət xadiminə xas böyük istedadı bizim hamımıza, Onun müasirlərinə və həmvətənlərinə dərin təsir bağışlayır və siyasətçilərin, tədqiqatçıların diqqətini Ona cəlb edir.
Heydər Əliyev fenomeninə maraq illər ötdükcə azalmır, əksinə, getdikcə daha da artır. ölkəmizdə və xaricdə çap edilən bir çox yazılarda, tədqiqatçıların əsərlərində biz Heydər Əliyevin həyat və fəaliyyətinin, siyasətinin və mahir idarəçilik bacarığının yeni-yeni cəhətlərini görürük. Bir çox tədqiqatçıların fikrincə, məhz bu hakimiyyət magiyası Ona artıq otuz ildən çoxdur ki, sadəcə hakimiyyətin zirvəsində qalmağa deyil, həm də milyonlarla insanın sevimlisi, idealı kimi qalmağa imkan verir.
Onun şəxsiyyətinin və fəaliyyətinin mahiyyətinin dərk olunması on illərlə Azərbaycan ətrafında cərəyan etmiş hadisələrin təbiətinə, son dərəcə mürəkkəb ümummilli problemlərin həlli yollarına işıq salır. Dövlətimizin tarixində O, iki dəfə siyasətdə və dövlət idarəçiliyində səviyyəsizliyə, səriştəsizliyə və bəsitliyə qətiyyətlə son qoya bilib. O, işdə sübuta yetirib ki, dünyanı təkcə böyük dövlətlər idarə etmir, kiçik xalqlar da var və onların rəyi ilə hesablaşmaq lazımdır. O, azərbaycanlıların necə güclü iradəyə və ruha malik olduqlarını, Onun xalqının necə böyük enerji potensialına və intellektual potensiala sahib olduğunu öz timsalında bütün dünyaya nümayiş etdirib.
Heydər Əliyev birinci dəfə də, ikinci dəfə də eyni şəraitdə - ictimai münasibətlərin kəskin şəkildə gərginləşdiyi, dövlət idarəçiliyinin fundamental əsaslarının dağıldığı, cəmiyyətin zehnində dolaşıqlıq və mənəvi dayaqlarında hərc-mərclik yarandığı dövrlərdə ölkəyə rəhbərlik etməyə başlayıb. O, ölkəyə həqiqi milli dövlətçilik yaratmağın mümkün olması barədə yeni inam verdi və bununla da, Azərbaycan tarixində öz misilsiz yerini bəri başdan müəyyənləşdirdi.
Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövrünü milli özünüdərkin oyanmasının, öz kökümüzə qayıdışın yeni mərhələsinə doğru aparan proseslərin başlanğıcı kimi qəbul etmək lazımdır. Hakimiyyətinin ikinci dövründə isə O, ideyaları ilə Azərbaycan adlı dövlətin memarına çevrildi.
ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin fəaliyyəti digər siyasətçilər üçün nümunə, təcrübə olub. Hətta, bir çox siyasətçilər çətin məqamlarda Onunla məsləhətləşirdi də.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan parlamentinin deputatı Mehriban Əliyeva “Azərbaycan-İRS” jurnalında nəşr olunmuş “Həyat dərsi” məqaləsində yazır ki, Onun həm yaşıdları Heydər Əliyevin həyat dərslərinin mahiyyətini bu gün də öyrənirlər. Onun hər bir dərsi insan ruhunun qüdrətinə, iradənin yenilməzliyinə, xarakterin gücünə inama parlaq nümunədir, İnsanın məğlubedilməzliyinə inam dərsidir. Müəllif yazır ki: “XX əsr Azərbaycan tarixinin önəmli, əlamətdar bir mərhələsi var: 60-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixi zaman. İlk baxışda quru statistika və faktlarla dolu, möhtəşəm, ziddiyyətli, enişli-yoxuşlu bir dövrün mənzərəsi yaranacaq. Lakin ikicə kəlmə söz tarix səhifələrini canlandırıb uğurları, itkiləri, tərəqqi və inkişafı onlarca müfəssəl cədvəldən, araşdırmalardan qat-qat tutumlu əks etdirə bilər. Heydər Əliyev - Tarix salnaməsinin XX əsr üçün taleyüklü səhifələrinin iştirakçısı, yaradıcısı, aparıcısı. 30 ildən artıq Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin sınaqlarından çıxaran Vətəndaş, Şəxsiyyət, Lider. Tərəqqisi üçün çalışdığı, mədəniyyəti, keçmişi ilə fəxr etdiyi, nəsillərinin gələcəyi üçün düşündüyü Vətən - Azərbaycan taleyi Onun adi insan taleyi ilə əbədi olaraq bağlandı”.
Eyni zamanda, nəhəng fəaliyyətinə görə, Heydər Əliyevin dövründə Azərbaycanı onun hüdudlarından çox-çox uzaqlarda tanıdılar. Ona görə də, dünyanın tanınmış simaları Azərbaycanın adını çəkəndə, eyni zamanda, Heydər Əliyev şəxsiyyəti, fenomeni haqqında danışmalı olurdular. Görkəmli siyasi xadim, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə sabiq köməkçisi Zbiqnev Bjezinski deyir ki, “Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət - bir sözlə, şəksiz liderdir”.
Ankaradakı Bilkənd Universitetinin banisi, dünya şöhrətli alim, mərhum İhsan Doğramacı isə Heydər Əliyev şəxsiyyətini qiymətləndirərkən deyib: “Heydər Əliyev zəmanəmizin nadir yetişdirdiyi dövlət xadimlərindəndir. Heydər Əliyev yaşadığı fırtınalı həyatı boyu hər zaman xalqını, Vətənini düşünmüşdür. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və öz xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Azərbaycanın ən çətin anlarında Vətəni xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmişdir... O, ölkəsini bəlalardan qurtaran dövlət başçısıdır”.
Fransanın “Kuryer İnternasional” jurnalının 2003-cü ilin may nömrəsində nəşrin baş redaktoru Aleksandr Adler ümummilli liderimiz Heydər Əliyevə həsr etdiyi məqaləsində yazır: “Nə sülh, nə də firavanlıq gətirən tufanların tüğyan etdiyi müasir dünyada Heydər Əliyev kimi dövlət xadimləri həmişəkindən daha çox gərəkdir. Tanrı bu şəxsiyyəti təkcə öz xalqına deyil, həm də başqa xalqlara son dərəcə mürəkkəb tarixi bir məqamda göndərmişdir”.
Bir şəxsiyyət kimi Heydər Əliyev nə qədər açıq olsa da, müasirləri üçün sirr olaraq qalır. Bu gün Heydər Əliyev fenomenindən çox yazırlar. Bu məqalə, kitabça və əsərlərin müəllifləri Onun - ölkəmizin tarixində bütöv bir dövrü təcəssüm etdirən əsl Vətəndaşın, böyük Şəxsiyyətin və qüdrətli Liderin, İnsanın müxtəlif cəhətlərini açıqlayırlar. Lakin onların hamısının yekdil rəyi belədir ki, Heydər Əliyev Azərbaycan xalqının milli sərvəti, onun bəxtinə düşmüş Tanrı payıdır. Heydər Əliyev Azərbaycanı dirçəltməklə və yeni Azərbaycan yaratmaqla yanaşı, həm də onun gələcəyini düşünürdü. Heydər Əliyev bizim müasirimizdir. Elə bircə bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev, eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi dahi tarixi şəxsiyyətdir. Heydər Əliyev bütün varlığı ilə Azərbaycanın, onun bugününün və gözəl gələcəyinin təcəssümüdür.
Bu gün isə Prezident İlham Əliyev Heydər Əliyev yolu ilə inamla irəliləyərək Azərbaycanı daha yüksək inkişafa, xalqı daha yüksək rifaha doğru aparır. Həmişə olduğu kimi, Heydər Əliyevin ideyaları Azərbaycan xalqına və dövlətinə xidmət edir, onların davamlı inkişafının ideya əsasları missiyasını şərəflə və uğurla yerinə yetirir.
Bu mənada illər keçəcək və çiçəklənən Azərbaycanın vətəndaşları bir gün deyəcəklər ki, Heydər Əliyev ideyaları zamanın sınağından çıxıb və bu gün də insanların şüurunda və qəlbində yaşayır. ölkədə fəaliyyət göstərən siyasi və iqtisadi sistem əsl VƏTƏNDAŞIN, böyük ŞƏXSİYYƏTİN, qüdrətli LİDERİN əməyinin bəhrəsidir.
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

