Tehrandan sonra Soçidə...
28.07.2022 [10:17]
Türkiyə və Rusiya prezidentlərinin görüşündə hansı məsələlər müzakirə olunacaq?
Türkiyə və Rusiya qlobal güc olmaq uğrunda rəqibdən daha çox bölgəsəl müttəfiq kimi çıxış edirlər
N.BAYRAMLI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək. Türkiyə Prezident Administrasiyasının məlumatına görə, dövlət başçısının səfəri avqustun 5-də Rusiyanın Soçi şəhərinə planlaşdırılır. Türkiyə Prezidenti rəsmi səfər çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Qarşıdan gələn səfərin gündəliyinə Rusiyanın Ukraynadakı müharibəsi və regiondakı digər proseslər mövzuları daxildir. Türkiyə və Rusiya prezidentlərinin “taxıl dəhlizi” ilə bağlı sazişin icrasını dəyərləndirəcəkləri gözlənilir.
Səfərlə bağlı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, dövlət başçıları Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin Soçidə keçiriləcək görüşdə bir sıra vacib mövzuları, o cümlədən hərbi-texniki əməkdaşlığı müzakirə edəcəklər. Onun sözlərinə görə, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq daim gündəmdədir: “Ümumilikdə əlaqələrimizin bütün spektri çox yüksək səviyyədədir”. Peskovun fikrincə, Putin və Ərdoğan arasında keçirilən hər görüş aktual mövzuları gündəmə gətirir. Bu baxımdan, böyük ehtimalla avqustun 5-də hərbi-texniki əməkdaşlıq mövzusuna da toxunulacaq.
Qeyd edək ki, iki ölkənin lideri iyulun 19-da Tehran sammiti çərçivəsində də görüşmüşdülər. Həmin görüşdə Cənubi Qafqazla bağlı müzakirələr aparılıb. Görüş zamanı həm də, Rusiya-Türkiyə əməkdaşlığının əsas məsələləri, iqtisadi və ticarət sahəsində layihələrin həyata keçirilməsi müzakirə olunub. Eləcə də, bir sıra beynəlxalq mövzular, o cümlədən Suriya və Ukrayna ilə bağlı vəziyyət, xüsusən də Ukrayna taxılının ixracı problemi ətrafında da fikir mübadiləsi aparılıb. Putin ərzaq problemlərinin həlli üçün vasitəçilik səylərinə görə Ərdoğana təşəkkür edib.
Bu görüşdən qısa müddət sonra Türkiyə Prezidentinin Rusiyaya səfəri maraq doğurur. Səfərin əhəmiyyətini qəzetimizə şərh edən politoloq Tural İsmayılov bildirib ki, Türkiyə-Rusiya əlaqələri bu gün öz əhəmiyyətinə görə regional kontekstdə vacib xüsusiyyətlərə malikdir. Əvvəla nəzərə almaq lazımdır ki, Türkiyə yeganə NATO ölkəsidir ki, heç vaxt Rusiya ilə münasibətlərdə tarana getmir. Əksinə, bu gün Türkiyə bir çox Qərb ölkələrindən fərqli olaraq Rusiya-Ukrayna münasibətlərində qızışdırıcı yox, barışdırıcı missiya ilə çıxış edir. Eyni zamanda, Türkiyənin Rusiya ilə münasibətləri zədələməməyi bu gün bütün dünya üçün böyük imkanlar yaradır.
Onun sözlərinə görə, Türkiyənin səyləri ilə qlobal qida zənciri ərzaq qıtlığı problemindən və buğda böhranından sığortalanır: “Eyni zamanda, ABŞ tərəfindən Türkiyəyə qırıcı təyyarələrlə bağlı haqsızlıqlar ediləndə Türkiyə Rusiyadan S-400 HHM vasitələri ilə bağlı razılıq əldə etmişdi. Bundan əlavə, Türkiyə ilə Rusiya Akkuyu və bir çox layihələrdə enerji siyasəti həyata keçirirlər. Türkiyə Rusiyanın ən böyük 10 ticarət tərəfdaşı arasındadır. Türkiyə ilə Rusiya Suriya məsələsində fərqli mövqelərdə olsalar da, mövqe yaxınlaşmaları müşahidə edilir. Yəqin ki, Ərdoğanın Rusiya səfərində Suriya ilə bağlı ortaq addımlar prioritet müzakirə mövzusu olacaq. Eləcə də, Ukrayna taxılının ixracı ilə bağlı uzunmüddətli müqavilələr imzalanacaq”.
“Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin də müzakirə edilməsi gözlənilir. Nəzərə almaq lazımdır ki, bu gün Rusiya və Türkiyə Ağdamda birgə monitorinq mərkəzində fəaliyyət göstərirlər. Rusiya ilə Türkiyənin münasibətlərinin daha da yaxınlaşması Ermənistanda diqqətlə izlənilir. İstənilən formada Ankara ilə Moskvanın yaxınlaşmağı Ermənistanı narahat edir. Amma indiki beynəlxalq münasibətlər sistemində Türkiyə və Rusiya qlobal güc olmaq uğrunda rəqibdən daha çox bölgəsəl müttəfiq kimi çıxış edirlər”, - deyə politoloq söyləyib.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01

