İğdırda 23 QHT-nin və 6 siyasi partiyanın iştirakı ilə birgə bəyanat qəbul edilib
18.12.2010 [09:37]
Xəbər verdiyimiz kimi, millət vəkili Gülər Əhmədovanın, Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayevin, həmçinin, ictimaiyyət nümayəndələri və ziyalıların daxil olduğu nümayəndə heyəti dekabrın 11-də Qərbi Azərbaycan türklərinin sonuncu deportasiyasının 22-ci ildönümü və müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə Türkiyə Cümhuriyyətinin İğdır vilayətində səfərdə olub. Səfər çərçivəsində nümayəndə heyəti İğdır valisi Amir çiçəklə görüşüblər. Görüşdə millət vəkili Gülər Əhmədova qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi üçün elm adamlarının tez-tez görüşməsini və informasiya mübadiləsinin aparılmasını vacib sayıb.
Vali Amir çiçək isə söyləyib ki, Azərbaycanla qarşılıqlı əlaqələrin inkişaf etdirilməsini ehtiva edən 2011-ci il üçün proqram artıq tərtib olunub və əlaqələrin möhkəmlənməsi üçün əllərindən gələni edəcəklər.
Sonra nümayəndə heyəti İğdır valisinə hədiyyələr və kitablar təqdim ediblər. Vali Amir çiçək də öz növbəsində nümayəndə heyətinə üzərində Prezident İlham Əliyevin və ümummilli lider Heydər Əliyevin şəkilləri olan şüşə seramik plaketini hədiyyə edib. Daha sonra nümayəndə heyəti Ulu öndər Heydər Əliyevin və Atatürkün abidələrini, ermənilər tərəfindən qətlə yetirilmiş şəhid türklərin şərəfinə ucaldılmış monumenti və Daşburun bələdiyyəsindəki Kərbəlayı İsmayıl çimenin məzarını ziyarət edib, önlərinə əklil qoyub və gül dəstələri düzüblər.
Ziyarətin sonunda Taşburun bələdiyyəsinin sədri Nəsib Aksuya, Kərbəlayı İsmayılın qardaşı oğlu - Məhəmmədin oğlu Məhərrəmə Azərbaycandan aparılan müxtəlif hədiyyələr təqdim olunub, Əziz Ələkbərli tərəfindən Fərman Kərimlinin Ankarada nəşr olunan “Karlı Aşırım” kitabı Kərbəlayı İsmayılın qohumlarına hədiyyə edilib.
Şairə Nəsibə İsrafilqızının Abbasqulu bəy Şadlinskiyə həsr etdiyi “Abbasqulu bəy Şadlinski” tarixi mənzum romanı da Taşburun bələdiyyə sədrinə hədiyyə olunub. Eyni zamanda, ötən əsrin əvvəllərində Türkiyəyə köç edən Bəhlul Kərgablının da məzarı ziyarət edilib. Kərbəlayı İsmayılın qəbirüstü abidəsinin ziyarətindən sonra nümayəndə heyəti İğdırın Əlican bölgəsində yerləşən Əlican sərhəd keçid məntəqəsinə yollanaraq buradan Ermənistana hiddət dolu mesajlar göndəriblər.
Daha sonra nümayəndə heyəti Əlican sərhəd keçid məntəqəsindən birbaşa ermənilər tərəfindən qətlə yetirilən şəhid türklər muzeyinə gələrək, burada şəhid olan türk diplomatlar və ermənilərin törətdiyi kütləvi qətliamlar haqqında çoxsaylı sənədlərlə tanış olublar.
Soyqırımı abidəsini və muzeyi ziyarət edən millət vəkili Gülər Əhmədova xatirə dəftərinə ürək sözlərini yazıb. Ziyarətlər zamanı çıxış edən millət vəkili Gülər Əhmədova söyləyib ki, Azərbaycanda da soyqırımı abidəsi mövcuddur: “Bu 1918-ci ildə ermənilərin qətlə yetirdiyi türk şəhidlərinin xatirəsinə ucaldılmış abidədir. Həmin ildə Nuru Paşa Azərbaycana gəlməsəydi, bu cür qətliamların sayı çox ola bilərdi. İnsanlar tarixi unutmamalı, əksinə ondan dərs almalıdır. Ermənilər isə yenidən köhnə tarixi yaşamaq istəyirlər”.
Gülər Əhmədova İğdırda çıxış edərkən Dağlıq Qarabağ məsələsinə də toxunub və vurğulayıb ki, dünyanın Azərbaycanın ərazi bütövlüyü kimi qəbul etdiyi və tanıdığı Dağlıq Qarabağ işğaldan azad olunmalıdır: “Vətən həsrəti çəkənlər tezliklə öz yurdlarına qayıtmalıdırlar. Azərbaycanda da, Türkiyədə də ermənilər yaşayır. Mən əminəm ki, bir gün gələcək, Azərbaycan və Türkiyə haqqında söylənilənlər sona çatacaq və sülh olacaq”.
Daha sonra nümayəndə heyəti iş adamı Cəfərəli Tağbaşın ümummilli lider Heydər Əliyevin xatirəsinə verildiyi ehsan mərasimində iştirak edib və Heydər Əliyev adına liseydəki tədbirə qatılıb.
Səfər zamanı “İğdırın səsi” internet qəzetinə müsahibə verən millət vəkili Gülər Əhmədova vurğulayıb ki, İğdırda ümummilli lider Heydər Əliyevin adını daşıyan liseyin fəaliyyət göstərməsi bizlər üçün qürurdur: “Liseydə bir qızdan soruşdum ki, “Heydər Əliyevi tanıyırsan?”. O da cavab verdi ki, biz Onu Atatürk kimi tanıyırıq. Əlbəttə ki, bu bizdə qürur hissi yaratdı”.
Qeyd edək ki, millət vəkili Gülər Əhmədova İğdıra səfəri zamanı “Ermənistandan - dədə-baba torpaqlarından qovulmuş azərbaycanlıların hüquqları beynəlxalq müstəvidə” adlı konfransda iştirak edib. Konfransda çıxışı zamanı Gülər Əhmədova diqqəti əsasən Azərbaycan-Türkiyə münasibətlərinə, ermənilərin separatçı əməllərinə, işğalçı siyasətinə və azərbaycanlıların deportasiyası məsələsinə yönəldib.
Millət vəkili konfransdakı çıxışı ilə bağlı qəzetimizə açıqlamasında bildirib ki, bu gün Ermənistan adlanan coğrafiyadan qovulmuş azərbaycanlılar hazırda Türkiyənin bir sıra vilayətlərində məskən salıblar: “Onlar İğdır, Qars, Manisa, Amasya, Afyon, Adana, İstanbul, İzmir, Ankara, Ağrı, Muş, Aydın və digər ərazilərdə yaşayırlar. Hesablamalara görə, həm bolvevizm ideologiyasının təqiblərindən, eyni zamanda, erməni zülmündən xilas olaraq və ya deportasiya olunaraq Türkiyənin adı çəkilən ərazilərinə köçmüş azərbaycanlıların sayı 5 milyona qədərdir. Onlar bu gün özlərini Türkiyə vətəndaşı hesab edirlər. Amma buna baxmayaraq, həmin insanlar da bizim erməni qəsbkarlığına qarşı mübarizəmizə qoşulmaq niyyətindədirlər”.
Millət vəkili söyləyib ki, bu gün Azərbaycan və Türkiyə diasporasının vahid platformadan çıxış etməsi və düşmənlərinə ağır zərbələr endirməsi bir sıra xarici qərəzli dairələrin narahatlığına səbəb olub: “Bu məqsədlə həmin dairələr Azərbaycanla Türkiyə arasında ixtilaflar salmağa çalışırlar. Qeyd edim ki, artıq bu proses açıq şəkildə iki ildir ki, davam edir. Mən bütün bunları Türkiyə ictimaiyyətinin qarşısında söylədim. Hətta, son məsələlərə də toxunmağım auditoriyaya öz təsirini göstərdi”.
çıxışında heç kəs tərəfindən tanınmayan Turqut Ərin cızma-qarasına da toxunan millət vəkili deyib ki, vaxtını kazinolarda keçirmiş birinin dünya şöhrətli dövlət xadimi, ümummilli lider Heydər Əliyevlə bağlı mənfi xarakterli fikirlər səsləndirməsi nə yazar, nə də diplomat etikasına sığmır: “Necə olur ki, dünyanın məşhur siyasətçiləri ümummilli lider Heydər Əliyevin haqqında yüksək fikirlər səsləndirirlər, amma hansısa bacarıqsız birisi əsassız iddialarla dolu kitab yazır. Mən konfrandsa iştirak etmiş hər bir kəsə dedim ki, bu Turqut Ərə anti-Türkiyə və anti-Azərbaycan şəbəkəsi tərəfindən verilmiş bir tapşırıq idi. Əlbəttə ki, bu faktdır və konfransda da hər kəs bu cür düşündüyünü söylədi. Hətta, bəzi QHT-lər söz verdilər ki, bu məsələ ilə bağlı virtual aləmdə bir kampaniya da başladacaqlar”.
Azərbaycan nümayəndə heyətinin səfəri çərçivəsində 23 QHT-nin və 6 siyasi partiyanın iştirakı ilə keçirilən konfransda beynəlxalq təşkilatlarla yanaşı, Türkiyə Cümhuriyyətinin Prezidenti Abdullah Gülə və Baş nazir Rəcəb Tayyib Ərdoğana, Azərbaycan Prezidenti İlham Əliyev cənablarına müraciət ünvanlanıb.
Xatırladaq ki, nümayəndə heyətinin İğdıra səfəri dekabrın 15-də başa çatıb.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06

