Azərbaycan yekunlaşdırır...
30.07.2022 [10:14]
Ermənistan isə gələn ay tender elan edəcək
Nardar BAYRAMLI
44 günlük Vətən müharibəsində kapitulyasiyaya imza ataraq Azərbaycana məğlub olan Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış birgə Bəyanatın tələblərini tam şəkildə yerinə yetirməlidir. Amma rəsmi İrəvan müəyyən məsələlərdə prosesi uzatmağa çalışır. Bunu qanunsuz erməni hərbi birləşmələrinin Qarabağ ərazisindən çıxarılması, Zəngəzur dəhlizinin reallaşması, Laçın dəhlizinə alternativ yolun çəkilməsi məsələsində də görürük. Qarşı tərəf həmişə olduğu kimi, yenə də qeyri-konstruktiv yanaşma sərgiləyir. Lakin Paşinyan hakimiyyəti unutmamalıdır ki, üçtərəfli Bəyanatın şərtlərinin yerinə yetirilməməsi, hansısa fərqli addımların atılması Ermənistanın özünə ziyan verəcək.
Ümumiyyətlə, ölkəmiz 10 noyabr razılaşmaları ilə bağlı öz üzərinə düşən öhdəlikləri lazımi səviyyədə yerinə yetirir. Və Ermənistandan da bütün razılaşmaları yerinə yetirməyi tələb edir. Üçtərəfli Bəyanatın müddəalarından biri də 3 il ərzində Laçın şəhərindən yan keçən yeni yolun çəkilişidir. Bu yolun çəkilməsi ilə Laçın şəhəri və bir neçə kənd Azərbaycanın nəzarətinə qaytarılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yeni yolun Azərbaycan ərazisindən keçən 32 kilometrlik hissəsinin tikintisi başa çatmaq üzrədir. Artıq yolun asfalt örtüyünün vurulması həyata keçirilir. Bu yol Laçın şəhəri ətrafında tikilir və Xocalı inzibati rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərindən keçərək Şuşa-Xankəndi yolu ilə birləşəcək.
Lakin Ermənistan hələ də yolun öz hissəsində tikintiyə başlamayıb. Azərbaycan bu məsələdə də qarşı tərəfdən üzərinə düşən öhdəliklərin yerinə yetirilməsini tələb edir. Paşinyan hökuməti isə hələ avqust ayında yolun tikintisi ilə bağlı tender elan edəcək. Prosesin uzadılmasında məqsəd nədir? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclsin deputatı Ramin Məmmədov bildirib ki, erməni tərəfi razılaşmaların yerinə yetirilməsini mümkün qədər uzatmaqla nəyəsə nail olmağa ümid edir. Amma Paşinyan hakimiyyətinin bu yanaşması Ermənistana xeyir gətirməyəcək. Çünki İkinci Qarabağ müharibəsində Ermənistanın məğlub tərəf olduğunu xatırladan millət vəkilinin sözlərinə görə, rəsmi İrəvan mövcud reallıqlarla barışmalıdır. O qeyd edib ki, Ermənistanın öhdəliklərin icrasından qaçması mümkünsüzdür: “Çünki ortada sənəd var və Paşinyan həmin sənədə imza atıb. Laçında alternativ yolun çəkilməsinə gəlincə, rəsmi İrəvanın prosesi uzatmaq cəhdi ənənəvi erməni xislətinin göstəricisidir. Amma bu öhdəliyin icrasından qaça bilməyəcəklər. Erməni mətbuatının yazdığına görə, artıq Ermənistanın Azərbaycanın Laçın rayonu ilə həmsərhəd olan Kornidzor kəndində çəkiliş və ölçmə işləri ilə məşğul olan layihələndirmə mütəxəssisləri işə başlayıblar. Gələn ay isə tender elan olunmalıdır. Bu o deməkdir ki, ermənilər yolun özlərinə düşən hissəsinin layihəsini hazırlayırlar”.
R.Məmmədov söyləyib ki, həmin tenderdə qalib gələn şirkət alternativ yolun Ermənistan ərazisinə düşən 8 kilometrlik hissəsinin tikintisini həyata keçirəcək. Son vaxtlara qədər Ermənistan yolun onların ərazisinə düşən hissəsinin tikintisini, ümumiyyətlə, müzakirə etmirdi. Məqsəd prosesi yubatmaq idi. Lakin anlayırlar ki, yolun tikintisini uzatmaqla özlərinə heç bir dividend qazanmayacaqlar.
“Bilirsiniz ki, Azərbaycan Zəngəzur dəhlizinin Laçın dəhlizi ilə eyni hüquqi rejimdə fəaliyyət göstərməsində israr edir. İstər 2020-ci ilin 10 noyabr, istərsə də 2021-ci ilin 11 yanvar və 26 noyabr bəyanatlarında açıq şəkildə bildirilir ki, Azərbaycan Laçın dəhlizi ilə təhlükəsiz keçidi təmin edir. Eləcə də, Ermənistan da Azərbaycana Zəngəzur dəhlizi ilə maneəsiz keçidi təmin etməlidir. Hazırda Laçın dəhlizində gömrük məntəqələri yoxdur. Bu qayda Zəngəzur dəhlizində də olmalıdır. Əgər Ermənistan Zəngəzur dəhlizi ilə daşımalara nəzarət üçün gömrük məntəqələrinin quraşdırılmasını təkid etsə, Azərbaycan da Laçın dəhlizində eyni şərtləri tələb edəcək”, - deyə millət vəkili vurğulayıb.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

