D-8 təşkilatına üzvlük Azərbaycana nə vəd edir?
02.08.2022 [10:22]
N.BAYRAMLI
Azərbaycan “İslam səkkizliyi” (D-8) təşkilatına üzv olmaq üçün müraciət edib. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mediaya müsahibəsində bildirib. “D-8 təşkilatının daha da möhkəmləndirilməsi üçün nələr edəcəyimizi müzakirə edirik. Hazırda təşkilata Banqladeş sədrlik edir. Qarşımıza hədəflər qoymuşuq, 2030-cu il hədəflərimiz var. Bu hədəflərə yenidən nəzər salmağımız lazımdır. Eləcə də, üzvlük üçün meyarlar konkretləşdirilməlidir.
Xatırladaq ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan səkkiz müsəlman ölkəsini birləşdirir. Təşkilatın təməli Türkiyənin o dövrdəki baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub.
Azərbaycanın bu təşkilata qoşulması ölkəmizə nə vəd edir? Məsələ ilə bağlı politoloq Ramiz Alıyev qəzetimizə açıqlamasında bildirib ki, D-8 dünya ölkələri içərisində böyük iqtisadi potensiala malik bir təşkilatdır. Ötən ilin məlumatlarına əsasən, D-8 üzvü olan ölkələrdə 1,1 milyard insan yaşayır. 8 ölkənin iqtisadiyyatının həcmi 3,8 trilyon dollardır. Eyni zamanda, üzv ölkələrin ticarət həcmi 1,6 trilyon dollar, yəni dünya ticarət həcminin 4,5 faizini təşkil edir. Onun sözlərinə görə, “İslam səkkizliyi”nin prinsipləri münaqişələr əvəzinə sülh, mübahisələr əvəzinə dialoq, ikili standartlar əvəzinə hüquq bərabərliyi, demokratiya və s. dəyərlərdən ibarətdir.
Politoloq qeyd edib ki, Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyət vacib yer tutur. Ölkəmiz üzv olduğu təşkilatlar müstəvisində fəal siyasət həyata keçirir. Azərbaycanın D-8 ölkələrinin böyük əksəriyyəti ilə həm ikitərəfli, həm də beynəlxalq qurumlar çərçivəsində çox yaxşı münasibətlərinin olduğunu deyən R.Aliyev söyləyib ki, üzv olacağı təqdirdə münasibətlər daha da güclənəcək. Eləcə də, ölkəmiz təşkilatın potensialından qarşılıqlı əməkdaşlıq üçün səmərəli istifadə edəcək. D-8 ölkələri də Azərbaycanın Avropa və Asiyanın qovuşuğunda yerləşməsindən iqtisadi-ticari əməkdaşlıq baxımından daha yaxşı yararlana biləcəklər. Həmsöhbətimiz xatırladıb ki, ötən ilin aprelində təşkilatın dövlət və hökumət başçılarının X sammiti keçirilib: “Bu sammitdə “2020-2030 D-8 10 illik Yol Xəritəsi” adlı sənəd qəbul edilib. Bu sənəd təşkilatın güclənməsi və inkişafını hədəfləyir. Sənəd üç mərhələli inkişaf strategiyasını nəzərdə tutur. Birincisi, 2020-2022-ci illər ərzində ticarət, kənd təsərrüfatı, qida təhlükəsizliyi, sənaye əməkdaşlığı və kiçik biznesin inkişafı, nəqliyyat, turizm, səhiyyə sahəsində əməkdaşlığı əhatə edən yol xəritələrinin hazırlanması, həmçinin dəyişən dünyanın şərtlərində mövcud beynəlxalq mexanizmlərin yenidən gözdən keçirilməsini nəzərdə tutur. 2023-2027-ci illəri əhatə edən ikinci dövrdə isə üzv ölkələr arasında ticarət əlaqələrinin dərinləşməsi və daha əvvəlki dövrdə müəyyən olunmuş 6 istiqamətdə əlaqələrin inkişafı həyata keçiriləcək. 2028-2030-cu illər ərzindəki üçüncü mərhələdə isə həyata keçirilən işlər dəyərləndiriləcək və üzv ölkələrin daxili ticarət dövriyyəsinin ümumi ticarət dövriyyəsinin 10 faizinə çatdırılması təmin olunacaq”.
Təşkilatın gələcək üçün qarşısına ciddi məqsədlər qoyduğunu deyən politoloqun fikrincə, bu məqsədlərin reallaşacağını proqnozlaşdırmaq çətindir: “Çünki hazırda dünyada çox mürəkkəb prosesər baş verir. Əslində, müsəlman ölkələr İslam Əməkdaşlıq Təşkilatında birləşib. Amma D-8, G-7 formatına uyğun görünmək istəyir. Türkiyə xarici işlər nazirinin D-8-in gələcəkdə D-20 platformasına çevrilməsi haqda fikir yürütməsi də, G20 formatının bənzərini yaratmağa hesablanıb. Burada xüsusi məqam isə bu formatın müsəlman ölkələrindən formalaşdırılmasıdır. Bütün hallarda Azərbaycan beynəlxalq təşkilatlar müstəvisində əlaqələrin genişlənməsində maraqlıdır. Bu baxımdan, D-8 təşkilatına üzvlük də iqtisadi məsələlərlə yanaşı, siyasi əlaqələri də gücləndirə bilər. Yəni, təşkilatda təmsil olunan ölkələrlə siyasi əlaqələrimizin daha da genişləndirilməsi üçün bu platforma faydalıdır”.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10

