Azərbaycan vaxt qoydu
10.08.2022 [10:17]
Ermənistan öhdəlikləri yerinə yetirməlidir
P.İSMAYILOV
“Ağsaqqallar Şurasının üzvləri ilə birlikdə mən Araik Arutyunyanla görüşdüm. O, bizə dedi ki, vəziyyət ciddidir. Azərbaycandan ultimatum gəlib ki, dəhlizi boşaltmalıyıq”.
Zabuxda və Susda illər öncə Suriyadan və digər ölkələrdən gətirilmiş terrorçu dəstələr və ermənilər məskunlaşdırılıb
Ermənistan 10 noyabr üçtərəfli razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcburdur. Sosial şəbəkələrin erməni seqmentində və Ermənistan KİV-ində artıq bununla bağlı fikirlər yer almaqdadır. Belə ki, üçtərəfli razılaşmada üç il ərzində Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında rabitə təmin edən yeni bir nəqliyyat marşrutunun inşası nəzərdə tutulur. Azərbaycan yeni yolun özünə aid hissəsinin inşasını, demək olar, tamamlayıb. Ermənistan isə müəyyən bir müddət mövzu ilə bağlı “ajiotaj” yaratmaq istəsə də, heç nəyə nail ola bilmədi. Proses onu göstərir ki, artıq vaxt yetişib və Bakı Laçın dəhlizini (Laçın şəhəri, Zabux və Sus kəndləri) avqustun 25-dək boşaltmaq üçün son möhlət, faktiki ultimatum verib. Erməni KİV-lərində dərc olunan xəbərlərdə də bildirilir ki, qondarma rejimin başçısı Araik Arutyunyan da bu faktı etiraf edib. Erməni əhali?? ilə görüşdə o, “vəziyyətin həqiqətən kritik olduğunu”, ultimatumun Rusiya sülhməramlı qüvvələrin komandanlığı tərəfindən ona çatdırıldığını söyləyib. Özünü Zabux kəndindəki ermənilərin “icma lideri” adlandıran, Livan ermənisi Andranik Çauşyan isə jurnalistlərə bildirib ki, Xankəndindəki separatçı rejimin “prezidenti” Araik Arutyunyan onlara ultimatum mətni olan məktubu göstərib. “Ağsaqqallar Şurasının üzvləri ilə birlikdə mən Araik Arutyunyanla görüşdüm. O, bizə dedi ki, vəziyyət ciddidir. Azərbaycandan ultimatum gəlib ki, dəhlizi boşaltmalıyıq. Onlar (Azərbaycan tərəfi - red.) belə deyiblər: “Yeni yolun inşası ilə bağlı razılaşma olub, amma siz heç bir yol çəkməmisiniz. İndi isə getmək vaxtıdır. Qalan hər şey sizin probleminizdir”.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, Laçın dəhlizi ilə bağlı Azərbaycanın dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, ermənilər bir sıra istiqamətlərdən, o cümlədən Laçın dəhlizi istiqamətindən dəfələrlə təxribatlar törədir, eyni zamanda, atəşkəs rejimini pozur. Hətta bu təxribatlar nəticəsində Azərbaycan Ordusu şəhid vermişdi: “Azərbaycan da həmin ərazidə məskunlaşmış qanunsuz silahlı qüvvələrə qarşı əməliyyatlar keçirdi. Bu əməliyyatlar nəticəsində bir sıra strateji əhəmiyyətli yüksəkliklər azad olundu, erməni silahlı birləşmələrindən təmizləndi. Artıq prosesin öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məqamı çatıb. Laçın dəhlizinə alternativ olan yeni yolun Azərbaycan tərəfi tamamlanmaq üzrədir. Buna baxmayaraq, ermənilər ciddi-cəhdlə bu öhdəliyi yerinə yetirmək istəmirdilər. Rusiyanın sülhməramlı kontingenti isə artıq öz missiyalarını yeni yolda həyata keçirməlidirlər. Bununla paralel olaraq isə Zabux və Sus kəndləri də boşaldılmalıdır”.
Millət vəkilinin fikrincə, bu proses beynəlxalq qanunlara və 10 noyabr Bəyanatına uyğun olaraq tənzimlənir. Lakin ermənilər ciddi-cəhdlə buna mane olmağa cəhd göstərirdilər. Çünki Zabuxda və Susda illər öncə Suriyadan və digər ölkələrdən gətirilmiş terrorçu dəstələr və ermənilər məskunlaşdırılıb. “Bu gün onların ərazilərimizdən çıxarılması ən vacib məsələlərdən biridir. Azərbaycan qəti mövqe nümayiş etdirir. Quldurbaşı Araik Arutyunyanın kəndləri gəzərək avqustun sonuna qədər həmin əraziləri tərk etməli olduqlarını deməsi də bundan qaynaqlanır. Bu, daha əvvəl olmalıydı. Onlar öhdəliklərdən yayınmaqla, torpaqlarımızdan çıxmaq istəməməklə status-kvonu saxlamağa çalışırdılar. Lakin artıq ermənilər də özlərinin üzərinə düşən yolun tikintisinə başlayıblar. Orada məskunlaşan ermənilərin müxtəlif silahlı birləşmələr yaradaraq Azərbaycana qarşı hər hansı bir hərbi təxribat törətməklə bağlı sərsəm və heç bir çərçivəyə sığmayan bəyanatları isə qeyri-ciddidir. Onlar mütləq şəkildə oradan çıxarılacaqlar”, - deyən A.Nağıyevin fikrincə, vaxtilə həm Kəlbəcər və digər rayonların azad olunması ilə bağlı vaxt verilərkən ermənilər öz vəhşi simalarını bir daha nümayiş etdirmişdilər. Onlar verilən vaxt ərzində həmin əraziləri dağıdıb, ekologiyaya böyük ziyan vurub, evləri yandırıblar, təxribatlar ediblər. Millət vəkili bunun qarşısının alınmalı olduğunu deyib: “Düşünürəm ki, bunun qarşısı alınmalıdır. Onlara bununla da bağlı xəbərdarlıq olunmalıdır. Əgər ekologiyaya və ya tikintilərə ziyan dəyərsə, bunun da cavabını verməlidirlər. Əks halda, bu, onlar üçün acınacaqlı nəticələr vəd edir. Biz öz torpaqlarımızı erməni quldurlarından təmizləməkdə davam edirik. Bu istiqamətdə əməliyyatlar da keçirilir. Eyni zamanda, informasiya müharibəsi də davam edir. Verilən söz, öhdəlik tutulmalıdır. Çünki üçtərəfli Bəyanatda da həm Ermənistanın, həm də Rusiyanın imzası var. Azərbaycan qalib ölkədir. Ermənilər götürdükləri öhdəliyə riayət etməlidirlər”.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

