Azərbaycan mətbuatının böyük hamisi və dostu
29.12.2010 [09:30]
Təsadüfi deyil ki, Konstitusiyamızın məhz üçdəbiri insan və vətəndaş hüquq və azadlıqlarına həsr edilib. Konstitusiyamızda təsbit edilmiş bu məsələlər Azərbaycanda ictimai münasibətlərin bərqərar olunmasında və ölkənin siyasi institutlaşması prosesində çox mühüm rol oynamışdır. Əlbəttə ki, Konstitusiya ümumi müddəalar toplusu olduğundan bilavasitə ondan doğan hüquqi əsasların tətbiq edilməsi məqsədilə sonradan kifayət qədər normativ aktlar, qanunvericilik aktları, fərmanlar və sərəncamlar qəbul olunmuşdur. Bütün bunlar isə nəticə etibarilə bu gün müşahidə etdiyimiz söz, fikir və özünüifadə azadlığının təşəkkül tapmasına real zəmin yaratmışdır. Digər tərəfdən, Ulu öndər Heydər Əliyev Azərbaycan tarixində ilk dəfə olaraq mətbuat üzərində mövcud olan senzuranı ləğv edən dövlət başçısı kimi xatırlanır. Bununla yanaşı, qeyd etmək lazımdır ki, hələ o dövrdə-1990-cı illərin ortalarında Azərbaycanda informasiya işinin təşkili və onun idarə edilməsi ilə bağlı xüsusi nazirlik yaradılmışdı. Sonrakı dövrdə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə informasiya üzərində inzibatçılığı aradan qaldırmaq, onun sərbəst şəkildə yayılmasını, vətəndaşların sərbəst surətdə informasiya almaq hüququnun bərqərar olunmasını təmin etmək üçün bir sıra addımlar atıldı və müvafiq nazirlik ləğv edildi. Bu, özlüyündə sözügedən icra institutunun tamamilə ictimailəşdirilməsi üçün çox ciddi addım oldu. Beləliklə, Mətbuat Şurası, müxtəlif jurnalist təşkilatları meydana gəldi. Bütün bunlar öz növbəsində Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilməlidir.
2003-cü ildən-İlham Əliyev cənabları Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra bu sahəyə göstərilən diqqət və qayğı daha da artırıldı. Qeyd etmək lazımdır ki, həmin illərdə qarşıya çıxan başlıca problemlərdən biri ondan ibarət idi ki, Azərbaycan mətbuatında dərin bir tənəzzül baş verirdi. Bu, isə öz növbəsində Azərbaycan cəmiyyətinin leksikonunda, hətta, “reket jurnalistika” kimi öz əksini tapan söz birləşməsinin meydana gəlməsi ilə yadda qaldı. Eyni zamanda, həmin mərhələ obyektivliyin təhrif olunması, qərəzli fikirlərin həqiqət kimi yayılması kimi mənfi tendensiyalarla səciyyələndirilirdi. Məhz bu cür situasiyada Prezident İlham Əliyev bütün baş verənləri dərin təhlil edərək belə bir doğru qənaətə gəlmişdi ki, mövcud mənfi tendensiyaların əsasında duran başlıca səbəb mətbuatın maddi əsaslarının zəif olması problemidir. çünki həmin dövrdə mətbuat artıq ənənəvi missiyasından-informasiya ötürücüsü rolunu oynamaq missiyasından tamamilə kənara çıxmışdı. Belə ki, mətbuat ucuz yollarla-şantaj, böhtan və təhqir yolu ilə maddi qazanc vasitəsinə çevrilmişdi. Məhz belə bir şəraitdə Prezident İlham Əliyev Azərbaycan mətbuatının “xəstəliyinə” düzgün diaqnoz qoyaraq mövcud problemlərin həlli ilə bağlı xüsusi addımlar atmağa başladı. Bunlardan biri və hətta, birincisi jurnalistlərin peşə nüfuzunun artırılması ilə bağlı idi. Bu istiqamətdə fundamental önəm kəsb edən çox ciddi tədbirlər görüldü. Eyni zamanda, paralel olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional siyasət kursu nəticəsində iqtisadi qüdrətimiz artdıqca mətbuatın maddi probleminin həlli ilə bağlı çox ciddi addımlar atıldı və müvafiq tədbirlər görüldü. İlk növbədə, öz peşəsini dürüst və obyektiv surətdə yerinə yetirən, Azərbaycan mətbuatının inkişafına xüsusi xidmət edən ayrı-ayrı jurnalistlərin müxtəlif problemlərinin həlli ilə bağlı fundamental addımlar atılmağa başlandı. Bunun ardınca bütövlükdə mətbuatın maddi problemlərinin həlli istiqamətində xüsusi önəm kəsb edən bir tədbir görüldü. Kütləvi informasiya vasitələrinin (KİV) “Azərbaycan” nəşriyyatına olan borcları tamamilə ləğv edildi. Məlum olduğu kimi, bu borcların ödənilməsi prosesi Ulu öndər Heydər Əliyev tərəfindən dondurulmuşdu. Məhz cənab Prezident İlham Əliyevin göstərişi ilə məlum borcların ləğv edilməsi mətbuatın maddi problemlərinin aradan qaldırılması istiqamətində atılmış fundamental əhəmiyyətli tarixi bir addım idi. Buna paralel olaraq jurnalistlərin peşə nüfuzunun artırılması üçün jurnalist-məmur, jurnalist-vətəndaş, jurnalist-biznesmen çəkişmələrinə hüquqi müstəvidə son qoyulması üçün müxtəlif tədbirlər görüldü. Məhz bundan sonra KİV-in və ayrı-ayrı jurnalistlərin fəaliyyəti ilə bağlı məhkəmələrə müraciətetmə halları aradan qalxdı. Yəni, sözügedən çəkişmələr tədricən bitməyə başladı və nəticə etibarilə özünə və peşə dəyərlərinə hörmət edən jurnalistlərin sayı artdı. Bu da mövcud jurnalistik meyillərin müsbətə doğru irəliləməsinə xüsusi töhfə və təkan verdi. Məhz bu ərəfədə Azərbaycan mətbuatında ilk fundamental keyfiyyət dəyişiklikləri meydana gəlməyə başladı. Bu isə bütövlükdə müstəqil Azərbaycanın mətbuat tarixində keyfiyyət etibarilə yeni mərhələnin başlanmasını şərtləndirən əlamətdar bir hadisə idi. Hesab etmək olar ki, Prezident İlham Əliyev tərəfindən atılan bütün bu addımlar və görülən tədbirlər Azərbaycan mətbuatının inkişafına xüsusi töhfələr bəxş etdi. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlər və həyata keçirilən islahatlar nəticəsində mətbuatda hökm sürən neqativ tendensiyaların tədricən sıradan çıxması müşahidə edilməyə başlandı. Beləliklə, konkret cinayətlər törətmiş və məsuliyyətə cəlb edilmiş - “KİV haqqında” Qanunun tələblərini pozmuş, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə zidd hərəkətlərə yol vermiş jurnalistlərin hüquqi və ictimai-mənəvi müstəvidə cəzalarının yüngülləşdirilməsi üçün müvafiq addımlar atıldı. Nəticə etibarilə Prezident İlham Əliyev tərəfindən atılan addımlar və görülən tədbirlər mətbuat nümayəndələri tərəfindən uyğun qiymətləndirildi və media sektorunun təmsilçilərinin adekvat addımlar atmasını şərtləndirdi. Məhz bunun sayəsində jurnalistikada özünə və peşə dəyərlərinə hörmət meyilləri artdı. Yəni, senzuranın ləğvindən sonra yaranmış korporativ maraqlara xidmət edən, cəmiyyətin parçalanması yönündə dağıdıcı fəaliyyət göstərən “inqilabçı jurnalistika”, yaxud “reket jurnalistikası” yavaş-yavaş sıradan çıxmağa başladı...
Bütün bunlardan sonra 2008-ci ildə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyasının qəbul olunması ilə bağlı qərar qəbul edildi. Məhz bu Konsepsiyada mətbuatın inkişafını təmin edəcək, Azərbaycan dövlətinin və xalqının maraqlarına xidmət edəcək əsaslar öz əksini tapdı. Düşünürəm ki, Konsepsiyanın qəbulu və Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması müstəqil Azərbaycan mətbuatının inkişaf tarixində növbəti dönüş mərhələsi kimi dəyərləndirilməlidir. Onu da xüsusi vurğulamaq lazımdır ki, KİVDF-yə ayrılan büdcə Azərbaycan mətbuatının maddi əsaslarını formalaşdırmaqla media qurumlarını sadaladığımız neqativ tendensiyalardan müəyyən mənada ayırdı. çünki Konsepsiyada əksini tapan şərtlər istər-istəməz jurnalistikanın özünün həqiqi məcrasına yönəlməsini və nəticə etibarilə qeyri-ənənəvi məcrasından uzaqlaşmasını tələb edirdi. Məsələn, Mətbuat Şurasının Reket Jurnalistika ilə Mübarizə Komissiyasının siyahısına düşmüş qəzetlər artıq maddi vəsaitlərdən faydalana bilmirdilər. Bu, jurnalistlərin mətbuata yeni yanaşmasını və baxışını formalaşdırdı. Nəticə etibarilə bütün bunlar jurnalistikada mənəvi atributların və dəyərlərin yenidən bərqərar olunmasını şərtləndirdi. Beləliklə, sadaladığımız tədbirlər və müsbət meyillər Azərbaycan mətbuatının inkişafı prosesinə önəmli töhfələr bəxş edən əlamətdar tarixi hadisələr oldu...
Bundan başqa, jurnalistlərə fəxri adların verilməsi, obyektiv və qərəzsiz prinsiplər əsasında fəaliyyət göstərən media qurumlarının cəmiyyətin ictimai institutu kimi fəaliyyətinin təqdir edilməsi və sözügedən mətbuat subyektlərinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə qiymətləndirilməsi nəticə etibarilə jurnalist peşəsinin ictimai nüfuzunun artmasına gətirib çıxardı. Belə ki, Azərbaycan mətbuatının 135 illik yubileyində Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizin bir sıra bölgələrində silsilə tədbirlərin keçirilməsi, öz fəaliyyətində fərqlənən 38 jurnalistə “Əməkdar jurnalist” fəxri adının verilməsi, onlarla jurnalistin “Tərəqqi” ordeni ilə təltif edilməsi, qəzet redaksiyalarına, informasiya agentliklərinə birdəfəlik maliyyə yardımlarının edilməsi jurnalistlərin fəaliyyətinə stimullaşdırıcı təsir göstərməklə yanaşı, bu sahənin inkişafını daha da sürətləndirdi. Bütün bunlar, eyni zamanda, cəmiyyətin digər institutlarının da diqqətini jurnalist peşəsinə yönəltmiş oldu. Bu isə jurnalistlərin peşə nüfuzunun artmasını şərtləndirən xüsusi amil oldu. Prezident İlham Əliyevin yüksəksəviyyəli qayğısını və diqqətini görən digər ictimai-siyasi institutlar bu peşə sahəsi ilə hesablaşmağın və ona hörmətlə yanaşmağın vacibliyini dərk etdilər. Beləliklə, Prezident İlham Əliyevin Sərəncamı həm fərdi qaydada jurnalistlərin müxtəlif problemlərinin həllinə yönəlmiş fundamental mexanizm oldu, həm də jurnalistlərin öz əməlləri nəticəsində itirdikləri ictimai status və nüfuzun yenidən qaytarılmasını təmin etdi. Məhz bu fakt öz növbəsində Azərbaycan mətbuatına münasibətdə böyük hamilik, qayğıkeşlik nümunəsi və ibrət dərsi idi. Nəticə etibarilə bu gün jurnalist peşəsini seçən hər bir şəxs bilir ki, onun arxasında özünün hamilik funksiyasını yüksək səviyyədə yerinə yetirən dövlət var, jurnalistlərin konkret maddi təminatı var və onların problemləri ilə bilavasitə məşğul olan xüsusi qurumlar mövcuddur. Bu da cəmiyyətin ayrı-ayrı təbəqələrini təmsil edən nümayəndələrin bu sahəyə axınını şərtləndirən əhəmiyyətli faktordur. çünki insanlar Dövlətin yüksək səviyyədə hamilik etdiyi bu sahənin parlaq perspektivini dərk edirlər. Ona görə də, atılan bu addımlar mətbuatın hazırki maddi, mənəvi-əxlaqi vəziyyətinin və operativlik səviyyəsinin yaxşılaşdırılmasına xidmət edən tədbirlər olmaqla bərabər intellektual gənclərin də bu sahəyə axınını təmin edir.
Qeyd etdiyimiz kimi, Azərbaycan dövlətinin iqtisadi qüdrəti artdıqca KİV-in və jurnalistlərin problemlərinin həlli istiqamətində xüsusi tədbirlər görüldü. Amma 2010-cu ildən etibarən bu problem kütləvi surətdə həll edilməyə başlandı. Bunun əyani təzahürüdür ki, jurnalistlərin böyük dostu və hamisi Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil probleminin həll edilməsi ilə bağlı Sərəncam verdi. Bu isə öz növbəsində jurnalistlərə yüksəksəviyyəli qayğının zirvəsi idi. çünki Müstəqil Dövlətlər Birliyi məkanında heç bir dövlət başçısı tərəfindən mətbuata bu qədər yüksək qayğı və diqqət göstərilməyib. Təsadüfi deyil ki, ünsiyyətdə olduğumuz müxtəlif ölkələrin media təmsilçiləri də Azərbaycan Respublikasında dövlətin mətbuatın inkişafına göstərdiyi yüksəksəviyyəli dəstəyini dərin rəğbət və təəccüb hissi ilə qarşılayırlar. Biz jurnalistlər xarici ölkələrdə olarkən Dövlətin və Prezident İlham Əliyevin mətbuata yüksəksəviyyəli qayğısı, diqqəti və dəstəyindən fəxarət hissi ilə bəhs edirik, eləcə də, əksər ölkələrdə belə bir təcrübənin olmadığının şahidi oluruq.
Əlbəttə ki, Azərbaycan Mətbuat Şurasına xüsusi ofisin tikilməsi, onun açılışında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin şəxsən iştirak etməsi, Mətbuat Şurasının İdarə Heyətinin üzvlərini qəbul edərək onların və jurnalistlərin problemlərini dinləməsi, bu problemlərin xüsusi müzakirə obyektinə çevrilməsi, sonra isə onların həlli ilə bağlı real addımların atılması-əsaslı tədbirlərin görülməsi müstəqil Azərbaycan mətbuatının tarixində növbəti fundamental mahiyyət daşıyan əlamətdar hadisə idi. Bu, təkcə maddi problemlərin həlli demək deyildi, eyni zamanda, jurnalistlərin peşə nüfuzunun cəmiyyətdə artırılmasına xidmət edən növbəti mötəbər addım idi. Əslində, mətbuatın inkişafı yönündə Prezident İlham Əliyevin rəhbərliyi ilə qısa müddət ərzində xeyli sayda əhəmiyyətli addımların atılması, əsaslı islahatların həyata keçirilməsi bizdən-mətbuat nümayəndələrindən məhz bu qayğıya layiq olmağı tələb edir. Yeri gəlmişkən bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, dünyanın heç bir ölkəsində Azərbaycanda olduğu qədər mətbuata xüsusi diqqət və qayğı mövcud deyil. Məhz buna görə də, Prezident İlham Əliyevin mətbuata islahatçı yanaşmasına adekvat olaraq biz jurnalistlər də öz üzərimizə düşən bütün öhdəlikləri ləyaqətlə yerinə yetirərək Azərbaycan mətbuatını ən azından MDB məkanında ən inkişaf etmiş mətbuata çevirməyi bacarmalıyıq. çünki qayğı və dəstək etibarilə bu istiqamətdə dövlət öz üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir. Məhz buna görə də, biz öz üzərimizə düşən bütün məsuliyyəti ləyaqətlə yerinə yetirməklə, Azərbaycan mətbuatını dünyanın inkişaf etmiş ölkələrinin mətbuatı səviyyəsinə qaldırmalıyıq.
Beləliklə, sadaladığımız amillərin qanunauyğun nəticəsi kimi, həm iqtidar, həm də müxalifət cəbhəsindəki mətbuat nümayəndələrinin mütləq əksəriyyəti Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2010-cu ildə “Jurnalistlərin dostu” seçilməsinə səs verdi. Bu, mətbuat təmsilçilərinin qəbul etdiyi ən obyektiv, doğru qərardır . Bu, eyni zamanda, onun göstəricisidir ki, Azərbaycan mətbuatı obyektiv və qərəzsiz düşünməyi bacarır və Prezident İlham Əliyevin onlara göstərdiyi yüksək diqqət və qayğını anlayaraq qiymətləndirə bilir. Məhz buna görə də, möhtərəm Prezidentimiz İlham Əliyevi ürəkdən təbrik edir və Onu “Jurnalistlərin dostu” seçmiş həmkarlarımıza da obyektiv və tarixi qərar qəbul etməyi bacardıqlarına görə, dərin təşəkkürümüzü bildiririk.
Hikmət BABAOÄžLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02

