Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Həsənov: Dövlət qurumlarının rəhbərləri mətbuatla intensiv işləməlidir

Əli Həsənov: Dövlət qurumlarının rəhbərləri mətbuatla intensiv işləməlidir

19.01.2011 [09:12]

Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri dövlət qurumlarının rəhbərlərini mətbuatla intensiv işləməyə çağırır. “Trend”-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. “Biz dövlət olaraq maraqlıyıq ki, nazirlərimiz, mərkəzi və yerli icra hakimiyyətləri orqanlarının rəhbərləri bilavasitə mətbuatla təmasda olsunlar. ölkə başçısı İlham Əliyev və ümummilli lider Heydər Əliyev daim çağırışlar edib ki, mətbuatı, cəmiyyəti maraqlandıran dövlət qurumlarının səlahiyyətlərinə daxil olan məsələlərlə bağlı məlumatlar mütəmadi olaraq mətbuata çatdırılsın”, - deyə Ə.Həsənov əlavə edib. PA rəsmisi bildirib ki, əhalini narahat edən, maraqlandıran məsələlər haqqında birinci əldən məlumat verilməsində maraqlı olmalıyıq. “Biz bununla bağlı Prezident Administrasiyasına və bizim şöbəyə ünvanlanan bütün suallara cavab verməyə, eyni zamanda, müvafiq qurumları suallara cavab verməyə istiqamətləndirməyə hazırıq”, - deyə şöbə müdiri vurğulayıb.

Paylaş:
Baxılıb: 896 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30