"Səs" qəzetinin 20 illik yubileyi qeyd edilib
19.01.2011 [09:12]
Dünən “Səs” qəzeti redaksiyasının kollektivi nəşrin 20 illik yubileyi münasibətilə Fəxri Xiyabana gələrək, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra tədbir Bakı Əyləncə Mərkəzində davam etdirilib.
Tədbir Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayıb.
Sonra qəzetin yaranma tarixi və fəaliyyəti ilə bağlı film nümayiş etdirilib.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbrik məktubunu oxuyub.
Daha sonra Əli Həsənov Prezident İlham Əliyevin “Səs” qəzetinin ilk baş redaktoru Ağabəy Əsgərova 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninin, bir qrup əməkdaşa “Əməkdar Jurnalist” fəxri adının və “Tərəqqi” medalının verilməsi haqqında sərəncamlarını oxuyub.
Tədbirdə çıxış edən şöbə müdiri bildirib ki, “Səs” qəzeti müstəqil Azərbaycanın mətbuat tarixində özünəməxsus yer tutmuş mətbu orqanlarından biridir: “1990-cı ildə dövlət qeydiyyatına alınmış qəzetin ilk nömrəsi 1991-ci il yanvarın 11-də işıq üzü görmüşdür. Qəzet fəaliyyət göstərdiyi bütün dövrlərdə dövlətçilik, azərbaycançılıq ideologiyasının carçısı olmuş, cəmiyyətdə siyasi plüralizmə kəskin ehtiyac duyulduğu həmin illərdə sağlam düşüncəli vətənpərvər ziyalıların tribunası rolunu oynamışdır. Sağlam əqidə, milli özünüdərk ruhunda köklənmiş insanları ətrafında birləşdirən “Səs” qəzeti heç zaman öz yolundan çəkinməmişdir, ümummilli lider Heydər Əliyevin ideyalarını qətiyyətlə təbliğ etmişdir”.
Əli Həsənov bildirib ki, müstəqillik illərində Azərbaycanda yaranan demokratik dəyişikliklərdən, söz və mətbuat azadlığından “Səs” qəzeti də faydalanıb, müstəqil ölkəmizlə birgə inkişaf edib: “Qəzet dövlətçilik ənənələrini yayaraq, cəmiyyətimizin informasiya tələbatının ödənməsində mühüm rol oynamışdır”.
Şöbə müdiri vurğulayıb ki, ümummilli liderimiz Heydər Əliyev “Səs” qəzetinin fəaliyyətini, cəmiyyət qarşısındakı xidmətlərini həmişə yüksək qiymətləndirib.
Əli Həsənov əmin olduğunu bildirib ki, “Səs” qəzeti bundan sonra da Azərbaycan cəmiyyətinə, dövlətçiliyinə sədaqətlə xidmət edəcək.
Tədbirdə Rusiya Federasiyası Prezident Administrasiyasının məsul işçisi Sergey çebataryov Administrasiyanın rəhbəri Sergey Narışkinin Ağabəy Əsgərova yubiley münasibətilə “Minnətdarlıq məktubu”nu və Rusiya Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Sergey Vinokurovun “Səs” qəzetinə təbrik məktubunu oxuyub.
Tədbirdə çıxış edən YAP Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov “Səs” qəzetinin Azərbaycan həqiqətlərinin yayılmasında mühüm xidmətlər göstərdiyini, öz missiyasını uğurla yerinə yetirdiyini bildirib: “ötən əsrin 90-cı illərinin əvvəllərində fəaliyyətə başladığı dövrdə Ulu öndər Heydər Əliyevin ideyalarını, siyasi tezislərini cəmiyyətə çatdırmaq üçün ziyalılar “Səs” qəzetində çıxış edirdilər. 1992-ci il oktyabrın 16-da ölkə ziyalıları “Səs” qəzeti vasitəsilə Ulu öndərə müraciət etmişlər. Həmin il oktyabrın 24-də qəzetdə ümummilli liderin ziyalıların müraciətinə cavabı dərc olunmuşdur. Sonrakı dövrlərdə də Ulu öndərimizin fəaliyyəti ilə bağlı müxtəlif materiallar bu qəzetdə dərc edilmişdir. Bir sözlə, “Səs” qəzeti 20 illik fəaliyyətində dövlətçilik, azərbaycançılıq ideologiyasının təbliğində mühüm rol oynamışdır və bu xətti hazırda da inamla davam etdirir”.
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02

