Müasir dövrdəki dağıdıcı inqilablar imperialist güclərin maraqlarına xidmət edir
20.01.2011 [09:19]
Son zamanlar Afrika qitəsinin şimalında yerləşən Tunisdə baş verən dağıdıcı inqilab xarici mətbuatın əsas müzakirə mövzusuna çevrilib. Belə ki, 23 ildir bu ölkəyə rəhbərlik edən Zeynalabdin Bin Alinin devrilməsi ilə nəticələnən inqilab, eyni zamanda, növbəti dəfə bəzi gerçəklikləri ortaya çıxarıb. Sözügedən gerçəkliklərin mahiyyətini daha da aydınlaşdırmaq üçün bir sıra məsələləri analitik əsasda nəzərdən keçirmək məqsədəmüvafiqdir.
İmperialist güclərin strateji maraqlarının toqquşduğu Tunis
Beləliklə, ilk növbədə, “Yasəmən inqilabı” adı verilən çevrilişin səbəblərinə toxunaq. Belə ki, uzun müddət Osmanlı imperiyasının tərkibində qalan, 1883-cü ildən isə Fransanın protektoratlığına daxil olan Tunis 1957-ci ildə Qərbin başlatdığı “inqilablar silsiləsi” nəticəsində monarxiya idarəetmə formasına keçdi. Bundan sonra “Monro doktrinası”nın və onun davamı kimi səciyyələndirilən “Böyük Ortadoğu Projesi”nin strateji cizgilərinə əsasən, Tunis təqribən 1988-ci ilə, yəni, Zeynalabdin Bin Alinin hakimiyyətə gəlişinə qədər Qərbin regiondakı “marionetka”sı qismində çıxış etdi. Bir müddət öncə baş qaldıran inqilab nəticəsində ölkədən qaçmağa məcbur olan Zeynalabdin Bin Alinin hakimiyyətə gəlişindən sonra isə Tunis rəhbərliyi Qərbin miqyasına görə regional, mahiyyətinə görə qlobal xarakterli strateji planlarının mütləq mənada reallaşdırılması məsələsində əks cəbhədə dayandı. Məhz bunun nəticəsi kimi, Tunis uzun müddət Qərbin təzyiqi altında olmaqla bərabər, dünyanı idarə edən güc mərkəzlərinin mücadilə poliqonuna çevrildi. Tam totalitar idarəetmə sisteminə malik olan bu ölkə bu gün də xarici-imperialist güclərin maraqlarının toqquşduğu strateji savaş nöqtələrindən birini təşkil edir.
Məhz bu amillərdən çıxış edərək qeyd edə bilərik ki, Tunisdə baş tutmuş “Yasəmən inqilabı”nın səbəblərini-qaynağını xarici amillərdə axtarmaq daha düzgün olardı. Düzdür, dünyanı istədikləri şəkildə yönləndirməyə çalışan imperialist güclər sözügedən inqilabları, həmçinin, bu inqilablardan “qaynaqlanan” çevrilişləri intensiv surətdə istifadə etdikləri daxili “marionetka”lar hesabına həyata keçirirlər. Amma hər halda, demək olar ki, baş vermə dinamikasından, xüsusiyyətlərindən və qüvvələr balansından asılı olmayaraq, məhz bu cür inqilablar əsasən geosiyasi güc mərkəzlərinin strateji planlarının tərkib hissəsi kimi öz təzahürünü tapır.
Beləliklə, buradan belə bir nəticəyə gəlmək olur ki, Tunisdə baş tutmuş inqilabın kökündə əsasən imperialist güc mərkəzlərinin strateji savaşı dayanır.
İnqilablar milli tənəzzül mənbəyi kimi...
Bununla yanaşı, Tunisdə baş verənlər növbəti dəfə onu göstərdi ki, keçmişdə olduğu kimi bu gün də inqilablar istənilən ölkədə milli tənəzzül mənbəyi qismində çıxış edir. Belə ki, ictimai-siyasi strukturların və təsisatların iflic edilməsi, hakimiyyətin bir qrup oliqarxdan digərinə keçməsi, həmçinin, dağıdıcı inqilablar nəticəsində hakimiyyətə gələnlərin bu yolla da hakimiyyətdən devrilməsi, yaxud da tezliklə hansısa sahələrə nəzarəti uğrunda inqilabçıların elə öz aralarında da nifaq yaranması kimi real nəticələr məkan və ya zamanından asılı olmayaraq, inqilabların dağıdıcı funksiya (disfunksiyalılıq) daşıdığını sübut edir.
Sonuncu məqamla bağlı istər bundan əvvəl rəngli inqilabların baş verdiyi Qırğızıstanda, istərsə də elə Tunisin özündə cərəyan edən hadisələri xatırlatmaq kifayət edir. Məlum olduğu kimi, Qırğızıstanda rəngli inqilab nəticəsində Əsgər Akayevi devirənlər sonradan öz aralarında maraq savaşına qalxdılar. Və nəticədə də bir zamanlar Akayevin devrilməsində aparıcı rol oynayan Kurmanbek Bakıyev da eyni üsulla prezident postundan uzaqlaşdırıldı. Hər iki halda uduzan isə Qırğızıstan dövlətçiliyi və qırğız xalqı oldu. çünki bir-birini əvəz edən inqilablar onsuz da yaxşı olmayan ölkə iqtisadiyyatının daha da bərbad vəziyyətə düşməsinə səbəb olub.
Tunisə gəlincə, məlumatlara əsasən, Zeynalabdin Bin Alinin qaçmasından sonra qurulmuş müvəqqəti birlik hökuməti bir günlük fəaliyyətdən sonra dağılıb və ölkəni növbəti etiraz dalğası bürüyüb. Görünən odur ki, Tunisdə hələ uzun müddət dinclik əldə edilməyəcək.
Bütün bunlar isə onu deməyə əsas verir ki, XXI əsr yeni dünya düzəninin fonunda imperialist güc mərkəzlərinin “sınaq laboratoriyası”na çevrilmiş ölkələrdə baş tutmuş inqilablar həmin dövlətlər və bu dövlətlərin xalqları üçün yalnız “bumeranq” zərbəsi səciyyəsi daşıyır.
Azərbaycandakı bəzi qüvvələr hələ də rəngli inqilablar arzusundadırlar
Tunisdə baş verən olaylar növbəti dəfə belə bir məqamı ortaya çıxardı ki, Azərbaycandakı bəzi daxili qüvvələr hələ də rəngli inqilablar arzusu ilə yaşayırlar. Sözügedən radikal qruplar özlərinin illeqal hakimiyyət iddialarını çevrilişlər vasitəsilə reallaşdırmaq həvəsindədirlər. Belə ki, ümummilli səciyyəli seçkilərdə xalqın etimadını və dəstəyini qazana bilməyənlər özlərinin və xidmət etdikləri imrerialist güclərin korporativ maraqlarının reallaşması naminə dövləti və xalqı zərbə altında qoymaqdan çəkinmirlər. Amma kifayət qədər aydındır ki, Azərbaycan artıq xarici imperialist güclərin korporativ maraqları naminə reallaşdırılan inqilab paliqonu deyil. Belə ki, 1995-ci ilin mart çevrilişi cəhdlərinin qarşısının Ulu öndər Heydər Əliyev tərəfindən məharətlə alınmasından sonra artıq Azərbaycan hər hansı “rəngli”, “çiçəkli” inqilablar məkanı olmaqdan çıxıb. çünki möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlik və iqtisadi inkişaf öz növbəsində ölkəmizi xarici güclərin maraqlarının toqquşduğu deyil, uzlaşdığı geosiyasi məkana çevirib.
NURLAN QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24

