Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qəbələdə "Milli mənəvi dəyərlər və gənclik" mövzusunda "dəyirmi masa" keçirilib

Qəbələdə "Milli mənəvi dəyərlər və gənclik" mövzusunda "dəyirmi masa" keçirilib

01.02.2011 [10:50]

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə Qəbələdə “Milli mənəvi dəyərlər və gənclik” mövzusunda “dəyirmi masa” keçirilib. AzərTAc xəbər verir ki, birliyin bütün şəhər və rayonlardakı təşkilatlarının rəhbərlərinin və fəallarının iştirak etdiyi tədbirdə milli mənəvi dəyərlərimizin qorunması, təbliği sahəsində görülən işlər barədə geniş məlumat verilib, müzakirələr aparılıb. Gənclər Avropa mədəniyyətindən xalqımızın milli mənəvi dəyərlərinə zidd olan halların daxil olmasının yolverilməzliyini qeyd edib, bu dəyərlərə cavab verməyən bəzi televiziya verilişlərini, internet portallarını da mənfi hal kimi qiymətləndirib, rəy və təkliflərini söyləyiblər. ölkəmizdə təhsil və erkən nigah məsələləri ətrafında müzakirələr aparılıb.
YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, YAP Gənclər Birliyinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Seymur Orucov çıxışlarında qeyd ediblər  ki, milli mənəvi dəyərlər mədəniyyətimizin bir hissəsidir. Xalqımızın tarix boyu əldə etdiyi nə varsa, onun mənəvi dəyərləridir. Milli mənəvi dəyərlər adət-ənənələrlə nəsildən-nəslə ötürülən yazılmamış qayda-qanunlardır, onların mənfi ünsürlərdən qorunması və təbliğində gənclərin üzərinə böyük məsuliyyət düşür.

Paylaş:
Baxılıb: 919 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30