Türkiyə ŞƏT yolunda
22.09.2022 [10:15]
Ankaranın təşkilata tamhüquqlu üzvlüyü hansı perspektivləri vəd edir?
Pərviz SADAYOĞLU
Sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammiti dünyanın iqtisadi xəritəsində yeniliklərə yol aça bilər. Buna eləcə də regionda yaranan yeni siyasi-hərbi, eləcə də iqtisadi reallıqlar mühüm perspektivlər yaradıb. Nəzərə alsaq ki, Sammitə dəvət olunan Türkiyə artıq ŞƏT-ə üzvlük haqqında düşünür, bu, regional və qlobal düzənin yeni mərhələsi kimi izah edilməlidir. Yeri gəlmişkən, Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyası çərçivəsində ABŞ-ın Nyu York şəhərində səfərdə olan prezident Rəcəb Tayyib Ərdoğan bu barədə Amerikanın PBS kanalına verdiyi müsahibədə bildirib. Dövlət başçısı bildirib ki, Türkiyə nə şərqin, nə də qərbin bir parçasıdır - biz dünyanın bir parçasıyıq. Türkiyənin coğrafi baxımdan böyük bir hissəsi şərqə aiddir. Qərbə aid olan hissə ayrıdır: “Biz dünyanın bütün ölkələri ilə görüşlər keçiririk, əlaqələr qururuq. Mən bütün ölkələrlə danışıqlar aparıram. Çünki hamımız bu dünyanın bir parçasıyıq. Biz Avropa İttifaqına üzv dövlətlərlə danışıqlar aparanda “Niyə onlarla görüşmüsünüz?” kimi bir sual verilmədi. Hazırda Şanxay Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrlə hansı münasibətlərdəyiksə, prosesi elə də davam etdirəcəyik”.
ŞƏT-in sammitindəki çıxışında da Prezident Ərdoğan bildirmişdi ki, Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatını Asiyanın tolerantlıq mühitinin və qədim mədəniyyətin təmsilçisi kimi görür. Bu baxımdan da təşkilatla əlaqələrin inkişafına önəm verilir. Türkiyə prezidenti bildirmişdi ki, son 10 ildə Dialoq Tərəfdaşlığı statusu sayəsində ŞƏT Türkiyənin Asiyaya açılan pəncərələrindən birinə çevrilib: “Üzərimizə götürdüyümüz məsuliyyət Türkiyə ilə təşkilat arasında əlaqələrin nə qədər inkişaf etdiyini ortaya qoydu. Biz imkanların və problemlərin qloballaşdığı bir dövrdə yaşayırıq. İqtisadi tənəzzül, tədarük zəncirlərində fasilələr və terrorizm kimi bir çox sınaqlarla üzləşirik. Biz bu problemlərin öhdəsindən ancaq həll yolu anlayışı ilə gələ bilərik. Bu dövrdə bəzi ölkələr öz divarlarını ucaltmağa və özünə qapanmağa üstünlük verdilər. Divarların qalxması ilə məzlumların səsi daha eşidilməz oldu”.
Türkiyə prezidenti vurğulayıb ki, Türkiyə son 2 ildə həyata keçirdiyi nəhəng nəqliyyat və digər infrastruktur işləri ilə böyük uğur qazanıb: “Ölkəmizin şərqlə qərb arasında körpü kimi yerləşməsi bizə böyük imkanlar yaradır. Hər sahədə əməkdaşlığa hazırıq. Biz davam edən iqtisadi və siyasi proseslərə öz töhfəmizi verməyə davam edəcəyik. Ümid edirəm ki, görüşlərimiz ölkələrimiz üçün faydalı olacaq”.
ŞƏT-in əsas vəzifələri...
Xatırladaq ki, 2001-ci il iyunun 15-də Çin, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan liderləri tərəfindən təsis edilmiş və beynəlxalq status daşıyan ŞƏT-in hazırda 9 tamhüquqlu üzv ölkəsi var. 2017-ci ildə quruma Hindistan və Pakistan, 2022-ci ildə İran tamhüquqlu üzv kimi qəbul edilib. ŞƏT Avrasiya ərazisinin 60%-ni özündə birləşdirir. Təşkilat hərbi blok (məsələn, NATO kimi) və ya açıq müntəzəm təhlükəsizlik konfransı (məsələn, ARF kimi) deyil, fərqli mövqe tutur. Belə ki, təşkilatın əsas vəzifələri iştirakçı dövlətləri birləşdirən geniş ərazidə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, terrorizm, separatizm, ekstremizm, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə, iqtisadi əməkdaşlığın inkişafı, enerji tərəfdaşlığı, elmi və mədəni qarşılıqlı əlaqələrin inkişaf etdirilməsidir.
Təşkilatın əsas məqsəd və vəzifələrinə gəldikdə isə, buraya:
- üzv dövlətlər arasında qarşılıqlı etimadın, dostluğun və mehriban qonşuluğun möhkəmləndirilməsi;
- regionda sülhün, təhlükəsizliyin və sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsi, yeni demokratik, ədalətli və rasional siyasi və iqtisadi beynəlxalq nizamın qurulmasına kömək etmək məqsədilə çoxşaxəli əməkdaşlığın inkişafı;
- bütün təzahürlərində terrorizmə, separatizmə və ekstremizmə qarşı birgə mübarizə, narkotiklərin və silahların qanunsuz dövriyyəsinə, transmilli cinayətkarlığın digər növlərinə, habelə qeyri-qanuni miqrasiyaya qarşı mübarizə;
- siyasi, ticarət-iqtisadi, müdafiə, hüquq-mühafizə, ətraf mühitin mühafizəsi, mədəni, elmi-texniki, təhsil, enerji, nəqliyyat, kredit-maliyyə və ümumi maraq doğuran digər sahələrdə səmərəli regional əməkdaşlığın təşviqi;
- üzv dövlətlərin xalqlarının səviyyəsini davamlı olaraq yüksəltmək və həyat şəraitini yaxşılaşdırmaq üçün bərabərhüquqlu tərəfdaşlığa əsaslanan birgə fəaliyyətlər vasitəsilə regionda hərtərəfli və balanslaşdırılmış iqtisadi artımın, sosial və mədəni inkişafın təşviqi;
- dünya iqtisadiyyatına inteqrasiya yanaşmalarının əlaqələndirilməsi;
- üzv dövlətlərin beynəlxalq öhdəliklərinə və onların milli qanunvericiliyinə uyğun olaraq insan hüquq və əsas azadlıqlarının təşviqi;
- digər dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələrin saxlanılması və inkişafı;
- beynəlxalq münaqişələrin qarşısının alınmasında və onların sülh yolu ilə həllində qarşılıqlı fəaliyyət;
- 21-ci əsrdə yaranacaq problemlərin həlli yollarının birgə axtarışı daxildir.
Bəs Türkiyənin quruma daxil olması regiona hansı yenilikləri vəd edir? Burada bir məqamı xüsusilə vurğulayaq ki, Zəngəzur dəhlizinin açılması ŞƏT ölkələri ilə təşkilatın dialoq tərəfdaşı olan Azərbaycan arasında da mühüm əlaqələr yaradacaq.
Türkiyənin arzusu təşkilat və onun təmsilçiləri üçün mühüm fürsətlər yaradır
Məsələ ilə bağlı Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ramil Həsən bildirib ki, Türkiyə qlobal siyasi oyunçuya çevrilməklə regionun təhlükəsizliyində, iqtisadi münasibətlərin inkişafında, dövlətlərarası münasibətlərin tənzimlənməsində, hətta gərgin regionlarda sülhün bərqərarı ilə bağlı proseslərdə əhəmiyyətli rol oynayır. Bunu konkret misallarla da sübut etmək olar: “Azərbaycanla strateji müttəfiqlik əlaqələrinə malik rəsmi Ankara həm Avropa, həm də Asiya üçün böyük maraq kəsb edir. Belə demək mümkündürsə, Türkiyə hazırda əsas açar rolunda çıxış edən bir dövlətdir. Bütün yollar, bütün iqtisadi kəmərlər, məhz Türkiyə vasitəsilə Qərbə çıxış əldə edir. Bu mənada, Türkiyənin ŞƏT-ə tamhüquqlu üzv olması istəyi təşkilat və onun təmsilçiləri üçün mühüm fürsətlər yaradır. Bu gün Mərkəzi Asiya regionunda maraqlı proseslər inkişaf etməkdədir. Çin, Rusiya kimi dövlətlər yeni iqtisadi mərhələ, yeni iqtisadi əlaqələr konfiqurasiyası formalaşdırmağa çalışır. Bu yeni konfiqurasiya Türkiyəsiz heç bir işə yaraya bilməz. Çünki Türkiyə iqtisadi cəhətdən inkişaf etmiş ölkə olmaqla yanaşı, həm də dünyada təhlükəsizlik qarantı kimi tanınır. Rəsmi Ankara regional güc mərkəzi statusu daşıyır. İkinci bir tərəfdən, Türkiyə NATO dövlətidir. Bu hərbi blok hazırda ŞƏT-in bir sıra üzvləri ilə, konkret Rusiya və Çinlə gərgin münasibətlər zəminindədir. Amma Türkiyə bitərəf mövqe, balanslaşdırılmış siyasəti ilə iki tərəf arasında hakimlik belə edir. Məsələn, Türkiyə Ukrayna məsələsində ABŞ ilə Rusiya arasında tutduğu mövqe ilə bir daha böyüklüyünü, güclü siyasi oyunçu olduğunu isbat etdi. Türkiyənin vasitəçiliyi ilə taxıl və digər ərzaq məhsullarının Ukraynadan ixracı mümkün olub. Bu, olduqca böyük bir fəaliyyətdir. O baxımdan da, Türkiyənin ŞƏT-ə üzv olması istər təşkilat üçün, istərsə də bütövlükdə Avrasiya məkanı üçün yeni imkanlar, daha güclü əlaqələr, təhlükəsizlik, inkişaf deməkdir”.
Bu, addımın Cənubi Qafqaza təsirinə gəldikdə isə, millət vəkili bildirib ki, Türkiyənin ŞƏT-ə üzvlüyü region üçün də yeni perspektivlər formalaşdırır. Qurumun üzvü olan region ölkələri yeni əməkdaşlıq platformalarında daha rahat hərəkət etmək imkanı qazanır. “Türkiyə Azərbaycanın strateji müttəfiqi olaraq bizim həm siyasi, həm də iqtisadi maraqlarımızı qoruyur. İkinci bir tərəfdən, dost-qardaş ölkə kimi hər zaman Azərbaycanın yanındadır. Türkiyənin ŞƏT-ə daxil olması regiondakı iqtisadi münasibətlərin daha tez bir zaman kəsiyində yoluna düşməsini şərtləndirə bilər. Buraya kommunikasiyaların açılması, nəqliyyat və yükdaşıma mübadilələri imkanlarının yaradılması daxildir. Ən mühüm amil isə, Zəngəzur vasitəsilə Türkiyənin ŞƏT müstəvisində türkdilli dövlətlərlə əlaqələrinin genişlənməsi perspektivi yaranır. Bu da özlüyündə strateji bir məsələdir. Fikrimcə, Türkiyənin bu qərarı regional iqtisadi münasibətlərin daha da möhkəmlənməsinə yol aça bilər”, - deyə millət vəkili əlavə edib.
Xəbər lenti
Hamısına bax
Gündəm
27 Sentyabr 00:52

Gündəm
26 Sentyabr 23:37

Xəbər lenti
26 Sentyabr 21:59

Siyasət
26 Sentyabr 21:56

Gündəm
26 Sentyabr 21:54

Xəbər lenti
26 Sentyabr 19:09

Xəbər lenti
26 Sentyabr 18:13

Xəbər lenti
26 Sentyabr 18:09

Xəbər lenti
26 Sentyabr 17:40

Xəbər lenti
26 Sentyabr 17:06

Xəbər lenti
26 Sentyabr 16:30

Xəbər lenti
26 Sentyabr 16:15

Xəbər lenti
26 Sentyabr 16:13

Xəbər lenti
26 Sentyabr 16:07

Turizm
26 Sentyabr 16:05

Xəbər lenti
26 Sentyabr 15:45

Xəbər lenti
26 Sentyabr 15:00

Dünya
26 Sentyabr 14:47

Xəbər lenti
26 Sentyabr 14:36

Xəbər lenti
26 Sentyabr 14:25

Dünya
26 Sentyabr 14:07

Xəbər lenti
26 Sentyabr 14:03

Xəbər lenti
26 Sentyabr 13:49

Xəbər lenti
26 Sentyabr 13:38

Xəbər lenti
26 Sentyabr 13:02

Xəbər lenti
26 Sentyabr 13:00

Xəbər lenti
26 Sentyabr 12:54

Maraqlı
26 Sentyabr 12:43

Maraqlı
26 Sentyabr 12:30

Xəbər lenti
26 Sentyabr 12:12

Xəbər lenti
26 Sentyabr 12:02

İqtisadiyyat
26 Sentyabr 11:56

Dünya
26 Sentyabr 11:54

Xəbər lenti
26 Sentyabr 11:46

Xəbər lenti
26 Sentyabr 11:40

Xəbər lenti
26 Sentyabr 11:31

Xəbər lenti
26 Sentyabr 11:30

Siyasət
26 Sentyabr 11:28

MEDİA
26 Sentyabr 11:25

Xəbər lenti
26 Sentyabr 11:20

Xəbər lenti
26 Sentyabr 11:17

Xəbər lenti
26 Sentyabr 11:16

Xəbər lenti
26 Sentyabr 11:15

Xəbər lenti
26 Sentyabr 11:10

Xəbər lenti
26 Sentyabr 11:04

Xəbər lenti
26 Sentyabr 11:02

Xəbər lenti
26 Sentyabr 11:00

Xəbər lenti
26 Sentyabr 10:55

Xəbər lenti
26 Sentyabr 10:47

Xəbər lenti
26 Sentyabr 10:43

Xəbər lenti
26 Sentyabr 10:36

Siyasət
26 Sentyabr 10:31

Gündəm
26 Sentyabr 10:26

Xəbər lenti
26 Sentyabr 10:18

İqtisadiyyat
26 Sentyabr 10:13

Siyasət
26 Sentyabr 10:09

Xəbər lenti
26 Sentyabr 09:58

Xəbər lenti
26 Sentyabr 09:38

Xəbər lenti
26 Sentyabr 09:25

Xəbər lenti
25 Sentyabr 23:45

Xəbər lenti
25 Sentyabr 19:57

Xəbər lenti
25 Sentyabr 19:28

Xəbər lenti
25 Sentyabr 18:55

Xəbər lenti
25 Sentyabr 18:53

Xəbər lenti
25 Sentyabr 18:44

Siyasət
25 Sentyabr 18:03

Xəbər lenti
25 Sentyabr 17:53

Xəbər lenti
25 Sentyabr 17:20

Xəbər lenti
25 Sentyabr 17:17

Xəbər lenti
25 Sentyabr 17:09
