Dağlıq Qarabağda 1991-ci ildə qeyri-qanuni referendumun nəticələrinin tanınması istisna edilir
28.01.2011 [10:01]
“Azərbaycan vəziyyəti hərbi əməliyyatlara çatdırmadan, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan dövlət sərhədlərinin sülh yolu ilə bərpasına tərəfdardır. Bunun üçün Ermənistan Silahlı Qüvvələrinin ümumilikdə dövlətimizin ərazisinin 20 faizini təşkil edən Azərbaycanın işğal edilmiş ərazilərindən - Dağlıq Qarabağ və ona bitişik yeddi rayondan çıxarılması tələb olunur”. Bu fikirləri Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Trend-ə Ermənistan prezidenti Serj Sarkisyanın “Exo Moskvı” radiostansiyasına müsahibəsi zamanı bəyanatını şərh edərkən deyib.
Qeyd edək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları haqda danışan Sarkisyan deyib ki, “münaqişənin yeganə nizamlanma üsulu sülh üsuludur və yeganə yol Dağlıq Qarabağda referendumun keçirilməsi və ya 1991-ci ildə Sovet İttifaqının qanunvericiliyinə və beynəlxalq hüquqa tam uyğun keçirilən referendumun nəticələrinin tanınmasıdır”.
E.Aslanovun sözlərinə görə, 1991-ci il dekabrın 10-da Azərbaycanın Dağlıq Qarabağ regionunda qeyri-qanuni və özbaşına keçirilən qondarma “referendumun” nəticələrinin tanınması qeyri-mümkündür. Belə ki, hüquqşünasların ekspert rəyinə görə, o, SSRİ qanunvericiliyini pozaraq keçirilib, heç bir hüquqi bazaya malik olmayıb, bu halda beynəlxalq hüquqa “uyğunluqdan” söhbət belə, gedə bilməz: “Yeni səsvermənin keçirilməsi də qanunvericiliyə zidd olmamalıdır. Əks halda, o, mənasız olacaq və hüquqi əhəmiyyəti olmayaraq analoji şəkildə tanınacaq. Bundan başqa, yeni səsvermənin suveren Azərbaycanın ərazisinin davam edən işğalı və Dağlıq Qarabağ regionunun əhalisinin üçdə birinin qaçqın olması şəraitində keçirilməsi qeyri-mümkündür. Avropa Şurasının və ATƏT-in üzvü olan dövlətlərin ərazisində referendumu belə keçirmirlər. Bu ciddi maneələr aradan qaldırılacağı halda, Azərbaycan Konstitusiyasına zidd olmayan səsvermənin keçirilməsi mümkündür”.
Onun sözlərinə görə, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü və onun dövlət sərhədlərini tanıyır və bu məsələdə ondan analoji yanaşmanı gözləyir, lakin təəssüf ki, bunu görmür: “Ərazi bütövlüyü hallanmır və müxtəlif formaları yoxdur, halbuki xalqların öz müqəddəratını təyin etməsi konteksdən asılı olaraq, müxtəlif növdə - həm daxili, həm də xarici olur. ATƏT-in Minsk qrupunun Madrid təklifləri bu iki prinsipin bir araya sığışdırılmasını nəzərdə tutursa, bu, məntiqə görə, suveren dövlətin ərazi bütövlüyünün pozulmasına aparmayan öz müqəddəratının təyinetmə formasının seçilməsi deməkdir. Bu iki prinsipin bir araya sığışdırılmasının yeganə forması sülh prosesinin, əsas kimi qəbul edilən 1975-ci il Helsinki Yekun Aktının VIII maddəsinə uyğun olaraq, ərazi bütövlüyü çərçivəsində öz müqəddəratını təyinetmədir. Yəni, bu, daxili öz müqəddəratının təyin edilməsidir. Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılmasına aparan öz müqəddəratını təyinetmə ərazi bütövlüyünü pozur və deməli, ilk növbədə Madrid prinsiplərinin məntiqinə ziddir. Buna görə də, belə sxemi qəbul edən Azərbaycanın mövqeyi tam həcmdə kompromislidir. Burada sizə öz müqəddəratını təyinetmə imkanı verən ərazi bütövlüyü və ərazi bütövlüyünü pozmayan öz müqəddəratını təyinetmə var”.
“İlk növbədə Ermənistan maksimalist mövqe tutaraq, işğal etdiyi Dağlıq Qarabağ üçün faktiki digər prinsipin üstündən xətt çəkən öz müqəddəratını təyinetmə formasını tələb edir” - deyə, o, qeyd edib.
Məhz bu səbəbdən Ermənistanın danışıqlar prosesindəki indiki mövqeyini qeyri-konstruktiv adlandırırlar. Bu mövqe kompromislər qurmur, əksinə, onu dağıdır, yəni, o, konstruksiyaya deyil, destruksiyaya aparır. Məhz, burada “Ermənsitanın qeyri-konstruktiv mövqeyi” anlayışı yer alır” - deyə, Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri əlavə edib.
Onun fikrincə, Azərbaycanın öz müqəddəratını təyinetmə məsələsinə baxmağa və müzakirə etməyə hazır olması faktı öz-özlüyündə böyük kompromisdir, belə ki, öz müqəddəratını təyinetmə Cənubi Sudanda olduğu kimi, dövlətlərdaxili münaqişələrin həlli mezanizmidir, halbuki, Ermənistan-Azərbaycan münaqişəsi açıq-aydın görünən dövlətlərarası mübahisədir. “Dövlətlərarası münaqişələrin həlli suveren dövlətlərin ərazi bütövlüklərinə riayət etməyə əsaslanır və bu növ münaqişələrdə öz müqəddəratını təyinetmə yersizdir, belə ki, dövlətlərarası münaqişələrdə tərəflər onların ayrıca əyalətləri deyil, artıq öz müqəddəratlarını təyin edən müstəqil dövlətlər olur” - deyə E.Aslanov vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan kompromisə gedərək, öz Dağlıq Qarabağ regionunun iki icmadan ibarət əhalisinin öz müqəddəratını təyinetmə məsələsinə baxmağa hazır olduğunu bəyan edib, lakin, əlbəttə ki, öz ərazi bütövlüyünə xələl gətirmədən: “Bu, Azərbaycanın işğal edilmiş ərazisində, o cümlədən Dağlıq Qarabağ regionunda Ermənistan Silahlı Qüvvələrinin yerləşməsi faktının mübahisəsizliyini nəzərə alaraq, böyük güzəştdir. Münaqişənin dövlətlərarası olmaması üçün Ermənistan öz qoşunlarını Azərbaycanın ərazisindən çıxarmalıdır. Və onda ərazi bütövlüyü mövzusu bağlanacaq və məsələ vətəndaşların əlverişli öz müqəddəratlarını təyin etməsi formasının müəyyənləşdirilməsi məqsədilə paytaxt və əyalət arasında dialoq müstəvisinə keçəcək. Lakin Yerevan “öz müqəddəratını təyinetmə” anlayışında Azərbaycanın iki hissəyə parçalanmasını başa düşür. Axı biz “millətin öz müqəddəratını təyinetmə” termini ilə müdafiə edilərək Ermənistandan analoji parçalanmanı və onun ərazisinin bir hissəsində - azərbaycanlıların əsrlərlə yaşadıqları Zəngəzurda və Şərqi Göyçədə ikinci Azərbaycan dövlətinin yaradılmasını tələb etmirik. Hər bir şeydə səthilik deyil, balans lazımdır”.
Onun sözlərinə görə, buna görə də, ən son mərhələdə Dağlıq Qarabağın hüquqi statusunun müəyyənləşdirilməsi zamanı heç bir səsvermə Azərbaycanın ərazi bütövlüyünün pozulmasına səbəb olmamalıdır: “Ermənistan Dağlıq Qarabağ erməniləri üçün qondarma “müstəqillik” tələb etməkdə davam etsə, biz də ondan Ermənistanın keçmiş azərbaycanlı əhalisinin öz müqəddəratını təyin etməsi üçün eyni ölçüdə ərazi ayırmasını və Ermənistan ərazisində ikinci Azərbaycan dövlətinin yaradılmasını tələb etməliyik. Onu, məsələn, “Göyçə-Zəngəzur xalqı” adlandıracağıq. Lakin biz dalanın dibinə irəliləməkdənsə, hər halda rəsmi Yerevanın konstuktivlik yoluna qayıtmasını istərdik”.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

