Mübariz Qurbanlı: Bizim üçün Azərbaycan xalqının iradəsi əsasdır
28.01.2011 [10:02]
“İlkin hesabatlar zamanı KİV-lərə verdikləri açıqlamalarda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçiləri birmənalı olaraq seçki haqqında müsbət fikirdə olduqlarını vurğulamışdılar. Yəni qurumun müşahidəçiləri seçki ilə bağlı fərdi açıqlamalarında yüksək fikirdə olduqlarını deyiblər. Lakin indi görürük ki, təşkilatın yekun hesabatında ilkin rəylərə uyğun olmayan fikirlər özünə yer tapmaqdadır” - deyə YAP İcra katibinin müavini vurğulayıb.
Bu cür qərəzli hesabatın səbəblərinin olduğunu deyən M.Qurbanlının fikrincə, başlıca səbəb müşahidə missiyasının üzvlərinin öz müşahidələri haqda fikirlərini yekun sənəddə sərbəst şəkildə ifadə edə bilməməsidir. Bu da onu göstərir ki, ATƏT-də bəzi dairələr ayrı-ayrı ölkələrdə keçirilən seçkilər və onun nəticələrindən müəyyən vasitə kimi istifadə etməyə çalışır.
“Bu vəziyyət birinci dəfə baş vermir. Əvvəllər də seçkilər haqqında ilkin rəylə yekun hesabat arasında belə fərqlər olub və bu dəfə də bunu görürük. Bütün bunlar ATƏT DTİB-nin hesabatının obyektiv olmadığını göstərir. Azərbaycanda seçkilər azad və demokratik şəkildə keçirilib. Bu seçkilər Azərbaycan xalqının siyasi iradəsini ifadə edib. Seçkilərin şəffaf keçirilməsini Azərbaycan iqtidarı təmin edib. Seçki ilə bağlı obyektiv hesabatın olmaması, seçki və onun nəticələrindən müəyyən məqsədlər üçün istifadənin formasıdır. Dağlıq Qarabağ məsələsində olduğu kimi seçki məsələsində də ikili standartlar mövcuddur. Bizim üçün Azərbaycan xalqının iradəsi əsasdır. Xalqımız isə öz iradəsini nümayiş etdirib. Bundan sonra da ölkəmizdə keçiriləcək seçkiləri izləmək istəyən bütün müşahidəçilər üçün qapılar açıq olacaq. Lakin istərdik ki, seçkilərlə bağlı rəylər obyektiv olsun” - deyə YAP İcra katibinin müavini vurğulayıb.
Xəbər lenti
Hamısına baxMədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41

